reklam
Regionxeberlericom.az » Sosial » Bu kəndin sakinləri iki cüt ayaqqabı ilə gəzir

reklam

Bu kəndin sakinləri iki cüt ayaqqabı ilə gəzir








"Taksiyə minəndə şofer deyir, düş ayaqqabını dəyiş"

 Hər dəfə ümidləri boşa çıxan sakinlər, "40 ildir yollarımız bu vəziyyətdədir", deyirlər.

Qusar rayon Urva kəndinin camaatı İllərdir həsrətlə yollarının təmirini gözləyirlər. Hər təqvim dəyişəndə urvalılar yayda tozulu, çala-çuxurlu,  yağıntılı günlərdə bataqlıq, gölməçələrlə dolu yollarının təmir olacağına ümid edirlər.

Sakinlər deyirlər ki, mərkəzi yola çıxana qədər üst-başları palçıq içində olur deyə sürücülər onları avtomobillərinə götürmürlər. Ona görə də yola çıxanda özlərinə ikinci paltar, ikinci ayaqqabı götürməyə məcburdurlar.

Böyüklərlə yanaşı məktəbə gedən uşaqlar da eyni əziyyəti çəkir. Yollar bataqlıq olduğundan sürücülər bu yollara girmir. Çünki nahamar, bataqlıqdan ibarət yollar avtomobilləri də sıradan çıxarır. 3000 sakini olan Urva kəndinin yollarının bu vəziyyətdə olması və aidiyyatı qurumların məsələyə laqeyd münasibəti kənd camaatını təngə gətirib.

Söhbət təkcə kənddaxili yollardan getmir. Rayon mərkəzinə gedən yol da artıq sıradan çıxıb. Sakinlər probelmin həlli ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, kənd yollarının nə zaman təmir ediləcəyi ilə bağlı məlumat verən yoxdur.

Urva kənd İcra Nümayəndəliyindən Belediyye.netin məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yollarda asfalt işləri aparılması nə özlərinin, nə də bələdiyyənin imkanı daxilində deyil.

Bu səbəbdən Urva kəndinin yollarının təmiri yaxın zamanlarda baş tutmayacaq.

Qeyd edək ki, bundan öncə Qusar rayonunun Urva kəndinin sakinlərinin ictimai nəqliyyat problemi olduğu barədə də yazmışdıq. 

Urvalılar: “Aylardır avtobus gözləyirik. Elə deyirlər ki, gözləyin”





Paylaş:


Müəllif : Tarix:
7-10-2022, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər