reklam
Regionxeberlericom.az » Sosial » Cəlilabad Rayon İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat TƏLƏB EDİR

reklam

Cəlilabad Rayon İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat TƏLƏB EDİR


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.

Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.

Namiq Zeynalov son söz üçün vaxt istəyib.

Proses iyulun 4-nə kimi təxirə salınıb.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. //trend//




Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 16:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər