reklam
Regionxeberlericom.az » Sosial » “Əlil deyiləmsə, niyə evlə təmin etmisiniz?” - Sahil Babayevə HAQLI SUAL

reklam

“Əlil deyiləmsə, niyə evlə təmin etmisiniz?” - Sahil Babayevə HAQLI SUAL
















Xaçmaz rayon Bostançı kənd sakini 1-ci Qarabağ müharibəsi qazisi Babayev Süleyman Rzababa oğlu əlillik müavinətinin kəsilməsindən narazıdır.

RegionXəbərləricom.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

















Bildirilib ki, 2014-cü ildə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə qazi Bostançı kəndində evlə təmin edib və ona ömürlük əlillik dərəcəsi verilib. Lakin 2020-ci ilin avqust ayından S. Babayevin əlillik müavinəti kəsilib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, müavinətinin bərpasına nail ola bilməyib.

S. Babayevin oğlu Qarabağ bölgəsində gizir kimi fəaliyyət göstərir və ailənin başqa gəlir yeri olmadığından dolanışıqlarının pis vəziyyətdə olduğu bildirilib.

“Oğlum hər ay müəyyən bir qisim pul göndərir, onun da yarısını yollara qoyuram, ancaq işim düzəlmir. Əgər əlil deyiləmsə, niyə məni evlə təmin etmisiniz və yaxud əliləmsə, niyə müavinətimi kəsmisiniz?”, - qazi deyib.





Paylaş:


Müəllif : Tarix:
19-07-2022, 10:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər