“Bir şəkil paylaşıb, əlindəki “Kalaşnikov”la haranısa hədəfə alıb...“ - Məşhurların qadağasına rəy
“Qurd” ləqəbi ilə repçi Fərid Eminovun xanımı Leyla Eminova müzakirələrə səbəb olacaq açıqlama verib. Pianoçu 32 mindən izləyicisi olan İnstaqram səhifəsində post paylaşaraq KİV-in onun görüntülərindən istifadə etməsinə qadağa qoyub. O, ictimaiyyətə açıq olan səhifəsindən hər hansı bir post götürülməsinə icazə vermədiyini qeyd edib.
Bir müddət əvvəl isə eyni çıxışı müğənni Nadir Qafarzadə edərək “İnstagram” səhifəsindən şəkillərin götürülməsinə qadağa qoyduğunu bildirmişdi.
Bu məsələ qanunvericilikdə necə tənzimlənir? İctimai şəxsin səhifəsindən hər hansı şəkili, yaxud paylaşımı götürmək olarmı? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas, İKT üzrə ekspert Ələsgər Əhmədoğlu qeyd edib ki, əgər ictimai şəxslər buna qadağa qoyduğunu bildirirsə, heç bir media orqanı həmin görüntülərdən istifadə edə bilməz:
“Hazırda yeni media qanunu qüvvəyə minib. Bu qanunda başqa mənbələrdən istinad etməyə yalnız iki halda icazə verilir: ya qarşı tərəflə hər hansı müqavilə olmalı, onun icazəsi alınmalı, ya da ictimai əhəmiyyətli məsələdirsə, mənbəyə istinadla verilməlidir. Bu zaman da məlumatın üçdə birindən istifadə etmək olar.
Şəkil elə bir şeydir ki, şəxsin hüququna aid məsələdir və o, sözügedən şəkli “İnstagram”da, yaxud başqa sosial şəbəkə hesabında paylaşsa belə, əgər konkret iradəsini ortaya qoyaraq “Media üçün bağlıdır” qeydini edibsə, bu o deməkdir ki, media həmin materiallardan istifadə edib yaya bilməz.
İstisna hallar ola bilər. Məsələn, həmin şəkil ciddi, ictimai əhəmiyyətli müzakirə yaratsın, o zaman onun ictimai əhəmiyyətini əsas götürərək şəxsin icazəsi olmadan material yayıla bilər. Lakin bu da istisna haldır, tutalım, ictimai şəxs bir şəkil paylaşıb, əlindəki “Kalaşnikov”la haranısa hədəfə alıb, bu zaman şəkli yayaraq mübahisə predmeti etmək olar ki, nə üçün həmin adamın əlində silah var?
Profilin açıq olması məşhur şəxsi görməklə bağlıdır, amma o, fotolarının başqa bir mediada istifadə olunmasına icazə vermirsə, bunun üçün ayrıca icazəyə ehtiyac var”.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-06-2022, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər