reklam
Regionxeberlericom.az » Sosial » Qaziləri təhqir edən sonra da siyasi şouya çevirən Abid Qafarov nə istəyir? - HƏQİQƏTƏN DƏ...

reklam

Qaziləri təhqir edən sonra da siyasi şouya çevirən Abid Qafarov nə istəyir? - HƏQİQƏTƏN DƏ...

Sosial şəbəkələrdə Abid Qafarovla bağlı məsələni, yəqin ki, hər kəs izləyib. “KİM TV” “Youtube” kanalının rəhbəridir. Adam qaziləri “müti” adlandırdığına görə məhkəməyə verilib. Qazilər onun üzr istəyəcəyi, videonu siləcəyi təqdirdə iddianı geri çəkəcəklərini bildiriblər. Deyilənə görə, şifahi üzr istəyib, amma videonu silməyib. Kimsə küçəyə çıxmırsa, onu təhqir edə bilməzsən axı. Bəlkə istəmir, bəlkə ona belə rahatdır, kimə nə? O, müharibə iştirakçısıdır, qazidir, küçəyə nədir, erməninin üzərinə gedib...

Təkzib məsələsi yeni qəbul olunan “Media haqqında” qanunla tənzimlənir.

Qanunun 18-ci (Təkzib, düzəliş və cavab vermək hüququ) maddəsinə əsasən, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Nəzərdə tutulmuş tələblə müraciət edilən zaman, yaxud məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa təkzib, cavab və ya düzəliş həmin media subyektinin və ya onun hüquqi varisinin vəsaiti hesabına iddiaçının istədiyi media subyektlərinin birində dərc oluna (yayımlana) bilər.

Qanunun 19-cu (Təkzib, cavab və düzəliş verilməsi qaydası) maddəsində isə bildirilir ki, təkzib, cavab və ya düzəliş audiovizual yayımçı tərəfindən tələbin alındığı gündən sonrakı müvafiq proqramda yayımlanır. Bunu tələb edən fiziki şəxsin və ya onun nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin proqramda cavabla çıxış etmək hüququ təmin edilməlidir. Cavab dərc olunan (yayımlanan) nömrədə (proqramda) həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab sonrakı nömrədə (proqramda) yerləşdirilə bilər. Təkzib, cavab və ya düzəliş rədd edildikdə, bu barədə tələb etmiş şəxsə 3 (üç) gün müddətində əsaslandırılmış məlumat verilməlidir.

Qanun bunu deyir, bəs Abid Qafarov nə deyir? Deyir ki, qazilərin məhkəməyə müraciət etməsi sifarişdir, onu həbs etmək istəyirlər. İddia edir ki, “Tərtər işi” ilə bağlı hadisələri işıqlandırıb. “Tərtər işi”ni digər “Youtube” kanalları da işıqlandırıb, zərərçəkənləri efirə dəvət ediblər, danışdırıblar. Hətta Milli Məclisin deputatları da bu məsələyə toxunublar...

Üstəlik hələ məhkəmə qərarı qüvvəyə minməmiş həbs ediləcəyini iddia edir, kütlə qarşısında alovlu danışır, müxalifətin simaları da müdafiəsinə qalxıb. Heç partiya sədri belə çıxışlar etmir. O cür çıxışların dövrü gedib artıq...

Media quruluşunun rəhbəri olan şəxs statusuna uyğun davranmalıdır. Başa düşüləndir, prosesi önləməyə çalışır. Amma ortada fakt var axı! İl ərzində onlarla xəbər portalını irili-xırdalı hadisələrlə bağlı məhkəməyə verirlər. Vətəndaşdır, nə demək olar?! Hətta xatırlayırsınızsa, bir neçə ay öncə 3 xəbər saytı 1 500 manat dəyərində cərimələndi. Həmin baş redaktorları küçədə qışqıran görmədik...

Kiminsə həbsinin tərəfdarı deyilik, amma hər kəs davranışında diqqətli olmalıdır. Abid Qafarov məhkəmə prosesi zamanı deyib ki, “üzə durmağa qaziləri deyil, 5 manatlıq fahişələri gətirin”. İnsanları kütləvi halda necə təhqir edə bilərsən? Bir təhqirin üzrü istənilməmiş digərini səsləndirir. Sən nə etmək istəyirsən? Qazilərlə bağlı bu nə müqayisədir? Kim sənə bu səlahiyyəti verib? Əmin ol, qanun bu səlahiyyəti vermir, dediyin hər fikrə görə məsuliyyət daşıyırsan. Onu müdafiə edənlərdən bir neçəsi də müharibə iştirakçısıdır. Qazilərdən siyasi şou yaratmaq kimi işlərdən əl çəkilməlidir, onları üz-üzə qoymaq, təxribata çəkmək olmaz! Bu, nə tendensiyadır?! Çirkli oyunlarınıza müharibə iştirakçılarını qatmayın. Qazilər təhqir edildiyi üçün məhkəməyə müraciət ediblərsə, onlara digər qazilər və ya müharibə iştirakçıları cavab verməlidir? Olmaz belə, məsuliyyətinizi dərk edin, sərhədsiz deyilsiniz!

Sonda Qazilər, Vətən müharibəsi iştirakçıları və ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri, qazi Ceyhun Ağayevin fikirlərini təqdim edirik. Oxuyun, nəticə çıxarın: “Abid Qafarovla dəfələrlə insidentdən qaçmağa çalışsalar da, haqqlarında yayılan söyüş xarakterli videoları sildirməyi təklif etsələr də, o, öz əməlindən peşman olmaq əvəzinə “təlxəklik” edib: “Belə ki, məhkəmədə hakimə qarşı çox böyük hörmətsizlik sərgilədi, ayağa qalxaraq “məni həbs edin” kimi təxribatçı ifadələr işlətdi, iddia ərizəsini hakimin qarşısına tulladı, biz danışarkən lağ obyektinə çevirdi və sairə. Məhkəmə fasiləyə gedəndə düşündük ki, o, öz əməllərindən peşmançılıq hissi keçirəcək. Əksinə, Abid Qafarov təhqiredici sözlərlə yenidən şərəf və ləyaqətimizi alçaltdı. Məhkəmədə fərdi olaraq ondan şikayətçi olan 3 qazinin adını çəkdi. Ülfət Həsənovun və məmim şəkillərimi xarici blogerlərə ötürərək üzərinə “üzəduran işverənlər” yazdırıb. Öz övladlarının fotosuna isə “4 uşaq atasını həbs etdirdilər” şüarını həkk etdirib. Bu, insanların heysiyatı ilə oynamaqdır. Bu adam “Tərtər” hadisələrini özünə sipər edərək, qaziləri qarşı-qarşıya qoyur. Abid Qafarovun qazi adı ilə ora gətirdiyi və əleyhimizə çıxış etdirdiyi Natiq Qurbanov adlı şəxs isə müharibə zamanı heç bir ciddi travma almayıb. Yalandan özünü “Maştağa”da dəliliyə vuraraq guya hərbidə travma aldığını iddia edir. Məhkəmə qarşısına yalançı adamları gətirmək və üzə durdurmaq mənasız bir addımdır. Abid Qafarova əxlaq çərçivəsində cavab vermişik. Amma o bizim haqqımızda “3 manatlıq üzəduran” ifadəsini işlətdi. Hər kəs öz ətrafında gördüyünü danışır. Yəqin ki, öz ətrafına yığdığı adamları pul qarşılığında ora gətirib deyə, bizim də belə olduğumuzu düşünür. Amma onu qoruyan şəxslər kimi müdafiə etdiklərini bir daha nəzərdən keçirməlidirlər. Bu adam qaziləri təhqir edir. Çünki mələk donuna girən şeytandır”. //pravda.az//




Paylaş:


Müəllif : Tarix:
8-07-2022, 10:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər