AŞPA şəxsi zəmində baş verən qətli də hakimiyyətin üzərinə yıxmağa çalışır - NƏ ETMƏLİ?
AŞ PA-dan Azərbaycan hakimiyyətinin üzərinə basqılar yenə artıb. Belə ki, AŞ PA Bürosu “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr” adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Məruzəni AŞ PA-nın Hüquq məsələləri və insan hüquqları komitəsi hazırlayacaq.
Öz növbəsində, Mədəniyyət, elm, təhsil və KİV komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq tapşırılıb.
Hesabada LGBT fəalı Əvəz Şıxməmmədovun (Əvəz Hafizli) bu il fevralın 22-də öz evində öldürülməsinə də yer ayrılacaq.
Qeyd edək ki, neçə il idi ki, bu qurumla Azərbaycan hakimiyyəti arasında sanki bir anlaşma var idi. Bu hesabatlarda nəticələrdə özünü büruzə verirdi. Halbuki 2000-ci illərin əvvəllərində mərhum prezident Heydər Əliyev hakimiyyətinə qarşı ən çox tənqidi hesabatlar məhz AŞ PA-dan və ATƏT-dən gəlirdi. Burada bir məsələ də diqqət çəkir. Sanki ATƏT son illər siyasi baxımdan Cənubi Qafqaz ölkələrində fəaliyyətini azaldıb.
AŞ PA-nın hazırlayacağı bu hesabat ölkə ictimaiyyətində həm tənqidlərə tuş gəlib, həm də müəyyən dərəcədə təəccüb doğurub. Azərbaycanla bu qurum arasında hazırda münasibətlərdə isti dövr yaşanır. Belə bir şəraitdə hazırlanacaq hesabat şübhəsiz ki, münasibətlərin üzərinə soyuq su səpə bilər...
Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa burada təəccüblü heç nə görmür: “Həmişə bir bəhanə tapılır. Münasibətlər guya nə vaxt yaxşı olub ki? AŞ PA Ermənistanı qınayan heç bir addım atmadı. Bu baxımdan AŞ PA-nın bu yanaşması konkret bəhanələr üzərində qurulub. Hansı hüquq müdafiəçisi, jurnalist sıxışdırılır? İstintaq qaydasında kimsə məhkəməyə cəlb olunur. Amma konkret olaraq həbs edilən varmı? Bunlar qondarma şeylərdir. Bəhanə tapmağa da artıq çətinlik çəkirlər. Kiminsə üzərindən gəlməyə çalışırlar. Onun üçün də jurnalist, hüquq müdafiəçisi və başqa sahələr üzrə insanlar tapmaq cəhdləri edirlər. Azərbaycanın Avropa Birliyi ilə onsuzda yüksək səviyyədə münasibətləri var. Orada da Azərbaycan belə məsələləri əsaslandıra bilir. Belə addımların heç bir effekti olmayacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bir qədər qəzəbli danışdı: “Mənim LGTB-yə loyal münasibətim olmayıb. Sadəcə, gözümü yuma bilərəm. Pis baxdığımı da deyərdim. İndi adı qeyd olunan LGTB fəalının problemi öz qohumu ilə olub. Bunun Azərbaycana nə dəxli var? Yaxud LGTB-nin özünə nə dəxli var idi? Biz AŞ PA ilə işləyirik. Gərək iclaslarına qatılaq. Hər zaman da belə etmişik. Sadəcə, bir müddət pandemiya səbəbindən iclaslar onlayn keçirildi. Deputatlarımız ora gedirlər. Gərək bütün bunları onlara çatdırardılar. Orada həmin şəxsin nəyin üstündə öldürüldüyünü deməli idilər. İşləmək lazımdır. Amerikada olan insan hüquq təşkilatları, Avropa İttifaqı, elə AŞ PA-nın özü ilə işləmək vacibdir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-06-2022, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər