“Bakılılar Günü”nün arxasındakı sirr - İLGİNC İDDİA
“Bu gün, iyulun 1-ni “Bakılı Günü” kimi qeyd edirlər. Sosial şəbəkələrdə bununla bağlı rəylər yazılır, şərhlər verilir, təbriklər edilir. Amma deyim ki, “Ümumdünya Bakılılar Günü” adlı bayram yoxdur. Olan sadəcə, “köhnə Bakı”nın nisgilini çəkənlərin qeyd etdikləri gündür”. Regionxeberlericom.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, bu “bayram”ın özü absurdur, necə ki, “Qazaxlılar Günü”, “Bərdəlilər Günü”, “Laçınlılar Günü” qeyd edilərsə, absurd olacağı kimi:
“Şəhərin, kəndin, məkanın günü olar - orada yaşayanların yox.
Maraqlıdır ki, “Bakılılar Günü”nü “qeyd” edənlərdən kimsə niyə məhz iyulun 1-nin, bu tarixin seçildiyini, təşəbbüskar və müəllifin kim olduğunu araşdırmayıblar, araşdırmırlar. Bəlamız odur ki, Bakının tarixini yerli “nastoyaşı bakines”lər və ya özlərini belə sayanlarla müqayisədə bir çox erməni daha yaxşı bilir. Həmin ermənilər “Bakı əvvəlki şəhər deyil, gəlmələr zibilə döndərdilər şəhəri” deyənlərin kosmopolitizmindən, nihilizmindən, saxta sosyete anlamlarından istifadə edirlər. “Belə millət var – bakılı!” kimi marazmatik şüar otraya atılır, iyulun 1-i nədənsə “Ümumdünya Bakılı Günü” elan edilir.
Deyilmir və yazılmır ki, iyulun 1-nin seçilməsinin səbəbi 1918-ci ildə Rusiyanın bolşevik lideri Vladimir Leninlə Birinci Dünya Müharibəsinin cəbhələrində vuruşan kayzer Almaniyasının anlaşaraq, almanların neftlə təmin edilməsinin müqabilində Bakının Rusiyanın tərkibində qalması ilə bağlı razılığa gəldiyi gün olmasıdır. Yəni Bakını elə Bakının nefti ilə haqq-hesab edərək satmışdılar. Almaniyanın, Rusiyanın yox, Azərbaycanın nefti hesabına.
Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri 1918-ci il 27-30 iyun tarixlərində Göyçay yaxınlığında Stepan Şaumyanın dəstələrini və daşnakların birləşmələrini darmadağın edir. Bakıya yol açılır. Təlaşa qapılaraq qorxuya düşən Vladimir Lenin iyunun 30-da İosif Stalinə teleqraf yollayır və əmr edir ki, o, Almaniyanın Tiflisdəki diplomatik nümayəndəliyi ilə dərhal danışıqlara başlasın. Stalin almanlardan xahiş etməliydi ki, onlar türk müttəfiqlərinə təzyiq göstərərək Nuru Paşanın Bakıya doğru irəliləyişini dayandırsınlar”.
Elçin Alıoğlu qeyd edib ki, Leninin teleqramı alınır və ertəsi gün - iyulun 1-də Stalin aldığı göstərişi Almaniyanın Tiflisdəki konsulu Fridrix fon Şulenburqun diqqətinə çatdırır:
“Şulenburq da “Bakı Rusiya şəhəri kimi qalmalıdır” təklifi ilə razılaşır. Bakıda isə ermənilər bayram edirdilər. Küçələrdə “Bakı - əbədi olaraq Rusiyada!” şüarları asılmışdı. Nuru Paşa isə alman müttəfiqlərdən “lütfən, hücumu dayandırın” ismarışı alsa da, almanları və daşnakları piyada “erotik səyahət”ə yollayaraq hücumu davam etdirir.
“Ümumdünya Bakılılar Günü”nün müəllifi isə Arsen Petrosyan adlı ermənidir. Məhz bu individ illər əvvəl “Odnoklassniki” sosial şəbəkəsində “bayram”la bağlı status yazmışdı. Sonradan bu basilla sosial şəbəkələrdə yayıldı. Arsen Petrosyan daşnak idi, “Miasus” idefiksi ilə sayıqlayan ermənilərin sosial şəbəkələrindəki qruplarında çox fəaldı.
Günün seçimi də sərrast və dəqiqdir. Axı Azərbaycanda 1918-ci ilin iyunun ayının son günləri barədə nə qədər həmvətənimiz məlumatlı idi ki. Hər kəs seçimində tam asudə və azaddır. “Ümümdünya Bakılılar Günü” barədə şəstlə yazıb “Ax, Bakı” tipli köksötürmələri növbələyənlərlə də işim yoxdur. Sadəcə, nəzərə çatdırım ki, o Arsen Petrosyanın tam adaşı olan erməni “manıs” Arsen Petrosyanın “"Kayfuem” mahnısı da var.
Mənim üçüsə Bakı Günü var - hər ilin sentyabrın 15-i...”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2022, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər