reklam
Regionxeberlericom.az » Sosial » Zaurun verilişinin arxasında böyük adamlar durub, ailə dağıdırlar... - Aqil Abbasdan İTTİHAM

reklam

Zaurun verilişinin arxasında böyük adamlar durub, ailə dağıdırlar... - Aqil Abbasdan İTTİHAM


“Zaur Kamalın hərəkətini normal hesab etmirəm, kimisə efirdən qovmaq səlahiyyəti heç kimə verilməyib”.

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas deyib.

Deputat bildirib ki, özəl kanallar ailə dəyərlərimizi dağıtmaqla məşğuldurlar:

“Şou verilişidir, böyük bir siyasi qalmaqal deyil. Burada siyasi məqsədlər axtarmaq doğru deyil. Aparıcı böyük bir səhv edib, gərək etməyəydi. Kanalın aparıcı və pul gətirən verilişlərindən biridir. Ona görə bu hadisəyə görə aparıcıya töhmət verilə və yaxud kanalın rəhbərliyi aparıcının adından üzr istəyə bilər. Amma belə şeylərə görə verilişi bağlamazlar.

Özəl kanallar Azərbaycanın ailə dəyərlərini dağıtmaqla məşğuldur. Buna Avropa külli miqdarda maya buraxır ki, ölkəmizdə ailə dəyərlərini məhv etsinlər. Hamısında da eyni verilişlərdir. Bütün özəl kanallarda belə hallar var. Özəl televiziyaların arxasında duran adamlar Audiovizual Şurada çalışanlardan daha böyük şəxslərdir. O kanallar özbaşına deyil, onların arxasında duran qüvvələr, adamlar var. Düzdür, maraqlı verilişlər, filmlər də var, lakin elə verilişlər var ki, ailə dəyərlərini məhv edir. Ərindən, yaxud arvadından qaçan, anasını döyən, ərinə xəyanət edən... Bu kimi məsələlərin efirə çıxarılması mənfi bir haldır. Bunların heç biri efir materialı deyil. Xaricdən götürülüb bizim efirlərdə də tətbiq edirlər”.




Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər