reklam
Regionxeberlericom.az » Sosial » Xaçmazda köhnə hamam, köhnə tas... - Yenilər də köhnələrin yolunu gedir...

reklam

Xaçmazda köhnə hamam, köhnə tas... - Yenilər də köhnələrin yolunu gedir...
















YAP-nın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Xaçmazda özü üçün yeni yanacaq doldurma məntəqəsi inşa etdirir.

AMİA.AZ xəbər verir ki , həmin obyekt Xaçmaz-Quba yolunun 3-cü km də, rayonun Armudpadar kəndi ərazisində yerləşir.

Tikintisinə bir neçə ay bundan öncə başlanılan obyektin özül hissəsindəki işlər artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, partiya sədrinin həmin obyekti Xaçmazda tanınmış bir dövlət qulluqçusu ilə şərikli tikdirdiyi bildirilir.

Biznes yoxsa dövlətçilik idealarının təbliği?

Xatırladaq ki, Məhəmməd Balaqadaşov Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin YAP-nın Xaçmaz rayon təşkilatının sədri vəzifəsindən azad olunduqdan sonra həmin vəzifəyə gətirilib. Vəzifəyə təyin edildikdən sonra isə o hakim partiyanın ideoloji və dövlətçilik ənənələrinin təbliğatı ilə məşğul olmaq əvəzinə biznes platformalarının genişləndirilməsi ilə məşğul olur. YDM –nin inşa edildiyi yer isə sahibkarlıq təyinatlı iaşə obyektlərinin tikilməsi üçün uyğun deyil.

Qeyd edək ki, həmin ərazi vaxtı ilə fərdi vətəndaşa məxsuz yaşayış evi olub. Obyektin tikintisi üçün lazım olan rəyin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən necə alındığı isə olduqca müəmmalıdır. Bir müddət öncə Məhəmməd Balaqadaşov barəsində onun ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi ilə əlaqələrini, daha doğrusu “Çoban Bulağı” istirahət mərkəzini əhatə edən şərikli biznesini əks etdirən məlumatlar yayılmışdı. Bundan əlavə, əvvəllər vergi işçisi olmuş Məhəmməd Balaqadaşov sonralar MTN generalı ilə, eləcə də Prezident Adminstrasiyasının rəhbərinin kürəkəni ilə qəfil biznes ortaqlığına sahib olub.

P.S. Sözü gedən YDM-də Məhəmməd Balaqadaşovun şərikli biznes sahiblərinin kimliyi barədə isə növbəti yazımızda bəhs edəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq… //AMİA.AZ//





Paylaş:


Müəllif : Tarix:
6-10-2022, 12:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər