reklam
Regionxeberlericom.az » Sosial » Təhsil Nazirliyi ilə müəllimlərin görüşündə nələr olub? - “Zalda xaos yarandı ki...”

reklam

Təhsil Nazirliyi ilə müəllimlərin görüşündə nələr olub? - “Zalda xaos yarandı ki...”


Sertikatlaşdırmanın ilk mərhələsi Naxçıvanda keçirilsə də, növbəti mərhələ Bakıda reallaşacaq.

Bir neçə müddətdir ki, sertifikatlaşdırma ilə bağlı Təhsil Nazirliyi tərəfindən müəllimlərlə görüşlər keçirilir, bu prosesin əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Ancaq hələ də sertifikasiyaya müəllimlərin müxtəlif yanaşması müşahidə olunur. Belə ki, bugünlərdə müəllimlərdən biri- Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Ramazanlı –Məhərrəmli “Facebook” səhifəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlərin sertifikatlaşdırılmasıyla bağlı görüşdə məktəbini təmsil edəcəyini, müəllimlərin imtahan barədə sual və narahatlıqlarını səlahiyyətli şəxslərə bildirəcəyini yazıb.

190-dan artıq müəllim rəy yazaraq onları narahat edən fikirləri Təhsil Nazirliyinə ünvanlamağı xahiş ediblər. Həmin müəllimlərin əksəriyyəti isə sertifikasiyaya öz etirazlarını bildiriblər.

Onu da qeyd edək ki, sosial şəbəkələrdə sertifikasiyaya razı olan müəllimlərin seçilərək TH-dəki görüşlərə çağırıldığı bildirilir.

Cebhe.info Nigar Ramazanlı – Məhərrəmli ilə söhbətində Təhsil Nazirliyində keçirilən görüş, müvafiq quruma ünvanlanan suallarla bağlı məqamları öyrənib.

Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nigar Ramazanlı -Məhərrəmli bildirdi ki, Təhsil Nazirliyində görüş olub və 4 nəfərdən ibarət nümayəndə heyəti təmsil olunub:

“Tədbirdə qeyri-adi bir məlumat verilmədi. Təhsil Nazirliyinin saytında yerləşdirilən müddəalar idi. İmtahana düşən sualların açıqlaması verildi. Ümumi olaraq fərqli heç nə deyilmədi. Tədbirdə bir nəfər sual verdi ki, necə olur 60-65 yaşında, kifayət qədər nəticəsi olan müəllimi yenidən sertifikasiyadan keçməlidir? Orada nazirliyin nümayəndəsi Rüfət müəllim qeyd etdi ki, əgər müəllimin nəticəsi varsa, 30 ildir dərs keçirsə, imtahanla bağlı özünə niyə güvənmir? Deyildi ki, imtahan çox asan olacaq. Çaşdırıcı suallar olmayacaq, maksimum dərəcədə müəllimin xeyrinə həll olunacaq məsələdir. Təkmilləşdirmə mütəmadi olaraq gedəcək və çərçivədən kənara çıxılmayacaq”.

O, daha sonra suallar barədə də danışıb:

“Tədbirdə sual verildi ki, bəlkə müəllim 1-ci hissədə bal toplaya bilmədi. Onlara 1 il güzəşt olacaqsa, 1 ildən sonra necə olacaq? Bildirildi ki, əgər təkmilləşmə müddətində o müəllim öz üzərində işləməyibsə, işdən çıxarıla bilər. Nəticə etibarilə belə anladım ki, suallar o qədər də çətin olmayacaq. Dördüncü sinif həcmində olacaq. Sosial şəbəkələrdə şayiələr yayılıb ki, yuxarı siniflərdən, çaşdırıcı suallar olacaq. Qeyd etdilər ki, qətiyyən elə bir şey düşünülmür: “Çünki siz ilk dəfə sertifikasiyadan keçən heyətsiniz. Biz də ilk dəfə sertifikasiyanı təşkil edən heyətik. Ona görə də hər birimiz üçün güzəştə gediləcək. Çətinlik olmayacaq”.

Dördüncü sinifə qədər və 4-cü sinif həcmində olan yeni tədris vəsaitləri var və suallar həmin tədris vəsaitlərinin əsasında olacaq. Vurğuladılar ki, Təhsil Nazirliyinin saytında paylaşılan hissələrdə kurriklumla, metodika, ixtisasla bağlı suallar və test tapşırıqları var. Dəfələrlə bildirdilər ki, onlara müraciət edin və mütləq onlara istinad ediləcək. Orada çox suallar oldu ki, niyə sertifikasiya keçirilir? Başa salmağa çalışdılar ki, bu olmalıdır, MİQ-dən kənar qəbul olunan, öz savadı ilə qəbul olunan müəllimlər də var. Onların hamısı ələkdən keçirilməlidir:

“O demək deyil ki, ələkdən keçirib, işdən azad edib, yeni işçi heyəti yığacağıq. Yox. Ən azından onların təkmilləşdirilməsi üçün təkan verəcəyik. Onlar öz üzərində bir il işləyəcəklər””.

Nazirliyin keçirdiyi görüşlərə xüsusi seçim əsasında müəllimlərin iştirak etməsinə gəldikdə isə N. Ramazanova bildirdi ki, qətiyyən belə bir hal olmayıb:

“Şəxsən mənim xəbərim olmayıb, sadəcə məktəbə təlimatlar gəlir ki, ona cavab verən müəllimləri həmin görüşlərdə iştirak etsin. Həmin müəllimlər də görüşlərdən qısa xülasəni öz məktəblərində, müəllimlərə tədris etsinlər. Bizim məktəbdən də mən iştirak edirdim. Hətta görüşdə elə müəllimlər var idi ki, sertifikasiyaya etiraz etməyə çalışdı. Yəni zalda bir xaos yarandı. Ancaq yenə də tədbir normal davam etdi və onlar öz fikirlərində dayandılar ki, bu olacaq və mütəmadi 5 il davam edəcək. Yəni orada xüsusi bir seçimdən söhbət gedə bilməzdi. Mən görüşün şəffaflığına əminəm”.

N.Ramazanova 2016-cı ildən müəllim işlədiyini deyib:

“Sadəcə olaraq başqa məktəbdə çalışırdım və yerdəyişmə ilə Saray qəsəbəsi 3 saylı məktəbə qəbul olunmuşam. Mən düşünürəm ki, sertifikasiya lazımdır. Çünki məktəbdə müəllim adını daşımağa layiq olmayan müəllimlər var. Hər sahədə olduğu kimi bu sahədə də boşluqlar var. Onların yavaş-yavaş tənzimlənməsini, Azərbaycan təhsilinin beynəlxalq qiymətləndirmədə hansısa bir nəticə göstərməsini istəyiriksə, bu, həqiqətən də olmalıdır. Çünki hazırda 2021-2022 ci tədris ilində 9-cu sinif şagirdlərinin əksəriyyəti “2” alıb. Yəni 9-cu sinif şagirdinin nəticəsi birbaşa ibtidai sinif müəlliminin nəticəsidir. Əgər 90 faiz “2” alırsa, demək, köklü dəyişiklik olmalıdır. Razıyam ki, ixtisasımız fərqli , keçmədiyimiz sahə olmasın. Mən orada dəfələrlə bildirdim ki, mümkündürmü, orada keçmədiyim hansısa bir mövzu salınsın? Dedilər ki, qətiyyən mümkün deyil. Biz məktəbdə ixtisasımız üzrə nəyi tədris ediriksə, ondan sualların olacağını düşünürəm. Bu baxımdan sertifikasiya lazımdır”.




Paylaş:


Müəllif : Tarix:
6-07-2022, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər