Qafqazın tək sərhədi qapalı ölkəsi BİZİK... - NƏ BAŞ VERİR?
Rusiya iyulun 15-dən quru sərhədlərini açacaq. Bu barədə ölkənin Operativ Qərargahı bildirib. Qeyd olunub ki, Belarus vətəndaşları istisna, digər ölkələrin vətəndaşları Rusiyaya gəldikdə PCR testindən keçməlidirlər. Şimal qonşumuzun quru sərhədi açması Azərbaycanda sərhədlərin niyə hələ də qapalı qalması mövzusunu yenidən aktuallaşdırıb.
Məlumdur ki, yeni qərara əsasən, iyulun 1-dən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadılıb. Dövlət Sərhəd Xidmətindən (DSX) də bildirilib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanılıb, sentyabrın 1-dək yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxış dayandırılıb. Səbəb pandemiya göstərilib.
Lakin sərhədlərin bağlı qalması haqda informasiya məkanında ən müxtəlif versiyalar səslənməkdədir. Onlardan ən qəribəsi REAL Partiyasının sədri İlqar Məmmədovdan gəlib. Partiya liderinin sözlərinə görə, hələlik ancaq iki mümkün səbəb görür: “Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyətini ləğv edəcək referenduma hazırlıq gedir”. İ.Məmmədovun fikrincə, bu məsələdə ölkə daxilindəki proseslərə xarici elementlərin müdaxiləsi ehtimalını minimuma endirmək məqsədi hiss olunur. İ.Məmmədov sərhədlərin bağlanmasında hava nəqliyyatı şirkətinin maraqlı olması barədə gəzən versiyanı təkzib edib: “Bu durumdan əlavə pul qazanması biznesin hansısa siyasi məqamlardan faydalanması mövzusudur. Mən hələlik yeni müharibə, ya da referendumdan başqa səbəbini görmürəm. Bəlkə bir qədər vaxt keçdikdən sonra başqa səbəblər də görünər”.
Ümumiyyətlə, quru sərhədlərin bu qədər uzun müddətə bağlı qalması və dövlət rəsmilərinin bu barədə açıqlama verməməsi mətbuatda və sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına səbəb olub. Dövlət qurumları sərhədlərin bağlı olmasının səbəbini “epidemioloji vəziyyət”lə izah etməyə çalışsalar da, bu barədə heç bir ətraflı məlumat verilmir. Yəni “epidemioloji vəziyyət” dedikdə konkret olaraq hansı virusdan söhbət getdiyi bildirilmir. Məlum olduğu kimi, koronavirus infeksiyası zəifləsə də, tam olaraq bitməyib. Səhiyyə naziri Teymur Musayev bildirib ki, heç bir sərhəd-keçid məntəqəsində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur. Dia.az-ın məlumatına görə, politoloq Oqtay Qasımov “Yeni Müsavat”a açıqlamasında dedi ki, quru sərhədlərin bağlanmasını izah etməkdə çətinlik çəkir. Onun sözlərinə görə, bu məsələni Naxçıvanın muxtariyyəti ilə əlaqələndirmək doğru olmazdı: “Çünki muxtariyyət tək Azərbaycanın işi deyil, burada Qars müqaviləsi var. O ki qaldı Qarabağda antiterror əməliyyatları ehtimalına, bunun da quru sərhədlərə aidiyyətini görmürəm. Üstəlik, savaş ən son variantdır. Nəzərə almaq lazımdır ki, maydan başlanan Azərbaycan-Ermənistan təmaslarında bir aktivlik var, Rusiya da Zəngəzurla bağlı irəliləyiş olduğunu açıqladı, orada son 6 kilometrlik məsələ razılaşdırılmayıb, ona görə indi müharibə versiyası aktual görünmür. Hər halda, hökumətdə daha çox məlumat var. Bizim bilmədiyimiz müəyyən təhlükəsizlik qərarları da ola bilər. Ancaq Operativ Qərargahın verdiyi cavablar cəmiyyəti qane etmədiyi üçün belə fikirlər ortaya çıxa bilir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, quru sərhədlərin bağlanmasının Qarabağdakı mümkün hərbi əməliyyatlara heç bir dəxli yoxdur: “Ümumiyyətlə, Qarabağda hər hansı bir əməliyyatın olacağı gözlənilmir, çünki başlasaq, gərək Rusiya qoşunlarına qarşı da mübarizə aparaq. Rusiya qoşunları Qarabağda atəşkəsə nəzarət edirlər. Bu baxımdan hazırda həmin ərazidə antiterror əməliyyatı keçirmək real görünmür”. Ekspert quru sərhədlərinin hərbi əməliyyatlara görə bağlanmasını şayiə adlandırıb: “Təəssüf ki, dəqiq izahat olmadığı, cəmiyyətə ətraflı məlumat verilmədiyi üçün bu cür şayiələr yaranır. Sadəcə olaraq, başqa ölkələrlə - İran və Rusiya ilə münasibətlərdə yaranan gərginlik səbəbindən belə bir addım atıla bilər. Ancaq hər halda, aydındır ki, quru sərhədlərinin bağlanmasının pandemiya və Qarabağdakı mümkün hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur”. Qeyd edək ki, hazırda Türkiyə, Gürcüstan, İran və Ermənistan quru sərhədləri ilə bağlı heç bir məhdudiyyət tətbiq etməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2022, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər