“Polisə yox, rüşvətə müqavimət göstərirəm” - Bakıda küçə ticarətçilərinin güzəranı
Bakıda küçə ticarətçiləri qanunları bilmədikləri üçün təqibə məruz qalırlar
Yuxudan telefon zənginə oyandım.
-Alo? – bir gözüm qapalı cavab verdim.
-Mən etiraz aksiyası keçirmək istəyirəm – dəstəyin digər tərəfindən Tofiq Məmmədovun həyəcanlı səsini eşitdim…
Tofiq küçə ticarətilə məşğul olur. Amma əngəllərlə qarşılaşdığı üçün tez-tez bu vəziyyətə təkadamlıq aksiyalarla etiraz edir.
“Mən polisə yox, rüşvətə müqavimət göstərirəm”
O, küçə ticarətinə 9 yaşında doğulub-böyüdüyü Astara rayonunun bazarında sellofan paket sataraq başlayıb. Ailəsinin maddi durumu çox ağır olduğu üçün işləyərək valideynlərinə kömək etmək istəyib.
Tofiq Məmmədov küçə ticarətinə 9 yaşından başlayıb
Artıq 30 yaşı var, amma ailəsinin yükü hələ də onun çiyinlərindədir. Yaşlı ata və anası, bacısı və onun azyaşlı övladı Tofiqin əlinə baxır. Qardaşı ikinci Qarabağ müharibəsində yaralanandan və iş qabiliyyətini itirəndən sonra onun müalicə xərcləri və ailəsinin dolanışığı da Tofiqin üzərinə düşüb.
Tofiq Bakıya 2014-cü ildə artıq 22 yaşında ikən gəlib və paytaxtın müxtəlif rayonlarında ticarətlə məşğul olmağa başlayıb. “Yaşıl Bazar”da balaca piştaxtadan başlayan yolu Bakının müxtəlif küçələrindən və metro stansiyalarından keçib.
Bu minvalla gəlib çıxıb “28 may” metrosunun yaxınlığına. Ora gəldiyi ilk gün rayondan ona böyürtkən göndəriblərmiş. Tofiq də həmin böyürtkəni gəzə-gəzə əlində satmağa başlayıb. Bacardığını satıb, qalanını isə evə aparıb, mürəbbə bişirib. Sonra həmin mürəbbəni də satıb. Amma Tofiq deyir ki, küçə ticarəti ona mürəbbə bişirməkdən daha çətin başa gəlir.
Hazırda onun “İnşaatçılar” metrostansiyasının yaxınlığında kiçik piştaxtası var. Mövsümünə görə meyvə-tərəvəz satır. Amma həftənin dörd günü piştaxtasının yanında olursa, qalan üç gününü polis bölmələrində keçirir. Çünki, polis əməkdaşlarının ondan tələb etdiyi “yer haqqı”nı ödəmir. Bu da onun cərimələnməsi və ya inzibati həbsə göndərilməsilə nəticələnir. Amma bu dəfə Tofiq artıq heç yana getmək və iş yerini dəyişmək niyyətində deyil.
“Bütün istəyim bir az pul qazanıb, özümün və ailəmin ehtiyaclarını təmin etməkdi. Mən də özümə söz verdim ki, necə olsa, burda qalacam, heç yerə getməyəcəm. Burada Yasamal rayon 29-cu bölməsinin əməkdaşları məndən günə 70 manat rüşvət istədi. Məşğul olduğumuz xırda ticarətin hər günü üçün isə 70 manat böyük məbləğdir. Bunu ödəsəm, günün sonunda özümə 3-4 manat qalırdı. Qazanc üçün müştərilərə keyfiyyətsiz, çürük məhsul sata bilməz, ya da tərəzidə aldada bilməzdim. Odur ki, onlara rüşvət verməyəcəyimi, özüm də burada qalıb işləyəcəyimi dedim”, – Tofiq danışır.
O, məsələni ictimailəşdirmək, başına gələnləri Facebook hesabında yazmaq qərarına gəlib. Buna görə də günü polis bölmələrində keçir.
“Mənə deyirdilər ki, polisə müqavimət göstərirsən. Mən isə polisə yox, rüşvətə müqavimət göstərirəm”.
O, ilk dəfə 2019-cu ildə inzibati həbs edilib. Həmin vaxt Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və Yasamal Rayon 29-cu polis bölməsinin əməkdaşları onun piştaxtasını dağıdıb, özünə də deyiblər ki, daha burada küçə ticarətilə məşğul ola bilməyəcək. Tofiq isə əlində “Paltarlarımı satıram 1 manata” yazılı plakatla “İnşaatçılar” metrosunun qarşısında buna etiraz edib. Həmin aksiyada saxlanılan Tofiq Məmmədov Yasamal Rayon Məhkəməsinin qərarına əsasən 10 sutka müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Məmmədov təkadamlıq etiraz aksiyasında
Həmin vaxtdan bəri aldığı inzibati həbs və cərimə cəzalarının sayını artıq xatırlamır.
“Küçə ticarəti qanunla qadağan deyil”
İctimai fəal, işçi haqları müdafiəçisi Afiəddin Məmmədov qətiyyətlə bildirir ki, küçə ticarəti qadağan deyil:
Lazımi icazə sənədini alan istənilən vətəndaş küçə ticarətilə məşğul ola bilər. Qayda budur ki, ilk öncə ASAN Xidmətə gedib VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) açırsan. Bundan sonra fəaliyyət göstərmək istədiyin yeri seçib, ərazi üzrə Səyyar Xidmət Departamentinə yazılı müraciət edirsən. Departament nümayəndələri də sənin müraciətinin “Küçə Ticarəti Haqqında Qanun”a uyğun olub-olmadığına qərar verir. Cavabları müsbət olarsa, sən vergi ödəyicisi kimi rəsmən küçə ticarətilə məşğul ola bilərsən.
İşçi hüquqları müdafiəçisi Afiəddin Məmmədov deyir ki, küçə ticarəti qadağan deyil
Bəs departament bu qanunu necə tənzimləyir, icazəni nəyə əsasən verir? Afiəddin Məmmədovun sözlərinə görə, meyarlar ticarətlə məşğul olmaq istədiyin yerə və satacağın məhsula görə müəyyən edilir.
“Qanun deyir ki, səkilərin hərəkət hissəsində, hökumət binalarında, uşaq, məktəbəqədər və digər tədris müəssisələrinə bitişik ərazilərdə küçə ticarətilə məşğul ola bilməzsən. Bundan əlavə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq, quş, çörək və bu qəbildən tez xarab olan məhsulları saxlamaq üçün xüsusi texnikan yoxdursa, sata bilməzsən”.
Bununla belə ekspert hesab edir ki, rəsmi icazə sənədini almaq asan deyil. “Küçə ticarəti böyük rüşvət mənbəyidir və bunu əldən buraxmaq istəmirlər. Ona görə də bu sənədi ala bilən adam azdır. Lakin, çox israr etsən, VÖEN-lə işləyə bilərsən”, – Məmmədov əlavə edir.
Nadir uğur hekayəsi və jurnalist kəşfiyyatı
“Gənclik” parkında şirin pambıq və şar satan Elvin öz fəaliyyətini qanuniləşdirə bilən nadir küçə ticarətçilərindən biridir. O, indi vergi ödəyicisidir və küçə ticarətilə rəsmən məşğul olur. Qanuni icazəni alana qədər çox sayda məsul şəxslə görüşüb, çox ünvana baş çəkməli olub:
“Əvvəlcə İcra Hakimiyyətinə müraciət elədim, dedilər ki, bizlik deyil, bələdiyyəyə get. Bələdiyyəyə getdim, onlar da dedi ki, bizlik deyil, icraya qayıt. Bu hal bir neçə dəfə təkrarlandı. Ən sonunda Səyyar Xidmət Departamentini tapdım. Hər dəfə məni yola verirdilər. Günlərlə qapılarına ayaq döydüm, tələb elədim ki, mənim hüququm var küçə ticarətilə məşğul olmağa. Ən sonunda razılaşdılar. İndi dövlətə vergi ödəyərək küçə ticarətilə məşğul ola bilirəm”.
Səyyar Xidmət Departamentinin vətəndaşlarla necə işlədiyini şəxsən müşahidə etmək üçün “küçə ticarəti ilə məşğul olmaq arzusu” ilə quruma yollandım.
Elvin nadir rəsmi küçə ticarətçilərindəndir
Əvvəlcə məni elə departamentin qapısı ağzında “qəbul etmək” istəyən bir departament nümayəndəsi israrımdan sonra iş otağına dəvət etdi və rəsmi qəbul baş tutdu.
Özünü “Pərviz müəllim” kimi təqdim edən məsul şəxs mənə rəsmi qeydiyyat prosedurunu izah etdi:
“İşləmək istədiyiniz yerə bizim əməkdaşlar yollanır və müəyyən edir ki, orada sizin satmaq istədiyiniz məhsulu satan başqa neçə adam var? Parkın böyüklüyünə görə eyni məhsulu satmaq üçün adam sayı müəyyən limitə salınıb. Yəni, eyni məhsulu satan adamları yan-yana yerləşdirmək olmaz. Bütün bu tədqiqatdan sonra sizinlə əlaqə saxlayıb, rəsmi prosedurlara başlaya bilərik. Əgər işləməyinizə icazə verilsə, siz 90 manat dövlət rüsumu ödəməklə fəaliyyətə başlaya bilərsiniz”.
Sonra yazılı müraciətimi təqdim edib, soruşdum ki, mənimlə nə zaman əlaqə saxlayacaqlar? “Sabah səhər” dedilər. Amma iki həftədən çox vaxt keçsə də, hələ də zəng edən olmayıb.
Səyyar ticarətlə məşğul olanların əksəriyyəti Elvindən fərqli olaraq ümumiyyətlə bu qaydalardan xəbərsizdir. Məsələn, Sədrəddin 10 ildir ki, küçə ticarətilə məşğuldur.
“Qazancımı bu yolla əldə etməyə çalışıram. Amma park mühafizəçiləri, polislər imkan vermir işləməyə. Biri gəlib 5 manat tələb edir, bir gəlir 10 manat. Heç bilmirəm hara müraciət edim. Bu işə kim baxmalıdır, kim əncam çəkməlidir? Xəbərsizəm”,– deyir.
Polis müdaxiləsinin qanuni əsası varmı?
Sədrəddindən maraqlanıram ki, polis əməkdaşları ondan işləmək üçün rəsmi icazəsinin olub-olmadığını soruşurlarmı? Dediyinə görə, polis əməkdaşları bu haqda ümumiyyətlə heç nə soruşmur, sadəcə ondan pul istəyir, ala bilməyəndə isə onu ərazidən qovurlar.
Küçə ticarətçilərinin günü şəhərin bir yerindən digər yerinə qovulmaqla keçir
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bölmə Rəisi Zeyni Hüseynov bildirir ki, küçə ticarəti yol hərəkətinə maneə törətdiyi zaman polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər görülür.
“Belə şəxslər müəyyən olunduqda polis əməkdaşları həmin şəxslərlə sadəcə maarifləndirici söhbətlər aparır və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırırlar”, – Zeyni Hüseynov deyir.
Onun sözlərinə görə, polis əməkdaşlarının küçə ticarətçilərinin fəaliyyətinə qanunsuz müdaxiləsi və onlardan rüşvət tələb etməsi hallarının həqiqətlə əlaqəsi yoxdur.
“Ancaq qanunsuz küçə ticarəti qadağandır”
Hüquqşünas Yalçın İmanov da bildirir ki, küçə ticarəti qanunla qadağan edilməyib. Onun sözlərinə görə, qanunvericilikdə yalnız qanunsuz küçə ticarəti qadağan edilib.
“Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi inzibati xəta tərkibi yaradır və inzibati məsuliyyətə səbəb olur. Həmin maddəyə əsasən bu əmələ yol verən şəxslər 80 manat məbləğində cərimə edilir.
Maddənin məzmunundan göründüyü kimi, küçə ticarətinin qanunsuzluğu o zaman baş verir ki, həmin ticarətin həyata keçirildiyi yerlər, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamış, yaxud müəyyən edilməmiş yerlərə aid olur. Başqa sözlə desək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsi qanuni hesab edilir və təbii ki heç bir məsuliyyətə də səbəb olmur”, – hüquqşünas izah edir.
Küçə ticarətçilərinin çoxu icazə almağın qanuni yollarndan xəbərsizdir
Tofiqlə görüşdüyümüz gün onun ad günü olduğunu öyrənirəm.
-Tofiq, qonaqlığa gələ bilməyəcəyəm. İşləməliyəm
-Heç mən də qonaqlıq təşkil edə bilməyəcəm. İşləməliyəm.
– Bəs, doğum gününü əslində necə qeyd etmək istəyərdin?
– Piştaxtanın qarşısında meyvə-tərəvəz sataraq yox, ailəmin yanında qeyd etmək istəyərdim. Amma işi qoyub gedə bilmirəm. Həm mallarım qalıb çürüyür, həm də qazancım imkan vermir ki, bir neçə gün işləməyim…
Fatimə Mövlamlı, Sevinc Sadıqova Jam-news.net
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2022, 16:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər