reklam
Regionxeberlericom.az » Sosial » "Universitetlərdə lazımsız ixtisaslar var..." - AÇIQLAMA

reklam

"Universitetlərdə lazımsız ixtisaslar var..." - AÇIQLAMA


“İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən universitetlərdə bəzi ixtisaslar yerində qalsa da, zamanla yenilənir. Bu baxımdan, Azərbaycanda da maliyyə, mühasibat kimi ixtisasların yenilənməsinə ehtiyac var”. Bu sözləri universiteti bitirən məzunların üzləşdiyi problemlərə toxunan təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, universiteti bitirən məzunların işsizlik problemi gənclərin təhsilə meyilli olmasına mane olur:

“Bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qisminin əmək bazarında olan tələbləri ödədiyi hər kəsə məlumdur. Sadəcə burada atılan addımların əhəmiyyəti önəmlidir. Ali təhsil almaq o demək deyil ki, şəxs yüz faiz işlə təmin olunacaq. Ali təhsil almaq insanın bilik və bacarığını artırmağa, dünyagörüşünü və çevrəni dəyişməyə imkan yaratsa da, məzunun iş tapması üçün mütləq şəkildə peşənin mütəxəssisi olması vacibdir. Əks halda, nəticə gözlənilən kimi olmur. Məzunların işsiz qalmasında ən böyük problem ixtisaslarla bağlıdır. Çünki tədris olunan ixtisasların əksəriyyəti, demək olar ki, yenilənməyib. İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən universitetlərdə bəzi ixtisaslar yerində qalsa da, zamanla yenilənir. Bu baxımdan, Azərbaycanda da maliyyə, mühasibat kimi ixtisaslaırn yenilənməsinə ehtiyac var. Bu, məzunların gələcəkdə yerli və ya xarici bazarda iş tapmasına əlverişli şərait yarada bilər.

Yəni bu gün əmək bazarında olan problem birbaşa universitetlərlə bağlıdır. İxtisaslarla bağlı keçirilən dərslərdə müəyyən çatışmazlıqlar var. Ali təhsil müəssisələrində lazımsız ixtisaslar var ki, tələbələr bitirəndən sonra o ixtisas üzrə iş tapa bilmirlər. Bu ixtisasların aradan qaldırılmaması və yeni ixtisaslarla əvəzlənməməsi təəssüf doğurur”.




Paylaş:


Müəllif : Tarix:
29-06-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər