Yevlaxda bir ay əvvəl yaranan şirkət 106 minlik tenderin qalibi oldu
Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi “Orlondo Az” MMC (VÖEN - 1102637081) olub.
Müsabiqənin şərtlərinə görə, “Orlondo Az” MMC Yevlax şəhər MKTB-yə əkin materialları, gübrələr və digər mallar satacaq və qarşılığında 105 min 800 manat alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Yevlax şəhər MKTB tender müsabiqəsini 25.07.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “Orlondo Az” MMC isə bundan cəmi bir ay əvvəl - 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Qaradağ rayonu, Lökbatan ŞTQ. Keçid 1594, ev 30, m. 8”də yerləşir. Qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Yevlax şəhərində dövlət qurumları tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.
Aşağıdak linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:
Tender elanından 4 gün sonra yaranan şirkət 107 min manatı necə udub?
8 gün əvvəl yaranan şirkət 150 minlik tenderlərin qalibi oldu - Fotofakt
Paylaş:
Müəllif : Fuad
Tarix:26-08-2022, 12:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər