Naxçıvana 5 yol çəkilə bilər: Yeni marşrutlar haralardan keçəcək? – XƏRİTƏLƏR
10 noyabr anlaşmasına əsasən Ermənistan öz ərazisindən Naxçıvcan Muxtar Respublikasına çıxış üçün Azərbaycana dəhliz verməlidir. Həmin razılaşmanın 9-cu bəndində deyilir ki, Ermənistan tərəfi Azərbaycan vətəndaşlarının, habelə yüklərin təhlükəsiz daşınmasına zəmanət verməılidir.
Regionxeberlericom.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, “Zəngəzur dəhlizi” adlanacaq bu yolla bağlı İrəvan iki ilə yaxındır müqavimət göstərir. Onlar belə bir yolun açılmasına etiraz etmədiklərini, lakin onun dəhliz statusunda olmayacağını bildirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan isə bir neçə gün əvvəl bəyan edib ki, həmin yolun üzərində gömrük-keçid məntəqəsi olacaq, yüklər və sərnişinlər yoxlanılacaq. Bakı isə İrəvanın bu təklifini rədd edir, onları 10 noyabr razılaşmasını təmin etməyə çağırır.
Lakin Ermənistanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolların sayının 1 olmayacağını bildirirlər. Bu ölkənin mediasında gedən xəbərlərə görə, həmin yolların sayı 5 olacaq.
“Hraparak” qəzeti yazır ki, rəsmi İrəvan bu məsələ ilə bağlı açıqlama vermək istəmir. Amma əldə edilən məlumatlara görə, həmin yolların hamısı işə salına bilər.
Qəzet yazır ki, sözügedən yollardan biri Qubadlı-Vorotan-Xot yolu olacaq. Sünik ərazisindən keçən bu yol daha çox Arazboyu nəqliyyat dəhlizi kimi tanınır.
Digəri isə Biçənək-Naxçıvan-Kəlbəcər yoludur. Belə bir yolun çəkilməsi nəticə etibarı ilə Ermənistanı iki bölmüş olacaq. Çünki məlum yol dolayı çəkilməli və Kəlbəcərə qədər isə Ermənistanı ərazi baxımından ikiyə ayırmalıdır.
Üçüncü yola gəldikdə, bu Sisyanın Noravan kəndinin kəsişməsindən başlayıb, Naxçıvan və Kəlbəcəri birləşdirməlidir.
Dördüncüsü, Qubadlıdan Laçına, oradan isə Xndzoresk kəndinə qədər çəkiləcək yoldur.
Beşincisi isə Laçın rayonundan Kəlbəcərə gedən yolun, eləcə də Cermuxdan Kəlbəcərə qədər olan hissəsinin tikilməsindən bəhs olunur.
Qeyd edək ki, erməni tərəfinin bu iddiasının nəyə əsaslandığı məlum deyil. Bilinən odur ki, Azərbaycan Naxçıvana həm dəmir yolu, həm də avtomobil yolunun açılmasını istəyir. Həm də tələb edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2022, 12:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər