"ABŞ-ın İrəvana terror xəbərdarlığı iki məqsəd daşıya bilər " - Ekspert danışır
Ermənistanda terror həyəcanı yaşanıb. Ölkənin güc strukturlarına “Zvartnots” hava limanı, metroda və meriyaya partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumat daxil olub. Araşdırmalardan sonra heç bir partlayıcı qurğu aşkar edilməyib. Bundan sonra ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanda olan Amerika vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik vətəndaşların təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmağı məsləhət bilib: “Söhbət avqustun 2-də Ermənistan Fövqəladə Hallar Nazirliyinə bir neçə strateji obyektdə partlayıcı qurğuların olması ilə bağlı məlumatın daxil olmasından gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun stansiyaları, İrəvan meriyası və Ermənistan parlamentinin binalarıdır”. Səfirlik ABŞ vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlar və digər amerikalı ailələrə məlum təhlükəsizlik tədbirləri barədə məlumat verməyə çağırıb. Politoloq Turab Rzayev “Şərq”ə bildirib ki, ABŞ-ın bənzər xəbərdarlıqları ilk dəfə gündəmə gəlmir. Analitik bildirib ki, Azərbaycan hərbi əməliyyatlara başlamazdan qabaq, eləcə də Rusiya-Ukrayna savaşından öncə ABŞ terror xəbərdarlıqları etmişdi:
“Amerika və Böyük Britaniyanın belə məqamlarda öz vətəndaşlarına çağırış etməsi göstərir ki, bu ölkələrin kəşfiyyatları bölgədəki prosesləri diqqətlə izləyirlər. Hansısa təhlükə sezdikdə, terror, yaxud silahlı insidentlərə qarşı öz insanlarını xəbərdar edirlər. Bu xəbərdarlıq iki məqsəd daşıya bilər. Birincisi, həqiqətən də Ermənistanda bu cür potensial teraktlar gözləniləndir. Heç bir halda hakimiyyəti təhvil vermək istəməyən Baş nazir Nikol Paşinyana keçmiş KQB metodlarından istifadə edə bilərlər. Əgər paytaxtda irimiqyaslı, ictimai təlatüm yaradacaq, böyük çaxnaşmaya səbəb olacaq partlayış tödərilərsə, bunu əlində əsas edənlər baş naziri istefaya səsləyəcəklər. Rusiya Prezidenti V.Putin 2000-ci illərdə məhz bu üsullarla hakimiyyətə gəlməyə çalışmışdı. Orta Asiya ölkələrində də belə metodlardan zaman-zaman istifadə olunub.
ABŞ səfirliyinin xəbərdarlığı qarşı tərəfə mesaj, ismarıc da ola bilər: “Amerika açıq şəkildə bildirir ki, Rusiya dəstəkli cinayətkar qruplaşmanın – “Qarabağ klanı” üzvlərinin törədə biləcəyi terror hadisələrindən xəbərdardır. Yəni ABŞ-ın xəbərdarlığı Rusiyanı və onların himayəsində olan qatillər dəstəsini öz əməllərindən çəkindirmək məqsədi də daşıya bilər. Ən azından vurğulayırlar ki, Paşinyanın bu üsulla devrilməsinə imkan verməyəcəklər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2022, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər