reklam
Regionxeberlericom.az » Sosial » Yaşayış minimumu və ehtiyac meyarı bərabərləşir: - “Ailə büdcəsi üçün daha da çətin olacaq”

reklam

Yaşayış minimumu və ehtiyac meyarı bərabərləşir: - “Ailə büdcəsi üçün daha da çətin olacaq”















Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur.

Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir. Beləliklə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% çox olacaq. Qeyd edək ki, yaşayış minimumu ilə ehtiyac meyarının bərabərləşdirilməsi uzun müddətdir ki, müzakirə mövzusudur.

Nəhayət ki, reallaşacaq bu bərabərləşmə hansı üstünlüklər gətirəcək?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, yaşayış minimumunun hesablanması hər zaman şübhəli hesab olunur:

“Çünki əslində yaşayış minimumu istehlak səbətinin strukturuna görə hesablanır. Ancaq istehlak səbətinin strukturunda həm keyfiyyət, həm də kəmiyyət dəyişikliklərinə ehtiyac var. Digər məsələ də qiymətlərdir. Dövlət Statistika Komitəsinin təqdim etdiyi qiymətlər əsasında bu hesablamaların aparıldığı bildirilir. Ancaq təəssüf ki, heç bir halda bu göstəricilər reall vəziyyəti əks etdirmir. 2021-ci ilin göstəricilərinə baxsaq, əhalinin ən az gəliri olan sosial qrupu üzrə adambaşına xərcləmə 197 manat, yuxarı gəlirli sosial qrupda isə 600 manat ətrafında olmuşdu. Orta xərcləmə göstəricisi isə 300 manatdan artıq idi. Burada orta rəqəmdən yola çıxsaq, 2021-ci ildə yaşayış minimumu 300-350 manat arasında dəyişir. Hansı ki, həmin vaxt Azərbaycanda 190 manat idi. Bu baxımdan, göstəricilər heç bir halda real vəziyyəti tam əks etdirmir. Ancaq indiki halda söhbət 17 faiz artımdan gedir. Hazırda rəsmi inflyasiyanın 13,4 faiz olduğu bildirilir və 17 faiz artım nəzərdə tutulursa, böyük ehtimalla növbəti ayların inflyasiya səviyyəsinin nəzərə alınması cəhdi var. Ancaq alternativ hesablamalara baxsaq, məsələn, İqtisadi və Sosial İnkişaf Mərkəzinin 9 aylıq alternativ inflyasiya göstəriciləri 23,8 faizdir. Bundan başqa, ümumi qiymətləndirmələrdə hətta inflyasiya səviyyəsinin 40 faiz ətrafında dəyişdiyi gözlənilir. Bu aspektdən biz qiymətləndirmə aparsaq görərik ki, əslində bu səviyyə kifayət qədər aşağıdır və reallığı əks etdirmir”.

Ekspert bildirib ki, yüksək inflyasiyanın 2023-cü ildə də davam edəcəyi proqnozlaşdırılır:

“Əslində bu gün müəyyən edilən yaşayış minimumum həddinin yeni ildə ailə büdcələri üçün daha da çətin olacağı mesajı kimi də qiymətləndirmək olur”.

Ekspertin sözlərinə görə, ancaq ehtiyac meyarı ilə yaşayış minimumu eyniləşdirilirsə, bu, müsbətə doğru dəyişiklik kimi qiymətləndirilə bilər:

“Çünki uzun müddətdir ki, bu məsələ müzakirə olunur. Ehtiyac meyarı nəyə görə yaşayış minimumundan aşağı olmalıdır? Çünki yaşayış minumumu özü elə ehtiyac meyarı səviyyəsidir. Ehtiyac meyarı ilə yaşayış minimumunun eyniləşdirilməsi eyni zamanda ünvanlı sosial yardım proqramı çərçivəsində yardım alan şəxslərin daha çox müavinət, yardım almasına gətirib çıxarmaqla onların təminatının sağlam şəkildə müdafiə olunmasını şərtləndirəcək”.




Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 12:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər