Məmurlar üçün son “liman”: - Vəzifədən sonra vəzifəyə gedənlər...
“Vəzifəli şəxslərin ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmalarına son qoymaq lazımdır”.
Bu sözləri təhsil eksperti Etibar Əliyev deyib. O vurğulayıb ki, ölkədə bir nəfərin bir neçə vəzifə tutması dəb halını alıb və bu yolverilməzdir:
“Vəzifəli şəxslərin, deputatların ali məktəblərdə kafedra müdiri vəzifələrini tutmalarına son qoymaq lazımdır. Bu sui-istifadədir. Kafedralar asudə vaxtın keçirilməsi üçün yer deyil. Hələ üstəlik dərslərini də başqaları deyir. Onların çoxunun elmi yeniliklərdən xəbəri yoxdur. Təqaüd yaşına çatanda, işdən çıxanda gəlib on illərlə zəbt etdikləri kafedralarda otururlar. "Elmi etika" anlayışı var. Bu anlayış Qərb, Amerika elminin əsas anlayışlarından biridir. Bizdə isə elmdə etikasızlıq tüğyan edir. Bu məsələ ciddi müzakirə olunmalıdır. Bir nəfərin bir neçə vəzifə tutması vəzifəliləri bir-birindən fərqləndirən kriteriyaya çevrilib. Elmi dərəcə, elmi ad almaq isə adi hal olub”.
Məlumdur ki, Azərbaycanda işdən çıxarıldıqdan, ya da elə vəzifələrini icra etdikləri müddətdə ikinci iş yeri kimi universitetlərə üz tutan məmurlar olub. Siyahıda sabiq nazirlərin, komitə rəhbərlərinin adı var.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri olmuş Əli Abbasov texnika elmləri doktoru, akademikdir. Sabiq nazir hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri vəzifəsini icra edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümov hazırda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdiridir. O da bu vəzifəni nazir kreslosunu təhvil verdikdən sonra tutub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov fizika-riyaziyyat elmləri doktoru, professordur. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.
Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuş Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004).
Yüksək dövlət vəzifəsində təmsil olunan şəxslərin elmə maraq göstərməsi heç də birmənalı qarşılanmır. Ən böyük narazılıqlardan biri isə məmurların ehtiyac olmadığı halda elmi ad almalarıdır. Çünki əksər elm xadimləri bu adı almaq üçün illərlə elmi fəaliyyətlə məşğul olur və buna nail olduqdan sonra maaşlarında 100 manat artımı yüksək qiymətləndirirlər. Bu məbləğ bəziləri üçün az görünsə belə, elm insanlarının fəaliyyətlərini davam etdirmək, ömürlərini sevdikləri işə sərf etmək üçün bu pul onların köməyinə çatır. Lakin yüksək vəzifə tutan məmurun bu pula ehtiyacı yoxdur və onlar bu adı 2-3 il içərisində almaqla elmə marağın azalmasına səbəb olurlar.
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bəzən məmurların elmlə məşğul olanlara maneə törətdiklərini bildirib:
“Problem odur ki, məmurlar rahat dövlət işində işləyir, lakin işlərilə qane olmayıb universitetlərdə də işləmək istəyirlər. Məsələn, deputatdan Bəxtiyar Əliyev, Ziyafət Əsgərov və digərləri universitetlərdə vəzifə tuturlar. Burada bu işi apara biləcək, daim elmlə məşğul olan, kafedranı tanıyan, eyni zamanda elmi-tədqiqat işlərini qaydaya salacaq insanlar niyə qabağa çəkilmir? Kiminsə arxasında adam yoxdursa, deputat deyilsə, bu insanlar irəli gedə bilməzlər? Məsələn, mən Milli Elmlər Akademiyasında çalışıram. Hazırda elmlər doktoru işi aparıram. Vaxt bizə çatanda baxırıq ki, məmurun xanımı, qızı, bacısı oğlu, əmisi oğlu, ya elə özü gəlib irəli düşüb elmlər doktoru, professor adı alır və bizdən üstün heç bir elmi fəaliyyəti yoxdur. Biz illərlə Akademiyada oturub əziyyət çəkir, Azərbaycan elmini dünyada tanıtmağa çalışırıq, xaricdə məqalələrimiz, kitablarımız çıxır. Bütün günü arxivlərdəyik, elə bir elmi proses yoxdur ki, orada iştirak etməyək, amma növbə bizə çatanda illərlə gözləməli oluruq. Nəyə görə? Bizi niyə saxlamalıdırlar? Elmlər doktoru adı o məmurların nəyinə lazımdır? Bu yaxınlarda Akademiyaya yaşlı bir kişi gəlmişdi, keçmiş məmurlardan biri olub, prokurorluq sistemində işləyib. Sual verirəm ki, bu mövzunu niyə götürmək istəyirsiz? Deyir, istəyirəm ki, öləndə qəbrimin üstündə hüquq elmləri doktoru, professor yazılsın. Başa salıram ki, öləndən sonra orda elmlər doktorunun yazılıb-yazılmamağının sizə bir təsiri olmayacaq, Allah qarşısında cavab verməyi fikirləşin. Bu kimi hallar çoxdur. Elm tamamilə “qocalıb”. Yeni kadrlar gəlir və yenə onların üstündə məmurlar rəhbərlik edir”.
Həmsöhbətimiz elmin “qocalmasını” aşağıdakı səbəblərlə əlaqələndirib:
“Səbəblərdən biri elmlər doktoru adıdır. Elmlər doktoru adı uğrunda məmur-oliqarxlar, biznesmenlər böyük mübarizə aparırlar. Sanki bu adı almaqla titullarını artıracaqlar. Axı bu ad onların nəyinə lazımdır? Elmlər doktoru adı bizim kimi ortayaşlı, gənc nəslə lazımdır. Onu biz müdafiə etməliyik ki, maaşımıza təsiri olsun. Onların axı maddiyyata ehtiyacı yoxdur. Mən çalışıram elmlər doktoru olum ki, heç olmasa elm sahəsində çalışa bilim, əməkhaqqım 100 manat artsın. Axı dövlət onlara normal əməkhaqqı verir. Milli Elmlər Akademiyasında çox dəyərli alimlər var, 10 illərlə elmlər doktoru olmaq üçün gözləyirlər, işləri yatıb qalıb. Birdə baxırsan ki, 3 il qabaq bu adı istəyən məmur artıq elmlər doktorudur. Axı onu necə müdafiə elədi? Bir elmi işi normal, zəhmətlə yazmaq 3-4 il vaxt aparır. Biz tez yazanda irad tuturlar. Bəs iki ilə elmlər doktoru adını verdikləri məmurlara niyə irad tutmurlar? Mənim 14 kitabım, 100-ə yaxın məqaləm var. Hələ gözləyirəm, çünki tez yazmağımı irad tuturlar. Ona görə də hələ 3 il gözləyəcəyəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-07-2019, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-07-2019, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45