reklam
Regionxeberlericom.az » Sosial » Avropa Qarabağı Azərbaycanın tərkibində görür... AMMA... - İLGİNC

reklam

Avropa Qarabağı Azərbaycanın tərkibində görür... AMMA... - İLGİNC

Təbii ki, Rusiya prezidentinin təklif etdiyi görüşə Nikol da, Əliyev də gedəcək, iştirak edəcəklər, amma xüsusi bir şeylə razılaşmayacaqlar. Çünki onlar artıq Praqada razılığa gəliblər.

Regionxeberlericom.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarının mətnini üzə çıxaran erməni nəşri məlumat yayıb.

Bildirilir ki, danışıqlara görə, "Artsax" tezliklə Azərbaycana geri qaytarılacaq.

"Azərbaycan hökuməti Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün Dağlıq Qarabağın erməni etnik icması tərəfindən təyin edilmiş oxşar nümayəndə ilə işləyəcək bir nümayəndə təqdim edəcək. Nümayəndələr öz müzakirələrinin beynəlxalq ictimaiyyət qarşısında şəffaflığını təmin edəcəklər. Tərəflər Dağlıq Qarabağda yaşayan milli azlıq qruplarının müdafiəsinə etimadın təmin edilməsi məqsədi ilə Azərbaycanın suverenliyinə müdaxilə etmədən mümkün beynəlxalq müşahidəçi statusunu nəzərdən keçirməyə davam edəcəklər", - danışıqların mətnindı qeyd olunub.

Nəşr yazır ki, bu məqamda Artsax tamamilə Azərbaycana təslim olur: "Əliyev də, Paşinyan da bu rəsmi sənədi müzakirə edib qəbul etməyə tələsir. Deyəsən, Paşinyan buna daha çox tələsdi, çünki o, noyabrda keçiriləcək növbəti görüşü oktyabr ayına keçirməyi təklif etdi.


Təbii ki, bugünkü danışıqların sənədi Rusiyanı qane etmir, ona görə ki, Rusiyanın öz maraqları var ki, bu da hazırda Ermənistanın maraqları ilə üst-üstə düşür. Rusiya Artsaxın təhlükəsizliyinin təminatçısıdır və sülh müqaviləsinin imzalanmasından sonra o, öz qoşunlarını Artsaxdan çıxarmalıdır.


Sonra Brüsselə gedərəək bir-birinin ərazi bütövlüyünün tanınması haqqında sazişi imzalayacaqlar.





Paylaş:


Müəllif : Tarix:
24-10-2022, 17:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər