"Başımızı itirmişik, imkanımız yoxdur..." - GİLEY
“Oğlum doğulan gündən xəstəxanalarda qalmışıq. Dərdinə çarə tapılmır. İynə-dərman təsir etmir, uşağın vəziyyəti hər keçən il ağırlaşır. Altı ildir ki, ona makaron və quru çörəkdən başqa heç nə yedizdirə bilmirəm”. DİA.AZ bildirir ki, bu sözləri Mingəçevir şəhər sakini Yaqut Məmmədova deyir. Onun sözlərinə görə, 2010-cu il təvəllüdlü oğlu Ayxan irsi hemolitik anemiya (qırmızı qanın parçalanması-red.) xəstəliyindən əziyyət çəkir:
“Uşaq doğulanda sarılıq (qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlik-red.) oldu. Həkimlər ciddi nəzarətə götürdülər, sistemlər qoşuldu, körpə düzəldi. Üç yaşına qədər hər şey normal idi. Səhhətində heç bir problem yox idi. Müəyyən yaş həddinə çatmışdı deyə bütün yeməklərdən yeyə bilirdi. Lakin qəfildən gözlərinin ağı və sifəti saralmağa başladı. Mingəçevirdə həkimə apardıq, yoxlatdırdıq, qan analizi verdik. Dedilər ki, buralıq deyil, Bakıya aparın. Bakıda “Semaşko”ya (1 saylı Şəhər Kliniki Xəstəxanası-red.) apardıq. Orada məlum oldu ki, uşağın ödündə anadangəlmə daş var. Həkimlər dedi ki, gözünün saralması da bundandır. 2014-cü ildə uşaq “Semaşko”da əməliyyat olundu, lakin bununla səhhəti düzəlmədi. Bakıda gəzmədiyimiz xəstəxana qalmadı, dedilər ki, kaş, əməliyyat olunananda dalağı da götürüləydi. İndi dalağında qırmızı qan parçalanır. Onu da deyim ki, bizim uşaqda ağ qan xəstəliyi (leykoz-red.) yoxdur. Hemotologiya İnstitutunda oğluma mütəmadi müalicə kursu keçirilir. Dalağında və qaraciyərində şişmə yoxdur. Həkimlər deyir ki, dalağında şişmə olsa, əməliyyat edib, götürəcəyik. İş burasındadır, dalaq şişsə, əməliyyat olunub, götürülsə, uşağın digər orqanlarına ziyan olmayacağına, onun yaşayacağına zəmanət verilmir”.
Yaqut Məmmədovanın sözlərinə görə, həkimlər anadangəlmə anemiyaların tam sağalmasının mümkün olmadığını deyir. Dərman və müalicə preparatlarının baha olduğunu bildirən şikayətçi, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb:
“Daha doğrusu, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi mənim adımdan məktub yazıb. Cavabı həmin xəstəxanaya yönləndirdilər. İndi bilinmir ki, uşağın müalicəsi və dərmanlarını hara verməlidir. Səhiyyə Nazirliyindən deyirlər ki, xəstəni pulsuz dərmanlarla Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası təmin etməlidir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından da deyirlər ki, yox, buralıq deyil. Başımızı itirmişik, imkanımız yoxdur. Özüm də beş-on manat pula xadimə işləyirəm. Yoldaşım da fəhlədir. Uşağın müalicəsinə hər ay ən azı yüz manat pul xərclənir. Kənardan kimsə soruşanda ki, bu uşağın niyə rəngi belədir, gözləri saralıb, ürəyim qırılır. Özümə gələ bilmirəm ki, niyə uşağıma elə deyirlər. Anayam, ürəyim dözmür. Ona görə də 2017-ci ildə özümə qəsd elədim, sirkə içdim ki, bunları görməyim, lakin həkimlər həyatımı xilas etdilər”.
Şikayətçi söyləyir ki, Hemotologiya İnstitutunda keçirilən müalicə kursunun oğlunun səhhətini çox cüzi yaxşılaşdırır. Amma bir müddətdən sonra vəziyyəti yenidən pisləşir:
“Sistem qoşulanda istər-istəməz qanını təmizləyir. Beş-on gün uşağın səhhəti yaxşılaşır. Gözünün və dərisinin sarılığı çəkilir. Yanından azacıq meh əsən kimi yenə uşağın halı xarablaşır. Beş gün məktəbə gedirsə, on beş gün evdə xəstə yatır. Bu uşaq bütün günü iynə-dərmandadır. Əvvəllər çox əsəbi idi, nə deyirdin, əlinə keçəni yerə çırpırdı, qışqırırdı. İndi bir balaca danışığı düzəlib. Hər dəfə həkimə gətirəndə, böyük bir resept yazıb verirlər. Bir çox halda firmanın bahalı dərmanlarını yazırlar. Bütün müalicələri edirik, heç bir irəliləyiş olmur. Dövlət pulsuz dərmanlarla təmin etsəydi, biz də dolanışığımız haqqında düşünərdik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-07-2019, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-07-2019, 13:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti