Müştəriyə niyə 7 min borc YAZILIB? - Kapital Bankdan ŞİKAYƏT
Sumqayıt rayon sakini Bahariyyə Quliyeva Kapital Bankdan şikayətçidir. Bu barədə Bizim.Media-ya müraciət edən şikayətçinin sözlərinə görə kredit götürmədiyi və hər hansı borcu olmadığı halda 4 aydır ki, Kapital Bank əsassız yerə ona məxsus əməkhaqqı kartının hesabından 100 faiz maşını çəkir:
“Mən Sumqayıtda süpürgəçi işləyirəm və 283 manat əməkhaqqı alıram. Kirayədə qalıram və himayəmdə iki azyaşlı övladım var. Həyat yoldaşım 5 ildir ki, dünyasını dəyişib. O vaxtdan xeyriyyəçi Hacı Azər Səlimov hər ay ya ərzaq, ya da 200-500 manat arası mənə maddi yardım göstərir. Aprel ayının 10-da Hacı Azər mənə zəng etdi ki, maaş kartıma pul göndərib.
Həmişəki kimi kartdan pul çıxaranda gördüm ki, hesabımda 7 min 500 manata yaxın pul oturub. Orucluq ayı idi, kasıb ailəyəm və anam da yataq xəstəsidir. Düşündüm ki, çox güman ki, bu qədər pulu Hacı Azər göndərib.
Pulu hissə-hissə çıxarıb kreditlərimi və ehtiyaclarımı ödədim. Bir müddət sonra hesabıma baxdım ki, həmin 7 min manat məbləğ mənə borc kimi yazılıb. Hacı Azərlə danışdım və öyrəndim ki, o, həmin günü kartıma 150 manat göndərib”.
Bahariyyə Quliyevanın sözlərinə görə məsələ ilə bağlı Kapital Banka müraciət edib və məsələsi araşdırılıb:
“Kapital Bankın iki əməkdaşı mənə yığaraq problemin öz günahları ucbatından baş verdiyini bildirdilər. Amma bank rəhbərliyi niyə səhv edən əməkdaşı barədə tədbir görmür, onu anlamıram. Mən aprel ayından maaş görmürəm. 283 manatın hamısı tutulur. Bir neçə hüquqşünas yanında olmuşam. Bunun əsassız olduğunu deyirlər. Kredit müqaviləm, borcum və ya hansısa məhkəmə qərarı yoxdur. Öz günahları ucbatından bütün maaşı tutmaq nə deməkdir?”
Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib. İnzibati Məhkəmə isə şikayəti əvvəlcə Yasamal Rayon Məhkəməsinə, daha sonra isə Nəsimi rayon Məhkəməsinə göndərib:
“Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edib, 100 manat ödəmişəm. İndi mənə zəng ediblər ki, iş Nəsimi rayon məhkəməsinə gedib.
Yenidən sənədləri yığıb ora getməliyəm və bu məsələni araşdırıb nəticəyə varana qədər Kapital Bank maaşımı hər ayın 5-i hesabımdan çıxacaq. Hazırda aldığım 230 manat sosial yardımla dolanıram. Bankın rəhbəri ilə də məni görüşdürmürlər ki, dərdimi deyim. Halbuki öz səhvlərini boyunlarına alırlar”.
Məsələ ilə bağlı Kapital Bankdan saytımıza bildirilib ki, müştəri bankın şikayətlər şöbəsinə müraciət etsin və məsələsi araşdırılsın:
“Müştəri məlumatlarının konfedensiallığına görə biz müştərinin kart məlumatlarını ictimaiyyətə açıqlaya bilmərik. Araşdırma bitdikdən sonra müştəri istəsə öz məlumatlarını açıqlaya bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-07-2022, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər