"Həkim deyib qısa müddətə keçəcək, amma..." - GİLEY
“Real Hospital” məhkəməyə verilib.
Bu barədə AFN-ə verilən məlumatda bildirilir ki, adının çəkilməsini istəməyən gənc xanım hospitalda 5 min manatdan çox xərc çəkib etdirdiyi əməliyyatlar əks nəticə verib.
Belə ki, 2017-ci il oktaybrın 3-də klinikanın həkimi Mübariz Məmmədliyə abdominoplastika, liposaksiya və məməböyütmə əməliyyatı etdirən xanımın iki ildir ki, səhhətində müxtəlif problemlər var:
Verilən məlumatda bildirilir:“Xanımın qarnından piy çıxarılıb, dərisi dartılıb, amma dərini elə dartıblar ki, o qollarını qaldırıb hərəkət edə bilmir. Hələ də hərəkət məhdudiyyəti qalıb. Həkim deyib qısa müddətə keçəcək, lakin keçməyib. Uşaq əmizdirəndə döşünün birində süd olmadığı və digərini uşaq çox əmdiyi üçün aralarında fərq yaranmışdı - biri böyük biri kiçik qalmışdı. Əməliyyat zamanı ikisinə də eyni həcmdə material vurulduğu üçün problem eləcə də qalıb. Göbək nahiyəsinin yeri düzgün qoyulmadığı üçün göbək həddən artıq böyük qalıb. Nəticə o qədər bərbaddır ki, başqa heç bir həkim yenidən əməliyyat etməyi üzərinə götürmür”.
Məlumata görə, əməliyyatların keçirilməsi ilə bağlı “Real Hospital” tərəfindən gənc xanıma ödəniş qəbzindən başqa heç bir sənəd verilməyib: “Əməliyyat uğursuz alındığı üçün xəstə klinikanı da, həkimi də məhkəməyə vermək qərarına gəlib. Artıq klinika ilə bağlı məhkəməyə müraciət edilib və iyulun 26-da Yasamal Rayon Məhkəməsində iş üzrə proses keçiriləcək. Biz maddi və mənəvi olmaqla “RealHospital”ın 75 min manat cərimə ödəməsini tələb edirik. Ümid edirik ki, məhkəmə işi obyektiv araşdıracaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 15:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29