Alimlərin müraciətləri prezidentdən gizlədilir? - QALMAQAL
Biz Yataqxana sakinləri 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12-də yerləşən AMEA-nın Aspirantlar yataqxanası sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığımız müraciəti yenidən Dövlət Başçısına ünvanlayaraq bildirmək istəyirik ki, bu müraciətdə qeyd olunan bütün qanunsuzluqları AMEA prezidenti və onun ətrafındakı özbaşına məmurlar bu günə kimi (2019-cu ilə kimi) həyata keçiriblər və mənzil almaq hüquqlarımızı pozaraq Sizin humanistliklə imzaladığınız layihəni AMEA və Sipark ( “Evro Stroy-S” MMC) inşaat öz mənfəət bazalarına çeviriblər. Bu gün də bu qanunsuz əməlləri davam edir. Sipark inşaatla AMEA bizə ayrılan mənzilləri sataraq bizi evsiz qoyublar. Müraciət ünvanlanandan bu günə kimi bizim problemimiz öz həllini tapmamış, təəssüflər olsun ki, səsimizi də Sizə onların havadarlarının hesabına çatdıra bilməmişik. Biz sakinlər bu yataqxanaya qanuni yollarla gəlmişik, vaxtı ilə AMEA əməkdaşı olmuşuq və bu gün də AMEA əməkdaşlarıyıq, amma AMEA rəhbərliyi və Sipark inşaat əlbirliyi ilə bütün qanunları pozaraq bizim mənzillərimizi mənimsəyərək Sizin verdiyiniz göstərişı həyata keçirməyərək, bizləri Dövlətdən narazı salaraq Sizin idarə etmə imicinizə ziyan vururlar.
Cənab Prezident, bizim pozulan hüquqlarımızın bərpası istiqamətində qəti addımlar atıb bu məmur özbaşınalığına son qoyaraq, bizi mənzillə təmin etməyinizi Sizdən xahiş edirik.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Cənab Prezident!
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında yaşayan 118 ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib.
Bu tikinti AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun və aspirantlar yataqxanası sakinlərinin Sizə olan müraciətlərinə müsbət cavabınızdan sonra mümkün olub. AMEA ilə (indiki Sipark) “Evrostroy-S” MMC arasındakı razılaşmada tikilən yeni binada yataqxana sakinlərinin mənzillə təmin olunmaları əsas şərt olub, həmin 118 ailə bu günə qədər yeni mənzillərini gözləməkdədirlər, bu vaxta qədər həmin mənzillərin əsil sahiblərinə verilməsi ləngidilir.
Məsələnin həlli ilə əlaqədar sakinlər müxtəlif instansiyaların qapılarını döymələrinə baxmayaraq heç bir nəticə yoxdur.
Cənab Prezident, sizdən xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz.
Problemin mahiyyəti isə aşağıdakı kimidir.
22 fevral 2011-ci ildə AMEA-nın mərhum Prezidenti Mahmud Kərimov Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək və aspirantlar yataqxanasının həmin dövrdəki sakinlərinin Azərbaycan Respublikasının Prezidentinə 27.09.2012 və 20.10.2012 tarixlərində teleqramlarla müraciət edərək, AMEA-nın balansında olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən yataqxanada yaşayan sakinlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin xüsusi mülkiyyətinə verilməsinə köməklik göstərilməsini xahiş etmışlər. Bu müraciətlərə Prezident İ. Əliyevin müsbət cavabından sonra 8 noyabr 2012-ci ildə aspirantlar yataqxanasındakı sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yataqxana binasının və ərazisinin özəl bir şirkətə verilməsi və qarşılığında yataqxanada yaşayan sakinlər üçün yeni mənzillər alınması məsələsi ilə bağlı iclas keçirilib. İclasda “Evrostroy-S” MMC-nin nümayəndəsi Bəxtiyar Hilal oğlu Təhməzov və yataqxananın komendantı Azər Quliyev də iştirak edib. Həmin iclasda yuxarıda göstərilən məsələ müzakirə edilərək, aspirantlar yataqxanasındakı hər bir mənzil üçün yeni tikilən binada ən azı 65 kv.metrdən ibarət 2 otaqlı mənzillərin tam təmir (mebelsiz) olunub sakinlərin ixtiyarına verilməsi, sakinlərin elmi dərəcə və ailə tərkibi nəzərə alınaraq, onlara əlavə yaşayış sahəsinin verilməsi, yeni binanın tikintisi ilə bağlı Komissiyanın şirkətlə əməkdaşlığı və AMEA rəhbərliyi ilə müntəzəm əlaqə saxlanması və vaxtaşırı yataqxana sakinlərinin məlumatlandırılması barədə qərar qəbul olunmuşdu. “Evrostroy-S” MMC-nin nümayəndəsi Bəxtiyar Təhməzov iclasda müzakirə edilən məsələlər ilə bağlı tələbləri şirkətin qəbul etdiyini bildirmişdi.
Həmin İclasın yekunlarına müvafıq olaraq, 14 noyabr 2012-ci ildə “Evrostroy-S” MMC ilə AMEA arasında Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyasına məxsus 0,66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihələndirilməsi və bu Müqavilənin şərtlərinə uyğun olaraq tikilməsi barədə podrat müqaviləsi bağlanıb. Həmin müqavilənin 1.1-ci bəndinə müvafıq olaraq, “Evrostroy-S” MMC aspirantlar yataqxanasında yaşayan akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasınm tikintisini öhdəsinə götürüb. Həmin müqavilənin 1.3-cü bəndinə müvafıq olaraq, şirkət1 ədəd 4 girişli 16 mərtəbəli binanın tikilməsi, aspirantlar yataqxanasında yaşayan akademiyanın əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını sifarişçiyə təhvil verməsini öz öhdəsinə götürüb. Bundan sonra 19 dekabr 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı AMEA-nın “…aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə” icazə verilməsi haqqında 564 saylı Sərancam verib. Həmin Sərəncamla aspirantlar yataqxanasınm sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün (Sipark)”Evrostroy-S” MMC-yə icazə verilib.
“Həm BŞİH-nin 19 dekabr 2012-ci il tarixli 564 saylı Sərəncamı, həm də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinin 09 yanvar 2014-cü il tarixli Ekspertiza rəyinə əsasən “sifarişçi” hüququ, Bakı şəhəri, Şərifzadə küçəsi, 12 ünvanında “aspirantlar yataqxanası” sakinləri üçün inşa edilən binanın “podratçı” şirkətinə verilib. Nəticə etibarı ilə tikilən bina üzərində sərəncam hüququ faktiki və hüquqi olaraq (Sipark-a)”Evrostroy-S” MMC-yə verilib”. Bu sözlər (Sipark)”Evrostroy-S” MMC-yə qarşı “mənzil verilməsinə dair müqavilə bağlamaq öhdəliyinin qoyulması tələbinə dair” yataqxana sakinlərinin bir qrupunun iddia ərizəsi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsində yekunlaşan məhkəmə işinin 19 sentyabr 2014-cü il tarixli, İş № 2(004)-4349/2014 saylı Qətnaməsində yazılıb.
Lakin tikinti şirkəti (Sipark) “Evrostroy-S” MMC və AMEA bina sakinlərinin razılığını alıb rəsmi instansiyalardan keçərək tikinti işlərini başlatdıqdan sonra yuxarıda gostərilən şərtlərdən boyun qaçırmağa çalışır. Həmin məhkəmədə iştirak edən (Sipark)”Evrostroy-S” MMC-nin nümayəndəsi Rəhimov Qədir Əbdül oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciətində göstərib ki, “Evrostroy-S” MMC ilə Azərbaycan Respublikası Elmlər Akademiyası arasında 14 noyabr 2012-ci il tarixdə bağlanmış Podrat müqaviləsinin 1.1-ci bəndinə görə (Sipark) “Evrostroy-S” MMC aspirantlar yataqxanasında yaşayan akademiya əməkdaşları üçün həmin ərazidə yaşayış binasının tikintisini öz öhdəsinə götürüb, amma müqavilə ilə (Sipark)”Evrostroy-S” MMC üçün belə bir öhdəlik müqavilədə Sifarişçi qismində iştirak etmiş müqavilənin digər bir tərəfı AMEA qarşısında nəzərdə tutulub. Başqa sözlə, (Sipark)”Evrostroy-S” MMC 1 girişli 16 mərtəbəli yaşayış binasını bina sakinlərinə deyil, məhz Sifarişçiyə təhvil verilməsi öhdəliyini götürüb. Yəni (Sipark)”Evrostroy-S” MMC-nin bina sakinləri qarşısmda hər hansı bir öhdəliyi yoxdur. Bundan başqa Sipark tikinti şirkəti iddia edir ki, podrat müqaviləsinin tərəflərinin imzaladığı göstərilən protokolların imzalandığı andan hüquqi qüvvəyə minməsi və nəticə etibarı ilə həmin protokolların müqavilənin tərkib hissəsini təşkil etməsi və müqavilənin təfsir edilməsi zamanı xüsusi diqqətə alınması əsassızdır. Beləki, (Sipark)”Evrostroy-S” MMC şirkəti hesab edir ki, müqavilənin 4-cü maddəsində nəzərdə tutulan, Podrat müqaviləsinin tərəflərinin imzaladığı protokollar Müqaviləyə gələcəkdə edilə biləcək hər hansı bir dəyişilik və əlavələrə qanuni yol açan və Müqavilənin tərəfləri arasında əldə olunmuş müəyyən razılıqları ehtiva edən protokollardır və bina sakinləri sözü gedən Müqavilənin tərəfı deyil. Bina sakinləri sözü gedən Müqavilənin tərəfı kimi qəbul edilsə belə, (Sipark)”Evrostroy-S” MMC bina sakinlərinin istinad etdiyi hansısa protokolu imzalamayıb və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən aspirantlar yataqxanasına aid olan ərazidə inşa edilən yaşayış binalarının tikintisi üzrə sifarişçi Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Podratçısı isə (Sipark)”Evrostroy-S” MMC” olduğunu və bina sakinləri qarşısında heç bir cavabdehliyinin olmadığını” göstərib.
(Sipark)“Evro Stroy-S” şirkəti yaddan çıxarır ki, ona tikinti işlərinin planlanması üçün verilən icazə məhz AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun və yataqxana sakinlərinin ölkə Prezdentinə müraciətlərindən sonra prezident İlham Əliyevin tapşırığı əsasında mümkün olub. Bu BŞİH 19.12.2012 tarixli 564 saylı “Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamında da açıq göstərilib, orada yazılıb: maddə1. Azərbaycan Milli Elmlər Akademiyasının 14.11.2012-ci il tarixli, 06-10-280 saylı razılıq məktubunu, «Evro Stroy-S» MMC-nin 07.12.2012-ci il tarixli, 01/07.12 saylı müraciətini və tərəflər arasında bağlanmış 14.11.2012-ci il tarixli müqaviləni nəzərə alaraq Yasamal rayonu 571-ci məhəllə, A.M.Şərifzadə küçəsi 12 saylı ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin cəmiyyətə icazə verilsin. Amma hansı səbəbdənsə tikinti şirkəti bu qədər dəqiq yazılmış ifadəni başa düşməkdə çətinlik çəkir.
Yuxarıda göstərilən problemin meydana çıxmasının səbəblərindən biri də göstərilən müqaviləni o tarixdə imzalayan Elmlər Akademiyası Prezidenti mərhum Mahmud Kərimovun vaxtsız vəfatından sonra AMEA-ya akad. Akif Əlizadənin rəhbər təyin olunması ilə onun ətrafina, rəhbərliyə yeni şəxslərin gəlməsi və yeni maraqlı tərəfin yaranması ilə əlaqədardır. Beləki, yeni rəhbərlik Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən aspirantlar yataqxanasının torpaq sahəsində aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yataqxana binası və ətrafındakı ərazidə yataqxana sakinləri üçün yeni bina tikilməsi barədəki qərara öz istəklərinə görə şərh qoyaraq, “binanın burada yaşayan AMEA əməkdaşları olan sakinlərin” mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə AMEA ilə (Sipark) “Evrostroy-S” MMC arasında podrat müqaviləsi bağlandığını iddia edir, sözü gedən imzalanmış müqaviləni tanımaq istəmədiklərini deyirlər. Eyni zamanda tikinti şirkətinə də təsir göstərərək onların öz öhdəliklərini yerinə yetirmələrinə mane olurlar və yataqxana sakinləri tərəfindən hər hansı iddianın irəli sürülməsinin mümkünsüz olduğunu deyirlər.
Hələ bu azmış kimi tikilən bu binada mənzillərin sakinlərə paylanmasını araşdırmaq üçün Akademiyanın rəhbərliyinin yaratdığı Mənzil komissiyası öz gizli maraqlarını ört-basdır etmək, “obyektiv” işlədiklərini göstərmək məqsədi ilə bütün Akademiya İnstitutlarına sorğu göndərərək gənc mütəxəsislərin, aspirantlar yataqxanasında qeydiyatı olub orada yaşamayanların, mənzilə ehtiyacı olan başqa Akademiya işçilərinin siyahılarını və onların müraciətlərini toplayıblar. Sanki, bu yataqxana sakinləri üçün tikilən bir bina ilə Akademiyada işləyən bütün mənzilə ehtiyacı olan insanların mənzil problemlərini həll edəcəklər. Əsil məqsəd isə qarışıqlıq salıb yataqxanada yaşayan sakinlərin mənzil paylarını əllərindən alaraq yataqxanadan kənar insanlara qeyri-rəsmi satmaqdır.
Bu məqsədə çatmaq üçün onlar dövlətin rəsmi instansiyalarına yanlış məlumat verməyi belə özlərinə rəva görürlər. Məsələn,yuxarıda göstərilən məhkəmə Qətnaməsində yazılıb: Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri Əliyev Sərdar Əli oğlu və Məmmədov Samir Hüseyn oğlu izahatlarında göstərmişdirlər ki, …“Hazırda həmin yataqxanada yaşayan AMEA əməkdaşları mənzillə təmin olunmuşdurlar”. Yalandır, həm də məhkəmədə hakim qarşısında. 2014-cü il sentyabrından bu günə təqribən 2 il keçib amma yataqxana sakinlərindən heç kimə həmin binada mənzil verilməyib. Görəsən bu maraqlı şəxslərin hakim qarşısında belə yalan danışmaqda nə maraqları var?
Bəli, adamın ağlına maddi maraqların olması fikri gəlir. Çünki, uzun illərdir biz yataqxanada yaşayırıq və bizim mənzil şəraitimizin yaxşılaşdırılması məsələsinin heç vaxt gündəlikdə olmamasına baxmayaraq, indi hər şeyin hazır olduğunu gördüklərində tikintisinə Elmlər Akademiyasının heç bir xərc çəkmədiyi,bu yataqxananın sakinləri üçün tikilən bir bina hesabına Akademiyada işləyən, amma yataqxanada yaşamayan başqa insanlarında mənzillə təmin olunması fikrini ortaya atıblar, görəsən 118 ailə üçün nəzərdə tutulan bir bina bu problemi həll edə bilərmi? Yoxsa ortada başqa maraqlar var. Görəsən sakinlərin böyük xahişlərlə bu ərazidə onlara yeni mənzillər verilməsi şərtilə bina tikilməsinə razılığının alındığı hazır binanı görüncə, onlarda Akademiya əməkdaşlarına belə “mənzil qayğıkeşliyi” haradan qaynaqlanır? Bəli, burada xüsusi maraqların olması fikri adamın ağlına gəlir. Yəni, Akademiya rəhbərliyinin istəyi olsa Elmlər Akademiyası işçiləri üçün kifayət qədər mənzil tikilməsini həyata keçirə bilər, bunun üçün Akademiyanın kifayət qədər torpaq sahəsidə,maddi imkanları da var, sadəcə bunun üçün populist çıxışlar yox,istək, iradəvə konkret fəaliyyət lazımdır, onlarsa bunu etmək istəmirlər.
Hələ bu azmış kimi həmin mənzil komissiyasının üzvləri yataqxana sakinləri ilə fərdi görüşlər zamanı utanmadan 25-30 il yataqxanada çətin şəraitdə yaşayaraq öz mənzil problemlərinin həllini gözləyən, yaşı 40-i – 50-ni keçmiş alimlərə və sakinlərə yeni tikilən binada “xidməti mənzillərin” veriləcəyi fikrini deyirlər, yəni uzun illər yataqxanada yaşayan alimləri utanmadan bir yataqxanadan çıxarıb, başqa yataqxanaya köçürmək istəyirlər, hətta bunu “şərəfli bir məqsəd naminə”, yəni Akademiyadan Beyin axının qarşısını almaq naminə etdiklərini deyirlər. 20-30 il Akademiyada işləyən, bəzilərinin əmək pensiya yaşı belə yaxınlaşan insanlara təşəkkür etməkdənsə, utanmadan beyin axının qarşısını almaqdan danışırlar. Beyin axınının qarşısının alınması üçün bu qədər dar düşüncəli olmaq nə qədər absurd görünür. Bəli, dar düşüncəli çünki, Beyin axınının qarşısını almaq üçün kreativ düşünən insanlara komfort şərait yaratmaq lazımdır ki, onlar getməsin, dünya təcrübəsi də bunu göstərir. Başa düşmürlər ki, belə ağılsız maneələr yaratmaqla beyin axınına mane olmaq mümkün deyil.
Üstəlikdə, onlar Akademiyanın yataqxana sakinlərini mənzillə təmin etmək mükəlləfiyyətinin olmadığını da deməyi yaddan çıxarmırlar. Əgər bu belədirsə, o zaman bu “mənzil komissiyası” hansı məqsədə xidmət edir. Bunu bizə deyənlər yaddan çıxarırlar ki, Azərbaycan sosial dövlətdir, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması Konstitutsiya ilə təsbit olunmuş bir haqqdır. Bundan əlavə görəsən uzun illər yataqxanada yaşamış, ömrünü elmə sərf etmiş, yaşı 50-ni keçmiş alimlərə, uzun illər mənzil gözlədikdən sonra“xidməti mənzil” təklif etmək hansı məntiğə sığışır, yəni sabah ailə başçısını itirərsə, onun ailəsinin aqibəti necə olacaq, övladları harada yaşayacaqlar? Budurmu işçilərin sosial müdafiəsi? Bu ölkədə bu maraqlı şəxslərə “heç olmasa yataqxana sakinlərinin əlində olana şərik çıxmayın” deyə biləcək bir instansiya yəqin ki tapılar. AMEA-nın tikintisinə heç bir vəsait qoymadığı hazır binanı görüncə Akademiya rəhbərliyindən olan bəzi adamların maddi həvəsləri, iştahları o qədər artıb ki, onlar artıq “yataqxanada yaşayanlardan kimlərə mənzil verməmək olar” məsələsi ilə maraqlanmağa başlayıblar çünki, yataqxanada yaşamayanlara bu mənzilləri qeyri-rəsmi maddi qarşılıq hesabına verəcəklərini yaxşı bilirlər. Bu adamların bəziləri bizi bu vaxta qədər yataqxanada yaşadığımıza görə də ittiham edirlər və eyni zamanda da, vəzifə səlahiyyətlərindən istifadə etməklə bizim əldə etdiyimizə şərik çıxmaqdan da utanmırlar.
Məlumdur ki, yataqxanada yaşayan sakinlərdən bir hissəsi əvvəllər Elmlər Akademiyasında işləyiblər, lakin müxtəlif səbəblərdən hazırda Akademiyada işləmirlər. Yuxarıda göstərildiyi kimi Bizim yaşadığımız yataqxana binası tikinti tamamlanıb bizlər yeni mənzillərlə təmin olunduqdan sonra sökülməlidir. Amma indiki rəhbərliyin öz maddi maraqlarını üstün tutaraq binada yaşayanların bir hissəsinin AMEA-nın əməkdaşları olmadıqlarını və onların həmin yataqxanada olan otaqlara order əldə etmələrində şübhəli məqamların olduğunu da deməyi özlərinə rəva görürlər. Məsələn, yuxarıda göstərilən Məhkəmənin Qətnaməsində yazılıb: Məhkəmə iclasında maraqlı şəxs AMEA-nın nümayəndələri Əliyev Sərdar Əli oğlu və Məmmədov Samir Hüseyn oğlu izahatlarında göstərmişdirlər ki, “… iddiaçılar AMEA-nın əməkdaşları deyillər və onların həmin yataqxanada olan mənzillərə hansı yolla order əldə etmələri şübhəlidir. Buna görə də, AMEA həmin şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq niyyətindədirlər”. Baxın, maddi maraq nələrə qadirdir, onlar dövlətin rəsmi instansiyaları və özlərindən əvvəl işləmiş rəhbərlərin fəaliyyətinə kölgə salmağı belə özlərinə rəva görürlər, çünki yataqxanadakı kontingent minimum 30 il ərzində formalaşmış bir kontingentdir və bu insanların əksəriyyəti Akademiyaya gənc mütəxəssis kimi, qanunvericiliyə uyğun olaraq, üç il ərzində mənzillə təmin olunma huququ ilə təyinatla gəliblər. Amma indiki rəhbərlik yaddan çıxarır ki, qanun geri tarixə işləmir, verilən haqqlar geri alınmır, üstəlikdə özlərinin maddi hərisliklərini gizlətmək üçün hamıya qara yaxmağa hazır olduqlarını, özlərinin isə çox humanist mövqedə olduqlarını göstərmək istəyirlər. Əgər belə olmasaydı yataqxana sakinlərinə mənzillər bu vaxta qədər çoxdan paylanmış olardı.
Beləliklə, Bina sakinlərinin sözü gedən aspirantlar yataqxanasının müvafıq mənzillərində yaşamaq üçün orderləri var və hazırda yataqxana sökülmədən (Sipark)”Evrostroy-S” MMC tərəfindən həmin ərazidəki yataqxana binasının ətrafında yeni binaların tikinti işləri davam etməkdədir və aspirantlar yataqxanasının sakinlərinə tikinti şirkəti tərəfindən verilən vədin yerinə yetirilməməsi sakinlərin hüquqlarını və qanuni maraqlarını sual altında qoyub. AMEA-nın balansında olmuş həmin binanın ətrafındakı ərazinin sakinlərin razılığı ilə hazırkı yaşadıqları mənzillərin yeni mənzillərlə əvəz olunması şərti qarşılığında tikinti şirkətinə verilməsi, (Sipark)”Evrostroy-S” MMC-nin həmin öhdəliyi icra etməməsi, bina sakinlərinin mülkiyyət hüquqlarının pozulması və bu hüquqlarının itirilməsi təhlükəsi ilə üzləşdirib. (Sipark)”Evrostroy-S” MMC yataqxana sakinləri ilə mənzillərə dair müqavilə bağlamaq öhdəliyini icra etməkdən dəfələrlə imtina edib, mənzillərin verilməsi ilə bağlı öhdəliyini icra etməyəcəyini bildirib. Yeni tikilən binalarda müvafiq mənzillərin verilməsi ilə bağlı məsələlərin qeyri müəyyən olmaqda davam etməsi sakinlərdə haqlı narahatlıq və narazılıq yaradıb.
Cənab Prezident, Sizdən xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, yataqxanan sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz. \\elchi.az\\
Paylaş:
Müəllif : Yazar
Tarix:22-07-2019, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-07-2019, 10:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08