Laçın uğrunda savaş başlayır - NƏ BAŞ VERİR?
Laçın şəhərindıən yan keçməklə Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək alternativ yolun istifadəyə verilməsinə hazırlıq görülür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agenliyi 32 uzunluğu 32 kilometr, eni 12 metr təşkil edən yolda inşaat işlərini layihədə nəzərdə tutulandan tez başa çatdırıb. Ancaq yeni Laçın dəhlizinin istismara verilməsi üçün 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq ermənilər 1992-ci ildə işğal olunmuş bir sıra əraziləri tərk etməlidir. Söhbət Laçın şəhəri, Zabux, Sus, Qarıkaha, Ağanus, Fətəlipəyə və Kəravuz kəndlərindən gedir. Həmin ərazilərdə işğal dövründə Ermənistandan, Livandan və Suriyadan gəlmiş ermənilərin qanunsuz şəkildə məskunlaşdırılması aparılıb.
Hətta Serj Sarkisyanın prezidentliyi dövründə qəsəbə tipli kənd olan Zabuxda Suriyadan və Livandan miqrasiya edən ermənilər üçün 200-dən artıq yeni ev tikilib. Lakin 44 günlük müharibədən sonra həmin ermənilərin bir qismi bölgədən köçüb. Son məlumatlara görə, ermənilər daha çox Laçın şəhəri və Zabux kəndi ərazisində qalıb. İndi müvafiq razılaşmaya əsasən sözügedən ərazilər Azərbaycana qaytarılmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda verdiyi açıqlamada Laçından yan keçən yola düşməyən yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçəcəyini bildirib. Hətta Qarabağdaskı cinayətkarolduğunu bəyan edib. Zabux və Sus kəndlərini tərk edəcək ermənilərin yeni yolun keçdiyi Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürüləcəyinə dair məlumat yayıldı. Lakin ermənilər nə Laçın şəhərindən, nə də ətraf kəndlərdən çıxmaq istəyir. Onlar mediada və sosial şəbəkələrdə çıxış edərək həm Azərbaycanı, həm də Nikol Paşinyanı hədələyir, Laçında qalmaq üçün silahlı müqavimət göstərəcəklərini bildirirlər. Özünü Zabus kəndinin icma rəhbəri kimi təqdim edən terrorçu Andranik Çauşyan Azərbaycana qarşı silahlı mübarizə aparacağını deyib. O, Laçının guya qədim erməni torpağı olduğunu iddia edir.
“Nikol Paşinyan nəyisə təslim etmək istəsə, mülkündən əl çəkə bilər. Biz ona bizim əvəzimizə qərarlar qəbul etmək və bizim hesabımıza güzəştə getmək hüququ verməmişik. Onun hərəkətləri açıq-aşkar səlahiyyət həddini aşmaqla dövlətə xəyanətə hazırlığın təzahürü kimi qiymətləndirilməlidir. Bu, Paşinyanın istəyidir və onun arzusunu yerinə yetirmək fikrində deyilik. Biz heç nəyi etiraf etmək fikrində deyilik. Evin sahibi mənəm, evimi verməyəcəyəm, amma söhbət evin kvadratından getmir. Qəbirlərimiz var, ziyarətgahlarımız var, necə gedək. Bu mandat daim torpaq verən Nikol Paşinyana verilməyib və biz onun taleyimizlə bağlı qərar qəbul etməsinə imkan verməyəcəyik”,-deyə Andranik Çauşyan belə deyib.
Ona görə də Laçını tərk etmək istəməyən ermənilərin təxribatlara əl atacağı ehtimalı getdikcə artır. Bu isə Azərbaycanı Laçını işğaldan azad etmək üçün antiterror və ya sülhə məcburetmə əməliyyatlarına başlamağa məcbur edə bilər. Dia.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdinin “Cümhuriyət”ə bildirib ki, ermənilər Laçının boşaldılması ilə bağlı qərarı gecikdirir:
“Paşinyan iyulun 7-də hökumətin iclasından çıxarkən açıq şkildə deyib ki, bütün sazişlərin həyata keçirlməsi üçün koordinasiyalı şəkildə işləməyi əmr edirəm. Buna baxmayaraq, ermənilər yeni çəkilən yolun tikintisinin başa çatmadığını iddia edir və vaxt qazanmağa çalışırlar. Ermənistan müxalifəti də ikinci yolun hazır olduğunu və Paşinyanın Laçını Azərbaycana qaytarmaq istədiyini deyərək ona təzyiq göstərir. Erməni mətbuatının yazdığına görə, Laçın şəhərində 120 nəfər erməni var. Onları, eyni zamanda Zabux və Sus kəndlərindəki erməniləri Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürmək istəyirlər. Özünü yerli hakimiyyət nümayəndəsi adlandıran Andranik Çauşyan bir qrup adamı başına toplayıb deyir ki, ölsək də buradan çıxmayacağıq. Yəni erməni xarakterinə uyğun davranış nümayiş edirir, vaxt qazanmaq istəyir. Amma Paşinyanın özü də sanki verdiyi sözün icrasının ləngiməsində maraqlıdır. Görünür, Paşinyan müxalifətin təzyiqindən çəkinir. İyulun 7-də özünü Laçın qaçqını adlandıran bir qrup erməni İrəvanın mərkəzində etiraz aksiyası keçirib. Onlar hay-küy salıblar ki, Laçın əldən getsə, Qarabağı da itirəcəyik. Çauşyan Livan vətəndaşıdır və onun elə danışamağa haqqı yoxdur. Ancaq Azərbaycanın qərarı qətidir və ermənilər Laçından çıxmalıdır. İşğal dövründə gəlib orada məskunlaşan və Ermənistan, Livan pasportu daşıyan bu ermənilər torpağımızdan çıxarılmalıdır. Əgər silahlı təxribata əl atsalar, Azərbaycan antiterror əməliyyatı keçirmək hüququndan istifadə etməlidir”.
Politoloq Xaqani Cəfərli isə bildirdi ki, ermənilər Laçın torpaqlarını götürdyükləri öhdəliyə uyöun boşaltmalıdır. Əks təqdirdə, baş verə biləcək istənilən hadisəyə görə məsuliyyət Ermənistanın və Laçındakı ermənilərin üzərinə düşəcək:
“Laçın rayonu ərazisində məskunlaşmış ermənilərin böyük əksəriyyəti Suriyadan və Livandan gəlmədir. Ermənistan və Rusiya telekanllarında etdikləri çıxışlarda onlar Suriya və Livan vətəndaşları olduqlarını etiraf ediblər. Onlar Ermənistan hakimiyyətinin nəzarət etmədiyi və daha çox diasporanın nəzarətində olan qruplardır. Həmin erməniləri Suriyadan və Livandan diaspora işağl olunmuş Azərbaycan əarzilərinə yerləşdirib. Burada əsas məqsəd Paşinyan hökumətinə problem yaratmaq, həm də Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməkdir. Amma yerli olmayan insanların oradan çıxarılması heç bir hüquqi problem yaratmır. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq güc tətbiq etməklə erməniləri Laçın ərazisindən çıxartmalıdır”.
Qeyd edək ki, Baş nazir Paşinyan iyulun 6-da Rusiya Prezidenti Putin ilə telefon söhbətində Qarabağdakı vəziyyət, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin kommunikasiyaların bərpası məsələsini müzakirə edib. Bölgədəki vəziyyətlə bağlı aparılan danışıqlar Laçının qaytarılması ilə bağlı öhdəliyin icrası müddətinə təsadüf etdiyindən bu məsələnin də diqqətdə olması ehtimalı var. Xaqani Cəfərli hesab edir ki, Laçının Azərbaycana qaytarılması barədə fikir mübadiləsi aparılsa belə, Rusiya regionda sabitliyin bərqərar olmasında maraqlı deyil. Çünki bölgədə sabitliyin artması Rusiyanın təsir imkanlarını azaldır:
“Rusiya Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşmanı dəstəkləyə bilməz. Amma Rusiya bölgədə gərginliyin yaranması maraqlıdır. Ona görə də Laçında məskunlaşmış ermənilərin Rusiya kəşfiyyat orqanları ilə əlaqələrinin olduğu istisna deyil. Onlara da ərazini tərk etməməklə bağlı gizli tapşırıq verilə bilər. Burada əsas məqsəd sabitliyin bərpasına mane olmaqdır. Lakin Rusiyanın vəziyyəti Azərbaycana ciddi təsir göstərəcək səviyyədə deyil. Ona görə də Azərbaycan ərazi bütövlüyünə mane olan bütün problemləri aradan qaldırmaq üçün qətiyyətli addımlar atmalıdır. Azərbaycan ərazisində bütün qanunsuz məskunlaşma hallarına son qoyulmaldır. Məlum olduğu kimi bir neçə il öncə Livanda baş verən güclü partlayışlar, eyni zamanda Suriyadakı vətəndaş müharibəsi zamanı bu ölkələrdə yaşayan ermənilərin bir qismi Azərbaycanaın işğal altındakı ərazilərinə köçürüldü. Azərbaycan onları öz torpaqlarından çıxartmaqda tərəddüd etməməli və orada qeyri-qanuni məskunlaqşma aparıldığını beynəlxalq ictimaiyyətə çatdırmalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2022, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər