reklam
Regionxeberlericom.az » Sosial » İcra başçısı sakinin əmlakını dağıtdırdı - Foto

reklam

İcra başçısı sakinin əmlakını dağıtdırdı - Foto


Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun göstərişi ilə sakinə məxsus olan əmlak dağıdılıb.
Bu haqda Nizami rayon sakini Malik Ağayev ölkə rəhbərliyinə etdiyi müraciətdə bildirib. O, qeyd edib ki, Nizami rayonunun R.Rüstəmov küçəsində yaşayır. Onun yaşadığı binanın həyətində 21 kvadratmetr sahəni əhatə edən qeyri-yaşayış sahəsi inşa etdirib. Rəsmi olaraq həmin tikilinin texniki pasportu və çıxarışı olub.
“İyun ayının 19-da mənə xəbərdarlıq edilmədən və qiymətli əşyalarımı götürməyə möhlət verilmədən mənə məxsus qeyri yaşayış sahəsi sökülüb. Mənə nə az, nə də çox, düz 35000 manat maddi ziyan vurulub.
O, qeyri-yaşayış sahəmi sökməklə məni intihar həddinə çatdırıb. Soruşmaq lazım gəlir ki, bəs mənə dəymiş maddi ziyanı kim ödəyəcək, Arif Qasımov?
Hörmətli Prezident!
Siz keçirdiyiniz müşavirələrdə dəfələrlə özünüzü xalqın xidmətçisi elan etmisiniz. Amma əlinizlə çörək yeyən Arif Qasımov dolayısı yollarla özünü siyasi kursunuza qarşı qoyur, insanları üsyankarlığa sürükləyir.
Mənim bu şikayətimi xüsusi nəzarətə götürərək məsələnin dərindən araşdırılıb Sizə məlumat verilməsinə və mənə dəymiş ziyanın ödənilməsinə göstəriş verməyinizi xahiş edirəm”.

İcra başçısı sakinin əmlakını dağıtdırdı -
İcra başçısı sakinin əmlakını dağıtdırdı -



Paylaş:


Müəllif : Tarix:
26-07-2019, 22:27
Sikayət   


loading...
Загрузка...