reklam
Regionxeberlericom.az » Sosial » "Bu biabırçılığa dözməli deyilik" - Partiya sədri

reklam

"Bu biabırçılığa dözməli deyilik" - Partiya sədri


Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan son onlayn mətbuat konfransında "Azərbaycan Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla yeni müharibəyə legitimlik qazandırmağa çalışır", - deyib.

Bununla da Paşinyan verdiyi açıqlama ilə yeni müharibənin anonsunu verməyə çalışıb. Mövzu ilə bağlı Cebhe.info-ya danışan Ağ Partiya başqanı Tural Abbaslı Azərbaycanın hansısa ölkə ilə müharibəyə başlamağa həvəsinin olmadığını bildirib:

“Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirə bilər. Bu dünya birliyi və beynəlxalq aləm tərəfindən tanınan hüququdur. Hər bir dövlətin BMT tərəfindən tanınan sənədlər daxilində antiterror əməliyyatları keçirmək hüququ var. Təbii ki, yeri gələndə hərbi əməliyyatlar keçirə bilərik. Amma çox güman ki, Paşinyan "Azərbaycan hərbi əməliyyatlara, müharibəyə başlamaq istəyir" deyərkən Xankəndi, Xocalı. Xocavənddə Azərbaycanın keçirəcəyi hərbi əməliyyatları nəzərdə tutur. Bu, bizim antiterror əməliyyatımızdır. 10 noyabr razılaşmasına əsasən, erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk etməli idi, amma hələ də orada erməni terrorçuları var.

Onlar Azərbaycanın erməni əsilli vətəndaşlarına, öz vətəndaşlarımıza təhlükə yaradırlar. Regionda terror yuvası olaraq qalırlar. Bunun ləğv olunması birinci növbədə rus sülhməramlılarının işi olmalıdır, ancaq onların da başı yəqin Ukraynaya qarışıb. Yaxud da orada terror qruplaşması olmasına maraqlıdırlar. Biz daim bu biabırçılığa dözməli deyilik ki?! Hansı ölkə imkan verər ki, daxilində terror qruplaşması, separatçı birləşmə olsun və silahlı birləşmələr saxlasın?"

Partiya sədri bildirib ki, Azərbaycan istənilən vaxtı antiterror əməliyyatı keçirərək, ərazisini terrorçulardan təmizləyə bilər:

"Paşinyan qabaqdangəlmişlik edir. O, yaxşı bilir ki, istər Rusiya, istər Avropa Birliyinin vasitəçiliyi ilə götürdükləri öhdəlikləri Ermənistan icra etmir. Bilir ki, bunun sonu hərbi əməliyyatlara dayanacaq və ermənilərin başları əziləcək. Bu baxımdan o ictimai rəyə təsir etməyə çalışır ki, baxın, biz məzlumuq, sülh istəyərik, amma Azərbaycan müharibəyə hazırlaşır. Özü yaxşı bilir ki, özü bu "müharibəni" tətikləyir. Özü də dərk edir ki, bunun yekunu Azərbaycan tərəfindən hərbi əməliyyatarla nəticələnəcək. Buna görə indidən qabaqdangəlmişlik edir, bəyanatlar verir. Biz Paşinyanın bəyanatları üzərində işimizi qurmalı deyilik. Özümüz dövlət maraqları istiqamətində lazımi bütün addımları atmağı bacarmalıyıq. Bu addım hərbi əməliyyat da, sülh danışıqları da, sülh sazişindən imtina da ola bilər. İstənilən halda Azərbaycan maraqlarını hər şeydən üstün tutmalıdır".

Tural Abbaslı sosial şəbəkələrdə danışılan mövzuya, Azərbaycanın Zəngəzuru qaytarmaq iddialarına da münasibətini ifadə edib:

"Ermənistan "əfsənəvi" Tiqrana söykənib Türkiyə, Azərbaycan, Gürcüstan və digər ölkələrin ərazisinə iddia edirsə, biz niyə 100 il bundan əvvəlki ərazilərimizi tələb etməyək? Sovet dönəmində xalqın iradəsi nəzərə alınmadan bizdən qoparılan Zəngəzur, Basarkeçər, Dərələyəzi geri almaq iddiasında olmayaq? Dünyada elə bir ikinci dövlət yoxdur ki, öz ərazisindən başqa dövlətə torpaq versin və bu sahədə də öz ərazisi ikiyə bölünsün. Heç bir xalq, dövlət buna razı olmaz. Əgər biz Sovet imperiyasının işğalçı, diktator, totalitar rejim olduğunu qəbu ediriksə və onun aldığı qərarlar legitim deyilsə, o zaman Azərbaycan 20- ci ildə hansı formada işğal olunub SSRİ- nin tərkibinə hansı ərazilərlə daxil olmuşdusa, o əraziləri tələb edə bilər. Necə ola bilər ki, Moskva Çar Rusiyasına istinad edərək Krıma iddia edə bilir və bunu qəbul etdirir, amma biz 1960- cı illərdə Azərbaycan parlamentində təsdiq olunan Zəngəzurun ermənilərə verilməsi sənədini mübahisələndirə bilmərik? Belə bır ədalət yoxdur. Ermənistan 7 min kv.km-dən bugünkü 20 min kv.km- ə kimin torpaqları sayəsində gəlib? Biz niyə güzəşt etməliyik? Bu, bizim tarixi haqqımız, hüququmuzdur. Tələb etməli, iddia etməli, yeri gəlsə, öz torpaqlarımız uğrunda müharibə də aparmalıyıq".




Paylaş:


Müəllif : Tarix:
28-06-2022, 16:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər