“Üstü bəzək, altı təzək” təhsil siyasəti: Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb
Binə rayonunun Atçılıq yaşayış massivində uzaqdan möhtəşəm görünən bir təhsil ocağı var – 292 saylı orta məktəb. Məktəb Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Çox gözəl binası, həyətində quraşdırılmış günəş panelləri və külək turbinləri var. Bu isə o deməkdir ki, məktəbdə təhsil alan şagirdlə təkcə yeni texnologiyalarla işıqlandırılan siniflərdə oxumayacaqlar, həm də bir sıra dəqiq elmlərdə öyrəndiklərinin necə işlədiyini əyani şəkildə öz həyatlarında görəcəklər. Təbii ki, bu ortamda böyüyən yeni nəslin gələcəyin ən böyük dühaları olmaması üçün heç bir səbəb yoxdur.
https://www.aztoday.az/wp-content/uploads/2022/09/mekteb-300x200.jpg 300w" sizes="(max-width: 480px) 100vw, 480px" style="padding:0px;list-style:none;border:0px none;max-width:100%;height:auto;" class="fr-fic fr-dii">
Yəqin ki, bu şəkilləri görüncə siz də mənim kimi düşündünüz. Amma sevinməyə, xoşbəxtlikdən göyə hoppanıb düşməyə tələsməyin. Sən demə, bütün bu görünənlər məktəbin zahiri görünüşüdür. Daxili görünüşünə gəlincə, qısaca olaraq bunu deyə bilərəm: bu məktəbə çox bel bağlamayın. Burda nəinki XXI əsrin Eynşteyni, Keplepi, Fərabisi, İbn Sinası, heç bizim məhəllənin JEK müdiri də çıxa bilməz. Səbəbinimi soruşursunuz? Bu dəqiqə ərz edim: çünki bizim məhəllənin JEK müdiri də pis-yaxşı hansısa donqili məktəbdə dərs keçib. Eynilə Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov kimi, heç olmasa Ali Diplomatiya kolleci kimi adı böyük, özü kiçik bir məktəb qurtarıb. 292 saylı orta məktəbin şagirdləri isə ümumiyyətlə dərs keçmirlər.
https://www.aztoday.az/wp-content/uploads/2022/09/mekteb1-300x200.jpg 300w" sizes="(max-width: 480px) 100vw, 480px" style="padding:0px;list-style:none;border:0px none;max-width:100%;height:auto;" class="fr-fic fr-dii">
Bəli, bəli, düz eşitdiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin redaksiyamıza göndərdiyi məktubda belə deyilir. Valideynlərin iddiasına görə, bu məktəbdə yalnız ibtidai sinif müəllimləri var. Onlar da təbii ki, uşaqlara uzaqbaşı hərfləri yazmağı, rəqəmləri üst-üstə gəlməyi və bir-birinə vurmağı öyrədirlər. 5-cü sinifdən yuxarılar üçün isə əməlli-başlı müəllim qıtlığı yaşanır. Məhz bu səbəbdən uşaqlar dərsə gedib yarım saatdan sonra evə qayıdırlar. Məktəb rəhbərliyi onlara bu gün dərs olmayacağını deyib evə göndərir. Məntiqlə,292 saylı orta məktəbdə yaşanan bu biabırçılıq davam etdikcə, onun şagirdlərinin bilgi dağarcığının ibtidai sinif səviyyəsini keçə bilməsi də mümkün görünmür. Bu bilgi dağarcığı ilə isə XXI əsrin Eynşteyni olmağa ümid bağlaya bilməzsən.
https://www.aztoday.az/wp-content/uploads/2022/09/valideyn1-300x223.png 300w" sizes="(max-width: 480px) 100vw, 480px" style="padding:0px;list-style:none;border:0px none;max-width:100%;height:auto;" class="fr-fic fr-dii">
https://www.aztoday.az/wp-content/uploads/2022/09/valideyn-300x164.png 300w" sizes="(max-width: 480px) 100vw, 480px" style="padding:0px;list-style:none;border:0px none;max-width:100%;height:auto;" class="fr-fic fr-dii">
Maraqlıdır ki, bu il açılan məktəbin uzaqdan möhtəşəm görünüşü yerli sakinlərin də diqqətini cəlb etmiş və onlar gələcəyin dühaları arasında öz övladlarını da görmək üçün əməlli-başlı yarışa başlamışdılar. Məktəbə tələbat o qədər böyük olmuşdu ki, müdiriyyət müraciət edənlərin hamısını qeydiyyata almağa macal tapa bilməmiş və problem Respublika mediasının da diqqət ayırdığı ən mühüm məsələyə çevrilmişdi. Xəzər TV-nin 1 ay bundan əvvəl hazırladığı reportajda bildirilir: «Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.
Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.
https://www.aztoday.az/wp-content/uploads/2022/09/mekteb3-300x200.jpg 300w" sizes="(max-width: 480px) 100vw, 480px" style="padding:0px;list-style:none;border:0px none;max-width:100%;height:auto;" class="fr-fic fr-dii">
Bakı Şəhər üzrə Təhsil İdarəsindən isə bildirilir ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022–2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır».
Deyəsən, Azərbaycan Elm və Təhsil Nazirliyi məktəb deyəndə sadəcə içi boş sinif otaqları nəzərdə tutur. Məktəblərin yetərli müəllim kollektivi yoxdursa və şagirdlər məhz bu səbəbdən dərsə belə getmirlərsə, yeni komplekslərin tikilməsinə nə ehtiyac var? Görünür, mətbuata verdiyi müsahibələrdə «Səmimi olaraq qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır» deyən Elm və Təhsil naziri Emin Əmrullayev problemin həlli yolunu tapıb. İndi onun həyata keçirdiyi siyasət «aşağı təhsildənsə ümumiyyətlə dərslərin keçirilməməsi daha yaxşıdır» məntiqinə əsaslanır və bu prinsip ilk öncə Heydər Əliyev Fondunun hesabına tikilən məktəblərdə sınaqdan çıxarılır.
Bərəkallah, Emin müəllim, siz bu məntiqinizlə hələ çox uzaqlara gedəcəksiniz. Nə bəlli olar, bəlkə günlərin birində İqtisadiyyat naziri də ola bilərsiniz.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2022, 09:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər