Azərbaycan üçün gözlənilməz dəyişiklik - NƏ BAŞ VERİR?
Dünya bazarlarında neftin dünən başlayan kəskin ucuzlaşması davam edir.
Ticarət sessiyasında “Brent” markalı “qara qızıl”ın dəyəri aprelin 25-dən bəri ilk dəfə olaraq 100 dollardan aşağı düşüb. Ekspertlər ucuzlaşmanın 65 dollaradək davam edə biləcəklərini qeyd ediblər. Qeyd edək ki, bir neçə gün öncə də analitiklər gündəlik tədarükün 3 milyon barrel azaldılmasının London xam neft qiymətlərini 190 dollara, 5 milyonluq azalmada isə ən pis ssenari ilə 380 dollara yüksəldə biləcəyini deyiblər. Neft istehsalçısı olan Azərbaycan nefti də yenidən ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 dollar, yaxud 2,64 % azalaraq 114,61 dollar təşkil edib.
Mövcud vəziyyəti nəzərə alsaq, dünya bazarında neftlə bağlı 65 dollar, yaxud daha aşağı qiymətlər müşahidə ediləcəkmi? Dia.az-ın məlumatına görə, neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət”ə bildirib ki, neftin qiymətinin 10 faiz aşağı düşməsi nə fundamental, nə də digər faktorlarla bağlı deyil:
“Bazarın analizi onu deməyə əsas verir ki, neft qiymətlərində elə yüksək enmələr müşahidə edilməməlidir. Digər tərəfdən neft qiymətlərinin 380 dollara kimi qalxacağı ilə bağlı fikirlər Rusiya tərəfindən beynəlxalq infomasiya mənbələrinə ötürülən məlumatlardır. Təbii ki, bu qiymətlər ağlabatan deyil. Belə ki, bu, yalnız Moskva rəsmilərinin Rusiya neftinin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vacibliyinə bir işarədir. Ona görə də qiymətlər o zaman aşağı düşəcək ki, tələbat aşağı düşsün, dünyanın iqtisadi göstəriciləri neft qiymətlərinin artmasına əsas verməsin. Yəni neft qiymətləri o zaman aşağı düşər ki, iqtisadi resessiya olsun və uzun zaman bu neftə olan tələbat aşağı düşsün. Ancaq hazırda neftə olan tələbatda elə də azalma müşahidə edilmir. Sadəcə olaraq neft axın xətləri xəritəsinin yenidən çəkilməsi baş verir.
Eyni zamanda, ayrı-ayrı dövlətlərin enerji strukturunda çox ciddi dəyişikliklərin baş verməsini müşahidə edirik. Bu, Ukrayna ətrafında baş verən hadisələrlə bağlı Rusiyanın enerji daşıyıcılarına tətbiq olunan sanksiyalarla bağlıdır. Təbii ki, belə olan halda həm neft, həm də neft məhsullarının düz axın xətti pozulur. Yəni enerji zəncirində baş verən qırılmalar neft qiymətlərinə təsir edir. Bu faktorlar neft qiymətlərinin artmasına təkan verən amillərdir. Yüksək neft qiymətləri çox uzun zaman davam edə bilməz. Bu, tələbatın aşağı düşməsinə səbəb ola bilər. Hazırda yay fəslidir, turizm mövsümüdür və nəqliyyata tələbat durmadan artır. Eyni zamanda, ticarət axın xətlərinin istiqaməti durmadan dəyişir. Belə olan halda neft məhsullarına olan tələbat artır. İndiki qiymət artımı mövcud faktorlarla bağlıdır”.
O vurğulayıb ki, neft qiymətlərinin 65 dollara düşməsi indiki məqamda gözlənilən faktor deyil:
“Çünki neft qiymətləri o zaman kəskin aşağı düşərdi ki, bu birbaşa iqtisadi göstəricilərlə bağlı olsun. Yəni iqtisadi, sosial, nəqliyyat aktivliyi, nəqliyyat aşağı düşsün. Qarşıdakı bir neçə ildə də enerji, xüsusilə də neft və qaz bazarlarında qeyri-müəyyəlik davam edəcək. Çünki növbəti illərdə Rusiyanın enerji daşıyıcılarına olan münasibət indiki səviyyədə olmayacaq. Yəni mərhələli şəkildə Rusiyanın enerji daşıyıcılarına imtina ediləcək. Bu fonda neft, neft məhsulları, təbii qaz bazarlarında, ümumilikdə isə neft-qaz sənayesi ilə bütün sahələrdə qeyri-müəyyənlik davam edəcək”.
Ekspertin sözlərinə görə, hazırda elə bir vəziyyət var ki, uzunmüddətli proqnozlar vermək çətindir:
“Qarşıdakı aylarda da neft qiymətləri üçrəqəmli səviyyədə qalmalıdır. Neft qiymətləri elə həddə olmalıdır ki, həm neft ixrac edən, həm də istehlak edən dövlətlərin marağına cavab versin. Əsasən də neft tədarük edən dövlətlər elə etməldirlər ki, bazarda süni qiymətlər artmına nail olmadan bazara müsbət siqnallar versin. Məsələn, Rusiya rəsmiləri bazara mənfi siqnallar ötürür. Neft ixrac edən dövlətlərin əsas vəzifəsi müsbət siqnallarla yanaşı tələb-təklif balansını nizamlamaladırlar. Süni neft qiymətləri nə neft ixrac edən, nə idxal edən dövlətlərin marağına cavab vermir. İlin sonuna kimi gündəlik 1 milyon barel neft artıqlığı müşahidə ediləcək. Belə olan halda bazarın tənzimlənməsində bir problem olmayacaq. Neft qiymətlərinin kəskin şəkildə, 65 dollara, yaxud daha aşağı düşməsi yalnz iqtisadi faktorlarla bağlı ola bilər. Bu faktorlar müşahidə edilmir. Hazırda “Brent” markalı neftin qiymətinin 100 dollar olması fundamental faktorlarla bağlı deyil, yalnız bazara ötürülən mənfi siqnallarla bağlıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2022, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər