reklam
Regionxeberlericom.az » Sosial » "Vəzifədən çıxarılandan sonra yadına düşdü ki..." - Şərif Ağayardan Tahir Əmiraslanova ETİRAZ

reklam

"Vəzifədən çıxarılandan sonra yadına düşdü ki..." - Şərif Ağayardan Tahir Əmiraslanova ETİRAZ


Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərlə yığdığı, milli kulinariyaya aid kitabları yandırıb.

Bu barədə Tahir Əmiraslanovun özü sosial şəbəkədə məlumat yayıb.

Kitabları bir yerə töküb, yandıran kulinariyaçı məsələyə bu cür aydınlıq gətirib:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?"

Qeyd edək ki, onun bu hərəkəti cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Milli-mədəni sərvətimiz olan kitabların yandırılması çoxları tərəfindən qınanılıb. Bununla bağlı tanınmış yazıçı, jurnalist Şərif Ağayar Cebhe.info-ya açıqlamasında kitabların yandırılmasının düzgün olmadığını deyib:

"Bu adam 1991-ci ildən 2022-ci ilədək Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Təsəvvür edirsiniz, bunun iş stajı Azərbaycanın müstəqilliyi ilə yaşıddır. İndi işdən kənarlaşdırıldığı üçün kitab yandırır. Bunu hansı mənəvi tərəzi ilə ölçmək olar? Düzü mənə çatmır. Sən 31 il bu vəzifədə çalışmısan. Bunun indi yadına düşüb ki, bu kulinariya kitabları lazım deyil? Əgər lazım deyildisə, günah səndədir. 31 ildir burada işləyirsən, elə etməliydin ki, bu kitablar lazım olmalı idi.

Komitə sədri kimi bu cəmiyyətin, ölkənin qurulmasında iştirak etmisən və bu gün o kitablar lazım deyilsə, günahkar həm də sənsən. Ümumiyyətlə, bu hadisəni biabırçı hesab edirəm. 31 ildə heç bir narahatlıq yaranmadı, yadına heç nə düşmədi, 31 ildən sonra, vəzifədən çıxarılandan sonra yadına düşdü ki, Azərbaycanda kitab lazım deyil. Kiməsə acığı tutub, gedib qisasını kitablardan alır. Kitabların nə günahı var? Qəti şəkildə pisləyirəm. Heç bir səbəbdən kitabları yandırmaq olmaz.

Öz diplomlarını yandıra bilər. Düşünürəm ki, onlar boş şeylərdir. Bu cür hərəkət edirsə, diplomlar boş şeydir, onları yandıra bilər. Kitabları isə yox. Kitaba sən sahib ola bilərsən, amma o həm də bir mənəvi dəyər daşıyır. Bu nəyə etiraz edir? 31 ildir işləmisən, indi də azad olmusan. Sən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevsən ki, ömürboyu kresloda oturasan? Ona məsləhət görərdim ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov kimi Həcc ziyarətinə getsin, bəlkə bir az xeyri ola".




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 16:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər