Ülvi Qılıncdan QALMAQALLI AÇIQLAMA: - “Bambılı”
“Efirə çıxıb ailə sirlərini açmaq, ərim mənə xəyanət etdi, ya həyat yoldaşım mənə xəyanət etdi deyib, el-aləmə car çəkmək bambılılıqdır”.
Bunu tanınmış müğənni Ülvi Qılınc Yenicag.az-a açıqlamasında deyib.
Müğənni son vaxtlar xüsusən sənət adamlarının sosial verilişlərə çıxaraq şou naminə şəxsi həyatları ilə bağlı açıqlamalar verməsi, xəyanətə tuş gəldiyini etiraf etməsinə qarşı çıxıb.
O, keçmiş sənətkarları misal gətirərək, bu cür halların baş verməsini kəskin pisləyib:
“İnsanların efirə çıxıb ailə sirrini açmasına. Şəxsi həyatı ilə gündəmə gəlməsinə çox pis baxıram. Təəsvvür edin, əgər bu sirri bir neçə adam bilirdisə, efirdə səsləndirəndən sonra bunu artıq milyonlarla adam izləyib biləcək. Bu, daha da biabırçılıqdır. Sənət adamının bu barədə danışması xüsusən ayıbdır. Deyə bilmərəm, bəlkə də şou yaratmaq naminə belə edirlər. Keçmişdə sənət adamları özünə dəyər verirdi. Onların həyatında hər zaman bir gizlilik olurdu. Buna görə də onlara həmişə hörmətlə yanaşırdılar. Kimsə nə danışırsa, özü bilər, şəxsi həyat onundur. Amma mən öz adıma danışmaq istəyirəm və belə hesab edirəm ki, efirə çıxıb ailə sirlərini açmaq bambılılıqdır. Bunun başqa adı yoxdur. Özünə hörmət edən, ailəsinə dəyər verən insan heç vaxt şəxsi həyatı barədə el-aləmə car çəkməz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-10-2022, 12:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər