reklam
Regionxeberlericom.az » Sosial » Cəlilabadda kartof kəskin ucuzlaşıb, məhsul əkin sahələrində çürüyür

reklam

Cəlilabadda kartof kəskin ucuzlaşıb, məhsul əkin sahələrində çürüyür


Cəlilabad rayonunda kartof əkin sahələrində çürüyür. Bu barədə "Report"un yerli bürosuna fermerlər məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər münasib olsa da, son günlər məhsulun qiymətinin aşağı düşməsi onları çətin vəziyyətə salıb:

"Məhsulumuz boldur, amma alıcı yoxdu. Kartof yığımı davam edir. Məhsulun qiymətlərinin kəskin şəkildə aşağa düşməsi və məhsulun satışındakı durğunluq bizi narahat edir. Bir neçə həftə əvvəl 1 manata satdığımız faraş kartofun indiki qiyməti 25-30 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir".

Onlar qeyd edir ki, kartofu məcbur dəyər-dəyməzinə satırlar:

"Sahədə qalsa, qurd yeyəcək. Həşəratlar daraşacaq, heç kim almayacaq. Riskli olsa belə, elə fermer var ki, məhsullarını hələ yığmayıb. Ola bilsin ki, qiymətlər qalxsın. Lakin havalar da isti keçir, kartofun torpağın altında çürümə riski var".

Qeyd edək ki, Cəlilabad kartofu daha çox daha çox Rusiya Fedarasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərdə də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa təlabatı azaldıb. Mütəxəssislərin fikrincə, bölgədə emal müəssələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırlmasına kömək edə bilər.





Paylaş:


Müəllif : Tarix:
28-06-2022, 16:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər