reklam
Regionxeberlericom.az » Sosial » İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “COVİD bazarlığı” - NARAZILIQ!

reklam

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “COVİD bazarlığı” - NARAZILIQ!


 "Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük hissəsinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ,

onun yaratdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilməsi ilə əhalinin sağlamlığının

qorunmasının effektivliyinin artırılması amacı güdülür(dü). Nə yazıq, tam əksi baş verib. Xəstələr

Agentliyin, TƏBİB -in “xidmətlər zərfinə daxil edilməyən” qanunsuz ödənişlərindən sığorta

olunmayıblar". Bu barədə göndərilən məqalədə deyilir.


Məqlədə daha sonra bildirilir: "Elə xidmət(sizliy)ə görə ödəniş ödənilməsi tələb edilir ki, Səhiyyə Nazirliyi heç vaxt

bunu etmir(di). Hətta özbaşına özəl etdikləri dövlət tibb müəssisələrinə göndəriş verilməsi də

ödənişlidir. Agentlikdən bildirildiyinə görə, bu ödəniş onların cibindən getdiyindən (?) , xəstələrin

keyfiyyətli müaliciə alması üçün göndəriş verilməsindən imtina edilir.

Əlilliyi olan şəxslərin icbari tibbi sığortasına, tibbi xidmətlə təminatına gəldikdə isə, hər şey yaxşılığa

doğru getmir. Əvvəllər nəinki müharibə ilə bağlı əlilliyi olan şəxslərin, eləcə də digər əlillərin bütün

dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaları hüquqları qanunla

legitimləşdirilmişdisə , hazırda bu legitimlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin

göndərişindən asılıdır. Onu da, vurğuladığımız kimi, vermirlər ki, Agentlik xərcə düşür. Anlamaq

olmur, bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nədən ötrüdür , niyə yaradılıb? Bəs vətəndaşların

Respublikadan kənarda müalicəyə göndərilməsi kimin, hansı dövlət qurumunun büdcəsi hesabına

həyata keçirilir? Axı hamı deputat, məmur deyil ki, adi sidik analizi verməyə də xaricə getsin! ?

Ədalət adına deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Respublikadan kənarda

müalicəyə göndərilməsinə rəy verilməsində əlindən gələni edir. Müalicə xərclərinin ödənilməsi isə ya

xəstənin özünün üzərinə düşür , ya da sosial müdafiə qurumlarının. Ən yaxşı halda, yaxın xaricdəki

dost – tanışlarına ümid bağlayan xəstələrə qayıtdıqdan sonra yol xərcinin ödənməsinə söz verilir. 1-ci

dərəcəli əlillərə gəldikdə isə, onları müşayiət edən şəxslərin yol xərcinin ödənməsi də həyata keçirilir.

Vurğuladığımız kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəy verməklə yaxasını kənara çəkir.

Hətta covid testinə görə ödənişdə də güzəşt edilmir! (?) Təsəvvür edin, Agentlik özünün xaricə

göndərdiyi əlillərdən zorla 40 manat məbləğində “test haqqı” alır! “Zorla”nı ona görə vurğulayırıq ki,

AZAL bu “uçuş testi” olmasa, uçmağa qadağa qoyduğundan , əlil ödəniş etməyə zorlanır.

Ötən gün ən ucuz - 40 manatlıq “uçuş testi” həyata keçirən üç tibb müəssisəsindən Nizami

rayonundakı 18 saylı xəstəxanada xaricdə müalicəyə gedən Qarabağ qazisinə güzəştdən imtina

olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rüsum məsələsində hamıya “bir gözlə baxır” .

Uçuşa buraxılmayacağından çəkinən əlil onu xaricə göndərən tibb müəssisəsinə ödəniş etmək

zorunda qalıb.

Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müalicəyə gedənlər bir yana, müalicəyə

göndərdiyi şəxslərdən adi bir testə görə ödəniş almaya bilməz? Özü də, heç demə, uçuşa test

qadağası ləğv olunubmuş.


P. S. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qanunsuzluğunu “uçuş testinə” görə ödənişin

xidmətlər zərfinə daxil olunmaması ilə izah edir. Lap tutaq ki, belədir, bəyəm bu yekəlikdə

Agentliyin xaricdə müalicəyə gedən Qarabağ qazisinə 40 manatlıq güzəşt etmək hüququ da zərfə

salınmayıb. Dılğır bir test niyə belə baha xərc tələb etsin ki?!Eyni zamanda, Qarabağ qazilərinin

hərbi tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmalarına da “zərf qadağası” qoyulub.

Dövlətin bütün tibb müəssisələrini dövlət məmurları hansı qanunla, hansı bazarda, hərracda satın

alıblar ki, bizim xəbərimiz yoxdur? Qarabağ qazisinə müalicə , sağlamlığın qorunması lazımdır,

müalicəyə bürokratik qadağa qoyulması yox!"





Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər