reklam
Regionxeberlericom.az » Sosial » "AAAF Park"ı yarıtdı... indi də gedib ASTARADA BOY GÖSTƏRİR... - NARAZILIQ VAR!

reklam

"AAAF Park"ı yarıtdı... indi də gedib ASTARADA BOY GÖSTƏRİR... - NARAZILIQ VAR!


Astaranın Qamışlı kəndində dənizkənarı çimərlik zəbt olunub.

Ərazinin yerli icra və bələdiyyə qurumları tərəfindən satıldığı iddia edilir.

Bu barədə kənd sakini Ruslan Dadaşov "Feysbuk" hesabında yazıb.

"İki günlük kəndimizə getmişdim. Kəndimiz dəniz sahilində yerləşir və gözəl çimərliyi var. Həmin çimərlik ki bizim uşaqlığımız orada keçib. Bu ərazilər həm də bizim kəndin örüş yerləri olub. Amma və lakin bu dəfə dəniz sahilinə getməyimə məyus oldum. Kəndimizin bələdiyyə sədri ilk əvvəl həmin əraziləri qeyri-rəsmi yollarla istifadə etdi, daha sonra isə Tofiq Heydərov adlı şəxsə böyük məbləğdə vəsaitə "satdı"", - deyə Ruslan Dadaşov qeyd edib.

Onun sözlərinə görə, Tofiq Heydərov ərazini tam bağlamaqla yerli əhalini çimərliyə və onların mal-qarasını örüş yerinə həsrət qoyub: "Dünən özünü həmin yerin inzibatçısı kimi təqdim edən şəxs mənə yaxınlaşdı və bildirdi ki, maşınla bu əraziyə giriş qadağandır, maşını buradan götür. Dedim ki, bura mənim evimdir, burada mənə hökm edə bilməzsən. Sahil isə şəxsi mülkiyyətiniz deyil, buradan hər kəs istifadə üçün sizdən icazə almamalıdır?".

Kənd sakini deyir ki, sahili zəbt edənlərlə bağlı qanun çərçivəsində də addımlar atılacaq.

Yazıda adıkeçən Tofiq Heydərovun "AAAF Park"ın rəhbəri olduğu bildirilir.

"AAAF Park"dan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycanda uzun illərdir ki, dəniz sahillərinin ayrı-ayrı məmurlar, iş adamları və oliqarxlar tərəfindən zəbt olunduğu müzakirə olunur. //arqument.az//




Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 09:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər