İmişlidə RƏSMİ ÖZBAŞINALIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
Son bir neçə aydır ki, İmişli rayonu ərazisində baş verən hoqqalar ölkə mediasının gündəmini zəbt edir, hətta geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzulardan birinə də çevrilir. Bundan əlavə, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan, həmçinin Azərbaycan Respublikası Prezidentinin 21 may 2020-ci il tarixdə imzaladığı Sərəncam əsasında İmişli Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Rzayev Elçin Adil oğlunun həyata keçirdiyi idarəçiliyə qarşı, lazımi yanaşmalar da ortaya qoyulur. Unutmaq olmaz ki, bu rayonun sabiq icra başçısı Vilyam Hacıyevlə bağlı həbs qəti-imkan tədbiri görüldükdən sonra, əksəriyyət o düşüncəyə sahib idi ki, kim bundan sonra İmişlidə icra başçısı olacaqsa, həmin şəxs fəaliyyətini qanunamüvafiq qaydada həyata keçirəcək, bir növ sələfinin aqibəti onun üçün “ibrət dərsi” olacaq. Əslində bu heç də belə olmadı və yeniliyə doğru heç bir addım da atılmadı.
Qeyd edək ki, Elçin Rzayev vəzifəsinin icraasına başladığı ilk günlərindən başlayaraq müəyyən addımlarını atdı və bunun qarşılığında ona qarşı müəyyən qədər inam hissi də formalaşdı. Amma aylar, illər keçdikcə bu şəxsə qarşı elə bir formada inamsızlıq hissi formalaşmağa başladı ki, baş verənləri görüb eşidən hər kəs ya “lal, ya da ki, kor” oldu. Xeberfakt.az xəbər portalı olaraq Elçin Rzayevin qol qoyduğu əməlləri eşitdikcə belə qənaətə gəlirik ki, deməli ölkə rəhbərinin geniş ictimaiyyət qarşısında bu şəxsə verdiyi tapşırıqlar yavaş-yavaş öz əhəmiyyətini itirir və İmişli RİH-nin başçısı möhtərəm Prezidentin etimadını heç də doğrultmur. Çünki, ümumi müşahidələrimizdən, media üzərindən apardığımız bəzi araşdırmalardan, rayon ərazisində dolaşan müəyyən söz-söhbətlərdən və s. bəlli olur ki, hal-hazırda bu şəxs sahib olduğu potensialını, yalnız və yalnız şəxsi məqsədlərinin həllinə yönəltməklə məşğul olur.
Ötən iki il ərzində Elçin Rzayev o qədər “qaranlıq əməllər”ə qol qoyub ki, onları sadalamaqla qurtarmaq olmaz. Məsələn, icra başçısı vəzifəsinin icraasına başladıqdan bir müddət sonra o, RİH Aparatını “ailə hakimiyyəti”nə çevirir, qardaşı Şamil Rzayevi müstəsna səlahiyyətə malik olan “toxunulmaz şəxs” elan edir, Azərbaycan Respublikası CM-nin bəzi maddələri ilə ittiham olunmuş şəxslərə vəzifələr verir, öz yaxınlarına, qohum-əqrəbalarına, bir sözlə ona bağlı olan hər kəsə “yaşıl işıq” yandırır. Bu cür addımlar İmişli sakinlərini şoka deyil, birbaşa “şökə salır”. Buna əsas səbəb, Elçin Rzayevin verdiyi anormal qərarların varlığı olur. Bu kimi səbəblər üzündən də, yeni icra başçısı həbsdə olan icra başçısı Vilyam Hacıyevin dünyadan köçənlərinə rəhmət oxutdurur.
Başqa bir faktı da qeyd edək ki, Elçin Rzayev xeyli müddət bundan öncə rayonun Hacırüstəmli kəndində baş verən “məxməri inqilab” haqda lazımınca məlumatlı olsa da, o, icra nümayəndəsinin sabiq müavini barədə heç bir tədbirini görmür. Əksinə o, həmin şəxsi müavin vəzifəsindən uzaqlaşdırıb digər kənddə daha məsul vəzifəyə təyin edir. Bütün bunlar da onu sübut etməyə əsas verir ki, İmişli RİH-nun bugünkü rəhbəri cinayət əməlləri törədən, iyrənc əməllərə qol qoyan və s. kimi şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında daha maraqlı görünür.
Bundan əlavə, Elçin Rzayev sabiq icra başçısı Vilyam Hacıyevin dövründə inşaası həyata keçirilmiş qanunsuz tikililərlə bağlı minbir maxinasiyalar oynayır ki, burada da başlıca məqsəd lazımi məbləğdə gəlirlər əldə etmək olur. Qeyd edək ki, hal-hazırda başı belə bir işlərə qarışan icra başçısı İmişli RİH Aparatının qarşısında, hansı ki, Heydər Əliyev Parkındakı ayaqyolunda baş alıb gedən dözülməz, daha biabırçı vəziyyətə hələ də göz yumur. Bir sözlə, bu şəxs üçün problemləri aradan qaldırmaq, vətəndaşları dinləmək və s. arxa plana keçən məsələlərdir. Bir xatırlamanı yada salaq ki, 44 günlük Vətən müharibəsi dövründə o, bütün şəhid ailələrinə baş çəkir, yeri gəldikdə şəkil çəkdirib paylaşımlar da edirdi. Elə ki, müharibə başa çatdı, aylar, illər keçdi, o halda şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının problemlərini həll etmək unuduldu. Məsələn, adicə bir faktı qeyd edək ki, hər iki ayağında elizarov aparatı olan Nahid Şıxəliyev adlı qazi İcra Başçısından xahiş edib onu deyir ki, “ailəmlə birlikdə yaşadığım evin kirayə pulunu verə bilmirəm. Dövlətdən ev alana kimi yataqxanadan olsa belə, mənə müvəqqəti bir otaq verilsin”. Düzdür, İcra Başçısı Nahid Şıxəliyevin yanında kiməsə zəng edir və o, guya ki,
bu məsələnin həlli yöndə tapşırığını verdi deyə özünü göstərir. Həmin vaxtdan iki il keçsə də, qazi Nahid Şıxəliyev hələ də ailəsi ilə birlikdə kirayədə yaşamaqdadır. Yotube kanalında yayılan məlumatlara görə Elçin Rzayev, hospitala getmək üçün Nahid Şıxəliyevə iki-üç dəfə 30 manat məbləğində yolpulu verir və o, bununla da öz işini bitmiş hesab edir. RİH-nin başçısı rayonda bəzi iş adamlarının, hətta Qızıl Aypara Cəmiyyəti əməkdaşlarının gördükləri işləri də öz adına çıxır. Rayonun “Sabir parkı”ndakı görüntülər ümumi vəziyyətin necə olmasından xəbər verir.
Bütün bunlar İmişli RİH başçısının idarəçiliyinin mahiyyətidir. Yəni, Elçin Rzayevin bugünkü idarəçiliyinin sıfıra bərabər olması hər kəsə bəlli olan həqiqətlərdir ki, bunları hər kəs görür, hər kəs də lazımi qiymətini verir. Mövzuya qayıdacağıq.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Xeberfakt.az
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2022, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər