reklam
Regionxeberlericom.az » Sosial » Qarabağ əlillərinin pulu verilmir... - Nazirlik yenə “yaxın günlərdə...” dedi

reklam

Qarabağ əlillərinin pulu verilmir... - Nazirlik yenə “yaxın günlərdə...” dedi


Bildiyiniz kimi, ötən il dekabrın 23-də ölkə başçısı I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmənin (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsi nəzərdə tutulur.

Fərmanın imzalanmasından bir neçə ay keçsə də, hələ də l Qarabağ müharibəsi əlilləri onlar üçün müəyyən olunan sığorta pulunu ala bilməyiblər. Qeyd edək ki, birdəfəlik ödəmə 17-20 min şəxsi əhatə edəcək və həmin ödəmələr üçün 2021-ci ilin dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişin iyul ayında verilməsinin nəzərdə tutulduğu haqqında məlumat vermişdi. Nazir Sahil Babayev də iyun ayında işlərin yekunlaşacağını bildirmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şöbə müdiri Fazil Talıbov Cebhe.info-ya açıqlamasında bununla bağlı işlərin getdiyini bildirib:

"I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək".




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 18:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər