reklam
Regionxeberlericom.az » Sosial » Şabrandakı adsız küçənin bitməyən yol problemi, yalançı vədlər

reklam

Şabrandakı adsız küçənin bitməyən yol problemi, yalançı vədlər








Şabran İcra Hakimiyyətinin bir addımığında yerlən bu küçə baxımsız vəziyyətdədir.

Belediyye.netin məlumatına görə, “Beşsotlar” adlanan yaşayış massivindəki bu küçənin adı yoxdur. Sakinlərdən soruşsanız hərəsi bir ad deyər.

Kələ-kötür, təmirsiz kənd yollarını xatırladan bu yol Şabranın mərkəzi küçəsində olmaqla yanaşı həm də, Şabran rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşir.

Quraqlıq vaxtlarda torpaq yol rahat görünsə də, yağışlı, qarlı günlərdə keçilməz olur.

Uzun illərdir quru vədlərə möhtac qalan küçə sakinlərinin ümidləri yenə boşa çıxıb.

Artıq yağışlı günlər başlayıb. Yolun təmir işlərindən isə xəbər yoxdur. Sakinlər hər il eyni çətinliklərlə üzləşməkdən təngə gəliblər. Ölçü götürülməsini tələb edirlər.

Məsələ ilə bağlı üz tutduq Şabran rayon İcra Hakimiyyətinə. Qurumdan yenə vəd verdilər. Dedilər ki, 6 ay ərzində küçə əsaslı təmir olunacaq. Küçənin adı ilə bağlı müvafiq addım atılacaq. Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Nətavan Mustafayeva sakinlərin problemlərini həll etmək istədiklərini də əlavə etdi.

Sakinlərin xəbəri olsun ki, rəsmi qurumdan “Beşsotlar” yaşayış massivindəki adsız, təmirsiz küçənin problemlərinin diqqətdə saxlanılacağına yenidən söz verildi.

Məsələni diqqətdə saxlayacağıq.




Paylaş:


Müəllif : Tarix:
9-09-2022, 09:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər