reklam
Regionxeberlericom.az » Sosial » "Cavanlar işsizlik ucbatından kənddən köçüb gedir" - Video

reklam

"Cavanlar işsizlik ucbatından kənddən köçüb gedir" - Video


















“Bu, insana zülm deməkdir: əkdiyin ağacı oduna görə kəsəsən. Qazın olmaması iş yerlərinin olmaması deməkdir. Qaz olsa, biri parnik edəcək, biri cücə saxlayacaq, hamı dolanacaq. Amma indi bir dənə meşəmiz var - Allahdan bizə əmanət olan meşə - onu kəsirik, yandırırıq. Bu da insanda pis hislər, duyğular yaradır”.

Bunu “Azadlıq Radiosu”na Yardımlının Bərcan kənd sakini Əzim Həşimov deyib.

O bildirib ki, hər ötən gün kəndi tərk edənlərin sayı artır. Qaz olmadığından yemək bişirmək, evlərini qışda qızdırmaq üçün ağaclarını kəsməyə məcbur olduqlarını deyən Ə.Həşimov meşələrin beləcə məhvə məhkum olmasından ürək ağrısı ilə danışıb.

Ə. Həşimov deyib ki, yeni iş yerləri haqqında eşitməyib. Olsaydı, camaat şəhərlərə axın etməzdi. O, kənddən köç edənlərin cavanların ardınca qalan sakinlərin də çıxıb gedəcəyindən ehtiyatlanır:

“Burda yaşamaq istəmirsən. Gethagetdir, hamının arxasıyca baxırsan, necə ki qazımızın arxasıyca baxırıq, bu da elə”.




Paylaş:


Müəllif : Tarix:
23-08-2022, 15:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər