Şamaxı mərkəzi xəstəxanasının direktoru ağır onkoloji xəstəyə problem yaradır - MÜRACİƏT
Ağsu rayon, Zərqava kənd sakini Məmmədov Məsud Mürsəl oğlu üzləşdiyi ağır problemlə bağlı, videogörüntü vasitəsilə, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edib. Saytımız vasitəsilə müraciətin yayılmasını xahiş edən M.Məmmədov, 5 ay əvvəl mədəaltı vəz əməliyyatı keçirdiyini, ağır ankoloji xəstə və “Hepatit B” daşıyıcısı olduğunu, eləcə də şəkərli diabetdən əziyyət çəkdiyini bildirərək, xəstəlik tarixçəsi ilə bağlı tibbi sənədlərini və reseptlərin surətlərini də cumhuriyyet.az-a göndərib.
M.Məmmədovun şikayəti Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Emin Hüseyndəndir. Şikayətçinin sözlərinə görə, xəstəliyini, keçirdiyi əməliyyatın növünü və digər xəstəliklərini əks etdirən sənədləri Ağsu Rayon Mərkəzi Xəstəxanası vasitəsilə Şamaxı Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyn ağır xəstənin sənədlərini təsdiq edib, aidiyyatı üzrə dövlət qurumlarına göndərmir ki, 2012-ci ildən ikinci qrup əlilliyi təyin olunmuş, lakin 16 ay əvvəl pensiyası kəsilmiş M.Məmmədovun əlliyi bərpa olunsun və xəstəliyinə uyğun dövlət tərəfindən nəzərdə tutulan pulsuz dərmanları alıb, istifadə edə bilsin.
ŞM.Məmmədovun cumhuriyyet.az-a bildirdiyinə əsasən, ağır xəstələrin halına zərrəcə acımayan Emin Hüseyni, ümumiyyətlə, iş yerində tapmaq daha böyük müşkülə çevrilib. Əməliyyatdan ötən 5 ay müddətində həyati vacib dərmanları Emin Hüseynin saymazlığı ucbatından əldə edə bilməyən ağır ankoloji xəstə M.Məmmədov, son ümid yeri kimi, dövlət başçısına müraciət etmək məcburiyyətində qaldığını vurğulayır.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-10-2022, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər