"Dövlət evimin düzəldilməsinə pul ayırsa da, qapılarda qalmışam" - Fotolar
“Zəlzələdən 3 il 7 ay keçib, hələ də evimizdə yaşamırıq. Çünki qəzalı vəziyyətə düşmüş evimiz bərpa edilməyib. Fövqəladə Hallar Nazirliyi isə məktub göndərib ki, bu işlər çoxdan bitib, yəni əlinizi bizdən üzün”.
2019-cu ilin 5 fevralında baş vermiş zəlzələ Şamaxının İkinci Cabanı kənd sakini Rəhim Məmmədovun da evini qəzalı vəziyyətə salıb. 3 il 7 ay keçib. Ötən illər ərzində Rəhim Məmmədov evin təmiriylə məşğul olmalı quruma dəfələrlə rəsmi müraciət edib. Bu ilin iyununda FHN-dən vətəndaşa gələn cavab məktubundan belə anlaşılır ki, zəlzələdən zərər çəkmiş evlərin tikilməsi, təmir-bərpası söhbəti bu qurum üçün bitib. İndi vətəndaşı da bir sual düşündürür – zəlzələdən qəzalı vəziyyətə düşmüş və aktlaşdırılmış evdə hər hansı təmir-bərpa işi aparılmayıbsa, bu iş necə bitmiş hesab edilib?..
Rəhim Məmmədov Meydan TV-yə zəlzələdən bir gün sonra evinə keçirilmiş baxışdan danışıb:
“Nümayəndələr gəlib baxış keçirdilər, yazdılar ki, təmir edilməlidir. Təmirlə razılaşmadım, icra hakimiyyətinə getdim, bildirdim ki, evin divarları adamın üstünə gəlir, özül tərpənir, bu ev təmirlik deyil. Dedilər ki, gecdir, Fövqəladə Hallar Komissiyası artıq belə qərar verib, dəyişmək mümkün deyil”.
Qərar verilsə də, aylar illəri əvəz edib, qəzalı evin həndəvərində fəhlələr görünməyib. Ötən illər ərzində Rəhim Məmmədov rayon icra hakimiyyətinin yollarında qalıb. Nəhayət, ötən ilin dekabrında evi təmir etməyə fəhlələr göndərilib:
“Elə divarlara toxunanda dedilər, qardaş, bu daş-kəsək üstümüzə aşar, qalarıq altında. Bu ev təmirlik deyil, burda ya təməlli bərpa işləri görülməlidir, ya da uçurulmalıdır, yerində ev tikilməlidir. Sən bir də müraciət elə”.
Uzun get-gəllərdən sonra nəhayət, bu ilin aprelində fəhlələrin imzasıyla akt tərtib edilib, rayonun baş memarı da möhürləyib. Ev sahibi deyir, o gün, bu gün – sanki bu işə təzədən yerli-dibli möhür vurulub:
“Yenə aylar keçir, icra hakimiyyəti atır nazirliyin üstünə, nazirlik göndərir icra hakimiyyətinin üstünə… Elə bircə onu deyirlər ki, evə yaxın getməyin, dağılar, altında qalarsız. Evi evimdən yaxşı vəziyyətdə olan çoxuna dövlət tərəfindən təzəsi tikildi, təmirlik evlərin çoxunu təməlli bərpa elədilər, ancaq mənim pulum olmadığına görə bu şeylərə gedə bilmədim. Sığınmışam atamın evinə, bir neçə ailə bir evdə yaşayırıq. Uşaqlarım azyaşlıdır, həyatımız narahatçılıq içərisində keçir. Öz evim ola-ola, dövlət evimin düzəldilməsinə pul ayırsa da, azyaşlı balalarımla qapılarda qalmışam. Əgər mənim evim aktlaşdırılıbsa, deməli, ona pul da ayrılıb, evim hələ də qəzalı qalıbsa, bəs pul necə oldu?”
Rəhim Məmmədov deyir, təkcə evindən yox, həm də təsərrüfatından didərgin düşüb:
“Rayon mərkəzindəyəm, dolana bilmirəm. Kənddə heyvana baxırdım, ailəmi dolandırırdım. Dövlətdən istədiyim odur ki, evimi düzəltsin, versin, qayıdım gedim kəndimə, təsərrüfatımla məşğul olum, öz evimdə yaşayım”.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, məlum zəlzələdən sonra Rəhim Məmmədovun evi təmir ediləcək evlərin siyahısına salınıb. Bu il aprelin 22-də təmir qrupu tərəfindən təmir işlərinə başlanılarkən məlum olub ki, zərərin nəzərdə tutulmuş smetayla aradan qaldırılması mümkün deyil. Ev sökülüb yenidən tikilməli, yaxud təməlli bərpa işləri görülməlidir. Ayrılmış pul vəsaiti isə kosmetik təmir üçün nəzərdə tutulmuş miqdardadır. Buna görə də FHN-ya bu məsələyə təkrar baxılması üçün müraciət olunub.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi isə vətəndaşa yazıb ki, zəlzələdən sonra tərtib olunmuş akta əsasən, ev təmirə ehtiyacı olan tikililər siyahısındadır. Zəlzələ bölgələrində fəaliyyət göstərən komissiyalar öz işlərini yekunlaşdırıb. Ona görə evə təkrar baxış keçirilməsi mümkün deyil. Evin təmiri və yaranmış problemlərlə əlaqədar rayon icra hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.
İndi Rəhim Məmmədovun bir əlində yerli icra hakimiyyətinin, digər əlində FHN-nin məktubu, hansı qapını döyəcəyini bilmir.
Hüquqşünas Namizəd Səfərov deyir, vətəndaş qəzalı evlə bağlı aktı və FHN-dən alınmış rəsmi cavab məktubu iddiasına əlavə edərək məhkəməyə müraciət etməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-09-2022, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər