reklam
Regionxeberlericom.az » Sosial » Ədliyyə Nazirliyi ADR Partiyasının qeydiyyat sənədlərini ikinci dəfə geri qaytarıb

reklam

Ədliyyə Nazirliyi ADR Partiyasının qeydiyyat sənədlərini ikinci dəfə geri qaytarıb


Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının qeydiyyat üçün təqdim etdiyi sənədləri ikinci dəfə geri qaytarıb.

ADP Partiyasının məlumatına görə, qurumun 16 mart tarixli məktubla Ədliyyə Nazirliyinə (ƏN) dövlət qeydiyyatına alınması üçün təqdim etdiyi qeydiyyat sənədlərini iyunun 21-də geri qaytarılıb.

Partiyanın sədri Qubad İbadoğlu bildirib ki, ADR Partiyası yaranandan ötən 8 aydır qeydiyyat məsələsi ilə məşğuldur.

"İndiyə qədər bu məqsədlə Ədliyyə Nazirliyinə iki dəfə müraciət olunub, hər müraciət orta hesabla dörd ay vaxt aparıb. Ədliyyə Nazirliyində siyasi pariyaların qeydiyyat proseduru çox uzundur, şəffaf deyil, qərarlar bağlı qapı arxasında qəbul edilir. Nazirlik bütün qeyd və iradlarını birinci müraciətə cavab məktubunda göstərməli oduğu halda onu etməməklə, hər dəfə bir-iki irad göstərməklə qanunun tələblərini pozur".

Qubad İbadoğlunun fikrincə, ADR Partiyasının qeydiyyatına olan hazırkı münasibət hüquqi normalarla deyil, siyasi münasibətlə əlaqədardır.

"Mövcud hakimiyyət birləşmək azadlığını pozmaqla gerçək müxalif mövqedə olan yeni siyasi təşkilatın yaranmasına mane olur və bununla da ADR-in qısa zaman ərzində artan ictimai nüfuzundan ehtiyatlandığını nümayiş etdirir".

Partiya sədri deyib ki, üçüncü dəfə Ədliyyə Nazirliyi imtina cavabı verdiyi təqdirdə məhkəməyə müraciət edəcək.

Bununla yanaşı, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən ADR Partiyasının məlumatı ilə bağlı münasibət almaq mümkün olmayıb. Belə ki, bu qurumda telefonlara cavab vermirlər, elektron müraciət üçün qeyd olunan şifrələr isə işləmir.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası əsasən 21 fevral 2015-ci ildə təsis edilmiş ADR Hərəkatının bazasında formalaşıb və 17 oktyabr 2021-ci ildə keçirilmiş təsis qurultayında elan edilib. Qurultayda iqtisad elmləri doktoru Qubad İbadoğlu partiyanın sədri seçilib.

GundemXeber.Az




Paylaş:


Müəllif : Tarix:
30-06-2022, 13:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər