Nazirliyin müəllimləri çətin duruma salan QƏRARI: - “Əsas problem daimi işlə təmin olunmamaqdır”
Son günlər sosial şəbəkələrin əsas müzakirə mövzularından biri də müəllimlərin işə qəbulunda edilən dəyişikliklərdir. Yeni qərarlardan biri belədir ki, işə qəbul müsabiqəsində nə qədər yüksək nəticə əldə etsən də, sadəcə birinci seçim turunda daimi işə sahib olmaq imkanın var. Növbəti turlarda çıxan vakant yerlərə qəbul olanlar müqavilə ilə işləyib növbəti il təkrar imtahana girməlidirlər. İmtahan nəticələrində saxtakarlığa yol verildiyini, balların süni şəkildə dəyişdirildiyini iddia edənlər də az deyil. Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəlalə Nuriyeva da Oxu.Az-a açıqlamasında MİQ-lə bağlı problemlərdən söz açıb:
“MİQ-in mövcudluğu bu sahədə ədalətli sistemin olması üçündür. Amma təəssüf ki, bəzən təyinatlar zamanı bir sıra müəllimlərin haqlı narazılıqları ortaya çıxır. Bunlara vakansiya yerlərinin az olması, imtahan suallarındakı problemlər və s. aiddir. 2021-ci ildə imtahana yüksək səviyyədə hazırlaşmağıma baxmayaraq, 60 baldan 49 bal topladım. O zaman bizə 1 saat 20 dəqiqə vaxt verilmişdi. Sualların çətinlik səviyyəsi qətiyyən vaxta uyğun deyildi. Buna görə də daimi işə qəbul oluna bilmədim və nəticədə müqavilə ilə sosial məzuniyyət yerində işlədim. 2020-ci ildə MİQ imtahanında vaxtı artırıb iki saat etsələr də, sualların vaxta uyğunluq səviyyəsi də artmışdı. Nəticədə mahiyyət etibarilə həmin vəziyyət yarandı”.
Həmsöhbətimiz qəbul olunduğu məktəbin yaşadığı yerdən 48 kilometr məsafədə yerləşməsindən də danışıb:
“Özüm Ucarda yaşayıram, amma aprelə qədər Zərdab rayon Şıxbağı kənd tam orta məktəbində çalışmışam. Məktəbin iş prinsipləri, rəhbərlik, müəllim və şagird kollektivindən narazı məqamlarım olmadı. Sadəcə, məzuniyyət yerində işlədiyim üçün müqavilə bitdi. Hər gün 48 km yol gedib-gəlirdim. Şəxsi avtomobil tutmuşduq, onunla gedirdik. Pulunu isə öz cibimdən ödəyirdim. Müqaviləylə işlədiyimə görə yolpulu almırdım. Ona görə də maaşımın bir hissəsini yola verirdim. Müəllimləri işə cəlb etmək üçün həvəsləndirmə tətbiq edilir. Bu isə rayon mərkəzindən üç kilometrdən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulur. H1 kateqoriyalı məktəblər mərkəzdən 3-20 kilometr məsafədə yerləşir və onlara 90 manat yolpulu verilir. H2 isə rayon mərkəzindən 20 kilometrdən uzaq məsafədə yerləşən məktəblərə aiddir, onlara isə 190 manat yolpulu ödənir. Lakin bu ödənişlər sadəcə daimi işləyən müəllimlər üçün nəzərdə tutulub. İstəyərdim, bu problem həllini tapsın və ya tutarlı səbəb göstərilsin. Niyə H2 olan məktəbdə daimi işləyən müəllim 590 manat, müqavilə ilə işləyən müəllim isə 400 manat maaş almalıdır? Olduqca məntiqsiz qərardır”.
Gənc müəllim vurğulayıb ki, hazırda MİQ-lə bağlı ən böyük problem daimi işlə təmin olunma şərtlərinin çox ağır olmasıdır:
“Bu ildən yer seçimi zamanı yalnız ilk turda daimi işləmək üçün seçim etməyə icazə veriləcək. Digər turlar isə müqavilə ilə olacaq. Keçən ilə qədər müqavilə ilə işləyən müəllim sentyabrda işə qəbul olub aprel-may aylarında həmin iş yerində daimiləşə bilirdi. İndi isə sadəcə bir illik müqavilə bağlanacaq, iyunda bu müqavilə bitəcək. Müəllimin işlədiyi yer vakanta çıxarılacaq. Müəllim də məcbur olacaq ki, yenidən imtahana hazırlaşsın. Nə dərəcədə ədalətli qərardır? Bu həm də şagirdlərə təsir edəcək ki, hər il yeni müəllimlə qarşılaşacaqlar. Bir müəllimin metoduna uyğunlaşmamış yenisi gələcək.
Bəzən müəllimlər işsiz qalmamaq üçün ucqar yerləri seçirlər və düşünürlər ki, gələcəkdə yerlərini dəyişərlər. Bu ildən isə vəziyyət dəyişib. Belə ki, seçdiyi yerdə üç il işləməyən müəllim yerdəyişmə edə bilməz. Bu hal bir tərəfdən yaxşıdır, digər tərəfdən pis. Ona görə yaxşıdır ki, yer seçimi zamanı işə qəbul olmaq istəyənlərə bir qədər yol açılır. Pis olma səbəbi isə odur ki, həmin ucqar yeri seçən müəllim düşdüyü yerdə üç il qalmağa məcburdur. Doğrudur, məktəbin yaşadığı yerdən uzaq olması və ya maddi problemlər müəllimi öz peşəsindən soyutmalı deyil. Amma müəllimlər öz haqlarını tələb etməlidirlər”.
Şəlalə Nuriyeva bir müəllim olaraq hansı tədbirlərin görülməli olduğunu da diqqətə çatdırıb:
“Vakansiyaların sayı artırılmalıdır. Bunun üçün isə ilk növbədə əməkhaqqı 18 saatın pulu kimi qalmaq şərtilə müəllimlərin bir stavka dərs yükü 18 saatdan 12 saata endirilməlidir. Bu halda bir müəllimin konkret dərs saatı 12 saat olacaq və yeni boş yerlər yaranacaq. Bu boş yerlərə də digər işsiz müəllimlər yerləşdiriləcəklər. Tədbir görülməsə, işsiz müəllimlər ordusunun sayı artacaq. İkincisi, universitetlərdə müəllimlik ixtisasına ayrılan yerlərin sayı azaldılmalıdır. Hər il nə qədər müəllim məzun olur və imtahan verir. Məsələn, bu il Azərbaycan dili müəllimliyi ixtisası üzrə 300 civarında vakansiya vardı, amma buraxılan məzunların sayı dəfələrlə çoxdur. Axı bunları yerləşdirmək lazımdır. Üçüncüsü, MİQ imtahanlarında normal bal toplayıb işsiz qalan gənc müəllimləri təhsil sahəsində müxtəlif işlərə cəlb etmək lazımdır. Yetər ki, işsiz qalmasınlar”.
Müəllimlərin MİQ probleminə münasibət bildirən təhsil eksperti Məzahir Məmmədli hazırkı vəziyyətin ürəkaçan olmadığını bildirib:
“Təəssüf ki, bu gün həm sosial mediada, həm saytlarda çox qabarıq müzakirə olunan məsələlərdən biri budur. Bu gün hər ailədə bu problemlə bağlı məlumat var. Müəllimlərin yerləşdirilməsindəki problemlərlə razıyam. Azərbaycanda fəaliyyət göstərən universitetlərin 20-dən artığında pedaqoji fakültələr var. Bir universitetimiz isə məhz sırf müəllim yetişdirməklə məşğuldur. Hər fakültədən isə hər il minimum 100 tələbə məzun olur. İl ərzində müəllim peşəsi üzrə çıxarılan vakant yerlərin sayı üç-beş min civarındadır. Sənəd verənlərin sayı isə 60-80 mindir. Onların çoxu işlə təmin oluna bilmir.
Bu ildən müəllimlərin işə qəbul balı 100 bal üzərindən hesablanır. 40 baldan çox toplayan müəllimlər müsabiqədə iştirak edə bilərlər. Burada isə müəyyən qədər təzad var. Pedaqoji təhsil almış biri imtahan verir və onun evinin yaxınlığında yerləşən bir məktəbdə iş imkanını itirir. Vakansiyaya çıxarılan yeri qazanmaq üçün şəhərdə 90 üzərində, rayon mərkəzlərində 80-nin üzərində, ucqar kəndlərdə isə 60-ın üzərində bal toplamaq lazımdır. Deyək ki, Yardımlının ucqar kəndindən olan bir müəllim imtahan verib başqa bir rayonun ucqar dağ kəndinə qəbul alır. Və həmin müəllim üç il gözləməlidir ki, yerdəyişmədə iştirak etsin”.
Ekspert görülməli olan tədbirləri də qeyd edib:
“Bütün bunları tənzimləyəcək bir mexanizm yoxdur. Nəticədə neqativ hallar ortaya çıxır. Belə ki, müəllim gedib həmin məktəbin direktoruyla sövdələşmə edir, həm müəllim, həm direktor fayda götürür, burada kartını alıb evdə oturur, müəllimin dərsi başqası tərəfindən əvəz edilir, o, sadəcə, həftədə bir-iki dəfə gəlib-gedir, dərs yola verilir. Bu da özlüyündə növbəti problemə səbəb olur ki, həmin şagirdlər müəllimdən məhrum olurlar, savadsızlaşırlar. Belə halların qarşısını almaq üçün sistem bir qədər təkmilləşdirilməlidir.
Müəllimlərin işə qəbulu yaxşıdır, bu, bir tərəfdən korrupsiyanın qarşısını alır, amma yaratdığı problemlər də var. Onların qarşısını almaq üçün mexanizm hazırlanmalıdır. Məsələn, 92 bal toplayan müəllim işsiz qalmamalıdır. Belə olanda onlar məcbur qalıb başqa sahəyə üz tuturlar. “N” sayda müəllim var ki, bu sahədən əllərini üzüblər. Bu qədər müəllimə ehtiyac yoxdursa, pedaqoji fakültələr, heç olmasa, digər universitetlərdən yığışdırılmalıdır. APU müəllim hazırlayırsa, Mühəndislik Universitetinin də müəllim hazırlamasına nə ehtiyac var? Eləcə də, digər özəl universitetlərdə bu sahəyə çox yer ayrılmamalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2022, 12:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər