reklam
Regionxeberlericom.az » Sosial » Bu xəstəxanada sağlam adam dəli olar - BU DA FAKT!!!

reklam

Bu xəstəxanada sağlam adam dəli olar - BU DA FAKT!!!

















Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında müalicə olunan şəxslərin həyatı təhlükə altına düşüb.

Bu barədə Medianews.az-a səhiyyə müəssisəsində müalicə alan şəxslərin yaxınları məlumat verib.














Bu xəstəxanada sağlam adam dəli olar

Qeyd olunub ki, tibb ocağında antisanitariya şəraitinin hökm sürməsi, xəstələrin yaxınlarından qanunsuz olaraq ödənişlərin tələb olunması, müalicə olunan xəstələrin bədən və baş nahiyələrində yoxlanış zamanı müxtəlif növ bit və birələrin olması və bu kimi onlarla digər fakt aşkarlanıb.

Məlumata görə, stasionar şəkildə müalicə alan xəstələrin həyatı baxımsızlıqdan təhlükə altına düşüb və onların bədənlərində müxtəlif ölçülərdə yaralar meydana gəlib. Buna səbəb isə xəstəxananın hamam otaqlarının işlək vəziyyətdə olmaması və xəstələrin vaxtlı-vaxtında yuyunmaması göstərilir.

























Sanitar qovşaqda hökm sürən antisanitariya şəraiti tibb müəssisəsində müxtəlif xəstəliklərin yaranmasına da gətirib çıxarıb. Belə ki, anadangəlmə və yaxud da ki, sonradan psixoloji və nevroloji problemlərdən əziyyət çəkən ruhi-əsəb xəstələri arasında natəmizlik səbəbindən müxtəlif xəstəliklər də yaranıb.

Bundan əlavə, qeyd olunub ki, xəstələr üçün ayrılan ərzaq təminatı xəstəxana rəhbərliyi tərəfindən mənimsənilərək satılır. Buna görə də xəstələr yalnız yaxınlarının gətirdiyi ərzaq sovqatı ilə qidalanmağa məcbur olurlar. İddia olunur ki, bəzi hallarda xəstə yaxınlarının gətirdiyi ərzaq sovqatları da tibb müəssisəsinin rəhbərliyinin göstərişi ilə mənimsənilir.

























Məlumata görə, bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmələr həyata keçirilib.

Başçəkmələr zamanı səhiyyə müəssisəsində müalicə alan insanların həyatını təhlükə altına qoyan və sayı-hesabı bilinməyən çox ciddi nöqsanlar aşkarlanıb.

Başçəkmələr çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisələrin palata və şöbələrinə, görüş yerlərinə, yeməkxanalara, ərzaq anbarlarına və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib.

Başçəkmələr zamanı sanitar-gigiyenik qaydalara diqqət yetirilmədiyi, mütəmadi olaraq dezinfeksiya və təmizlik tədbirlərinin davam etdirilmədiyi məlum olub.

Xəstəxananın tibbi avadanlıqlarla təchiz olunsa da, onların tətbiqi üçün ixtisaslı kadrların (laborant, rentgenoloq, radioloq, terapevt, psixiatr və USM həkimi) olmadığı aşkarlanıb.

Pasiyentlərin yaxınları dəfələrlə xəstəxananın baş həkim əvəzi Venera Salifova barəsində aidiyyəti dövlət qurumlarına şikayət etsələr də onlarına müraciətləri cavabsız qalıb.

Qeyd olunub ki, o, təqaüd yaşının keçməsinə baxmayaraq hələ də xəstəxana rəhbəri vəzifəsində işləyir.

Bildirilir ki, bu yaxınlarda xəstəxanada V.Salifova ilə Qarabağ qazisi arasında mübahisə yaranıb. Daha sonra mübahisə zamanı V.Salifova Qarabağ qazisinin başına stolu çırparaq onu oradan qovub.

İddialara görə, V.Salifova xəstəxanada rəhbər kimi fəaliyyətə başlayandan etibarən təyinatla və təmənnasız yeni işçi qəbulu dayandırılıb. Amma işçilər 5000-8000 məbləğində bəxşiş qarşılığında işə götürülür.

Məlumatda qeyd olunur ki, V.Salifova xəstəxanadakı nöqsanlarla bağlı irad tutan şəxsləri isə müxtəlif formada hədələyir. O, onu vəzifəyə təyin edən şəxsin qolu zorlu məmur olduğunu dilə götərərək irad tutanları şantaj edir. Qorxmadan və çəkinmədən istənilən şəxsin onun və əməlləri barəsində hara şikayət etməsindən asılı olmayaraq onun üçün heç bir problem yaratmayacağını iddia edir.

Ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən xəstəxanada kompleks yoxlamalar təşkil olunacaq və aşkar olunan bütün nöqsanlar aradan qaldırılacaq. Eyni zamanda xəstəxanada nöqsan və özbaşınalıqların yaranmasına səbəb olan şəxslər cəzalandırılacaq.




Paylaş:


Müəllif : Tarix:
4-07-2022, 08:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər