reklam
Regionxeberlericom.az » Sosial » Polkovnik Elnur Məmmədov apellyasiya şikayəti verib

reklam

Polkovnik Elnur Məmmədov apellyasiya şikayəti verib


Müdafiə Nazirliyinin şikayəti üzrə həbs edilmiş ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Regionxeberlericom.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, polkovnik ona verilən ittihamı qəbul etmir, barəsində bəraət qərarı çıxarılmasını istəyir.

Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, bir müddət əvvəl Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 11:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər