Cəlilabadın sabiq icra başçısının müsadirə olunmuş əmlakı - Ümumi qiyməti 2 milyona yaxındır...
Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları məhkəmənin hökmü ilə dövlət nəfinə müsadirə olunacaq.
Bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu gün elan olunan hökmdə bildirilib.
Regionxeberlericom.azAPA-ya istinadla sabiq icra başçısının müsadirə olunmuş əmlaklarının siyahısını təqdim edir:
- Fərdi yaşayış evləri;
- "Lexus" markalı minik avtomobili;
- Bir neçə ərazidə yerləşən müxtəlif təyinatlı torpaq sahələri
Əmlakların ümumi bazar dəyəri 2 milyona yaxın qiymətləndirilir.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuş sabiq icra başçısı Namiq Zeynalov bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-07-2022, 17:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər