reklam
Regionxeberlericom.az » Sosial » Sanki kimsə məqsədli olaraq Nehrəmi boşaltmağa çalışır... - NARAZILIQ VAR!

reklam

Sanki kimsə məqsədli olaraq Nehrəmi boşaltmağa çalışır... - NARAZILIQ VAR!


“Nehrəm qəsəbəsində on illərdir ki, həm içməli, həm də təsərrüfat suyu problemi var. Təəssüf ki, problemi həll etməyin yolları olsa da, bunun üçün ilk addımlar atılsa da, müvafiq qurumlar nədənsə bu məsələnin tam çözümünü uzadır”. Bunu Moderator.az-a açıqlamasında saytımızın daimi və fəal oxucularından olan Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə sakini Vahid Hüseynov söyləyib.

“Sanki kimlərsə çalışır ki, Nehrəmdən mümkün qədər çox sakin baş götürüb Naxçıvana, Bakıya, Türkiyəyə getsin və burada az sayda insan qalsın. Çünki az adamı idarə etmək daha asandır”- açıqlamasının ardında belə deyən qəsəbə sakini Nehrəmdəki su problemindən xeyli ətraflı danışıb.

“Bəzi sakinlər motorellerlərlə kilometrlərlə məsafə qət edərək Əlincə çayından çəkilmiş kəmərə qoşulmuş kranlardan su doldurub gətirirlər. Plastik çənlərdə gətirilən suları digər sakinlər də pulla almağa məcbur olurlar. Həyətyanı suya gəldikdə, Nehrəmə, demək olar ki, bir damcı da su gəlib çıxmır. Kəndin kənarlarındakı kranlara gələn az miqdarda sudan az da olsa, təsərrüfatlar üçün istifadə edirlər. Hazırda Əlincə çayında da su quruyur, tükənir. Sahil boyu Culfa şəhəri, rayonun kəndləri həmin çaydan qidalanır…

2013-cü ildə Naxçıvançaydan Nehrəmə içməli su çəkilməsinə start verildi. Əvvəlcə su xətləri sürətlə çəkildi. İnşaatçılar deyirdi ki, Nehrəmin su xətti və kanalizasiya şəbəkəsi ilə təmin olunmasının 2018-ci ildə başa çatdırılması planlaşdırılır. Təəssüf ki, cəmi bir ildən sonra hansısa naməlum səbəbdən Nehrəm istiqamətində su çəkilişi işləri dayandırıldı. Yalnız digər kəndlərə çəkiliş davam etdirildi. Demək olar ki, kəndin içərisinə, evlərə xətlər çəkilib, yalnız onları ana xəttlə birləşdirmək qalır.

Su problemi əhalinin güzəranını daha da çətinləşdirir. Çünki qəsəbə camaatı da əsasən su işlənməsini tələb edən bostançılıq, tərəvəzçilik, taxılçılıq, az bir qismi isə maldarlıq sayəsində dolanır. Əhalinin bir hissəsi də Türkiyə ilə ticarət sayəsində problemlərini həll edirdi. Təəssüf ki, bu günlərdə qardaş ölkə ilə quru yolunun bağlanması nəticəsində bu dolanışıq mənbəyi də əldən çıxdı. Lakin bütün bu çətinliklərə rəğmən ümidverici haldır ki, son illər kənddən köçən cavanların sayı azalıb. Amma ümumilikdə qəsəbə əhalisində nikbin, optimist əhval-ruhiyyə yoxdur, sakinlər passivləşib. Nehrəmin problemləri çoxdur. Müvafiq qurumlar isə şikayətlərə qətiyyən reaksiya vermədiyindən son illər sakinlər heç yerə şikayət də etmirlər”- deyə qəsəbə sakini vurğulayıb.

Xatırladaq ki, 2019-cu ildə də saytımızda Nehrəmin su problemindən bəhs edilmişdi.

Qeyd:

Tarixən dahi Mirzə Cəlilil kəndi hesab olunan, 2020-ci ildən qəsəbə statusu almış Nehrəm qəsəbəsinin problemlərinin həllinə cavabdeh olan yerli və mərkəzi müvafiq qurum nümayəndələrinin şərh və açıqlamalarına yer verməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 16:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər