reklam
Regionxeberlericom.az » Sosial » İsmayıl Hüseynov İSTİNTAQA CƏLB EDİLİB? - İTTİHAM VAR!

reklam

İsmayıl Hüseynov İSTİNTAQA CƏLB EDİLİB? - İTTİHAM VAR!


İyulun 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad edilib. Bundan az öncə Dövlət Təhlükəsizliyi Xidməti Gömrük Komitəsinin dörd vəzifəli şəxsinin saxlanılması haqqında məlumat yayıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Dünən isə adı mətbuatda illərdir Azərbaycanda gömrükdə monopoliyanın yaradılmasında hallanan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib. Başlanan gömrük islahatları ilə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə gö Komitədə həbslər davam edəcək.

Məlum olduğu kimi Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edib. Sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası sədrin birinci müavini Şahin Bağırova həvalə edilib. Ş.Bağırovun gömrük komitəsində ciddi islahatlar aparacağı gözlənilir. Səfər Mehtiyevdən miras qalan komandada diqqət çəkən fiqurlardan biri də Komitə sədrinin birinci müavini vəzifəsini daşıyan İsmayıl Hüseynovdur. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Səfər Mehtiyevlə Praqada şərikli otelə sahib olacaq qədər yaxın olan İ.Hüseynovun karyerasında sual doğuran çoxsaylı məqamlar olsa da, bu ona vəzifə pillələrində sürətli yüksəlişə mane olmayıb.

İsmayıl Hüseynov ilk ali təhsilini 1996-cı ildə başa vursa da gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Məlumat üçün bildirək ki, həmin dövrdə qüvvdə olan “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən gömrük orqanlarına tam ali təhsilli və hərbi xidmətdə olmuş şəxslər qəbul edilə bilərdi. 21 yaşlı İsmayıl Hüseynovun tam ali təhsili olmadan və hərbi xidmətdə olmadan gömrük orqanlarına xidmətə qəbul edildiyi haqqında məlumatın ciddi izaha ehtiyacı var.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun karyerasında sual doğuran ikinici müəmma isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Avtonəqliyyat Baş Gömrük İdarəsində üzə çıxardığı 2 milyon 27 min 800 manatlıq mənimsəmənin üstünün ört-basdır edilməsidir. Bakı Baş Gömrük İdarəsindən fərqli olaraq Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonların geri qaytarılmasının təmin edilməməsi isə nonsensdir. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə 15.12.2017- 31.12.2017-ci il tarixində, yəni 16 gün ərzində baş verib. Bu olay zamanı isə Avtonəqliyyat Baş Gömrük İdarəsinə hazırda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini olan İsmayıl Xəlil oğlu Hüseynov rəhbərlik edib. Onun rəhbərlik etdiyi idarədə 2 milyon 27 min 800 manat mənimsəmə faktı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən üzə çıxarılsa da, bu İsmayıl Hüseynovun öncə Bakı Baş Gömrük İdarəsinin rəisi, ardınca da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilməsinə mane olmayıb.

İsmayıl Hüseynovun rəis olduğu zaman Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsənənilməsinə görə cinayət işinin başladılmaması, büdcə vəsaitinin geri qaytarılmasının təmin edilməməsi və üstəlik vəzifə pilləsində daha da yüksəlməsi bu şəxsin karyerasında ikinci böyük müəmmalı məqamdır.

İndi isə üçüncü müəmmlı məqamdan bəhs edək. Dövlət Təhlükəsizlik Xidmətinin casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilən Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumudur.

Xatırladaq ki, gömrük generalının hədəfə gəlməsi onun barəsində son günlər ölkə mətbuatında haqqında yazılanlardır. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanır. Belə ki, həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu bəlli olub. Abbasquliyeva Lamiyə Elxan qızı İsmayıl Hüseynovun bibisi qızıdır.

Lamiyə Abbasquliyevanın qardaşı Emin Hacıyev də Dövlət Gömrük Komitəsinin əməkdaşı olub və onun adı 1 300 000 manatlıq yeyintidə hallanır.

Çox maraqlıdır ki, karyerası müəmmalı məqamlarla zəngin olan İsmayıl Hüseynov hələ də Dövlət Gömrük Komitəsinin birinci müavini vəzifəsində çalışır.Amma Əbülfəz Məlikovun həbsi İ.Hüseynovun durumunu daha da ağırlaşdırıb. Çünki bu iki şəxsin həm biznes sahəsində, həm də bir çox gömrük əməliyyatlarında birgə hərəkət etdiyi bildirilir. //cumhuriyyet.net//




Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər