Erməni revanşistlər Formula 1-in Bakı mərhələsində - Gülünc qisasçılıq
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət ona gətirib çıxarıb ki, bu gün Ermənistan real dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir. Hadisələrin inkişafı göstərir ki, Ermənistan hakimiyyəti sarsıdıcı illüziyaların və irrasional ideyaların əsiri olaraq Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün öz gündəmini formalaşdıra bilmir.
Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina etməklə Azərbaycanı hərbi vasitələrə əl atmağa məcbur edir. Qərbin dəstəyini almağa çalışan Ermənistan hakimiyyəti Azərbaycanla sülh yaratmaq əvəzinə, özlərinə pislik etməkdə davam edir. Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Fransa Prezidenti Emmanuel Makronun son bəyanatı Ermənistana “ayı xidməti” edib.
Rusiya üçün aydın oldu ki, Ermənistan hakimiyyətinin razılığı ilə bu ölkənin ərazisi geosiyasi qarşıdurma meydanına çevrilir. Dünya dövlətlərinin əməllərinin sınaq meydanına çevrilən Ermənistan sanki nazik buzun üstünə addım ataraq, öz dövlətçiliyinin gələcək mövcudluğunu təhlükə qarşısında qoyur.
Bütün bunların fonunda hərbi qisas haqqında gurultulu danışan fəallar o qədər irəli gediblər ki, Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikalidən “Qran-Pri”nin Azərbaycandan alınmasını tələb edirlər.
Belə ki, “change.org” beynəlxalq platformasında Azərbaycanda Formula 1 yarışlarının ləğvi tələbi ilə petisiya yaranıb. Bu yazı hazırlanarkən petisiyaya artıq 33 910 nəfər səs vermişdi.
Petisiyanın müəllifləri gülünc arqumentlərə istinad edərək, Azərbaycanda guya ermənifobiya olduğunu iddia edirlər. Hətta rəvayətə istinad edirlər ki, 2005-ci ildə Bakının o vaxtkı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Almaniyadan gələn nümayəndə heyəti ilə görüşdə Azərbaycan hakimiyyətinin məqsədinin guya ki, erməniləri tamamilə məhv etmək olduğunu bəyan edib.
Müraciətdə ermənifobiyaya “sübut” kimi Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin yanvarında “2014-2018-ci illərdə Azərbaycan Respublikası Regionallarının Sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dediyi sözlər (“Ermənistan nəinki müstəmləkə, hətta xidmətçi olmağa da layiq deyil”) əksini tapıb.
Bu sözlər kontekstdən çıxarılıb. Azərbaycan lideri Qarabağ münaqişəsinin həllinə toxunaraq bildirmişdi ki, Ermənistan Azərbaycana qarşı apardığı siyasətə görə acınacaqlı vəziyyətdədir.
Müraciətin mətnində müəlliflər 2022-ci ilin sentyabrında Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı həlak olan Anuş Apetyanın “Ermənistanı müdafiə etmək” üçün silaha sarılan fermer olduğunu iddia edirlər. Əslində isə erməni mətbuatının yazdığına görə, Anuş Apetyan Ermənistan ordusunda müqaviləli hərbçi kimi xidmət edib və snayper olub (https://zerkalo.az/kem-byla-anush-apetyan-medsestroj-ili-snajperom-i-kak-izdevalis-nad-telom-ubitoj/). Hündür dağlıq postda öldürülən Apetyanın cəsədi dərhal mövqedən endirilib, lakin petisiya müəllifləri “bu prosesi videoya çəkən Azərbaycan əsgərləri tərəfindən qadının zorlanaraq, başının kəsildiyini” iddia edirlər.
Müraciət müəllifləri bildirirlər ki, idman təşkilatları öz fəaliyyətlərinin bütün irqlərdən olan insanlar üçün əlçatan və təhlükəsiz olan, onların fikrincə, Azərbaycanın aid olmadığı ölkələrdə keçirilməsini təmin etməyə borcludurlar.
Bundan başqa, anti-Azərbaycan yönümlü olması ilə tanınan Lemkin adına Beynəlxalq Soyqırımı Araşdırma İnstitutu da Bakıda keçiriləcək Formula 1 yarışlarının ləğvi ilə bağlı çağırışlara qoşulub.
Bu təşkilatın fikrincə, Formula 1 “Bakının özünü müasir demokratik ölkə kimi təqdim etməsi və ermənilərə və digər milli azlıqlara qarşı zorakılığını gizlətməsinin başqa bir yoludur”.
Eyni zamanda, gülünc arqumentlər gətirməklə yanaşı, sərsəm məktubun müəllifləri unudurlar ki, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında Ermənistandan idmançılar iştirak ediblər. Onların hamısı sağ-salamat, bir çoxu hətta medallarla İrəvana qayıdıblar. Ermənifobiyanın burada təzahürü haradadır?
Müəllif: Asif Aydınlı //AYNA//
Paylaş:
Müəllif : Yazar
Tarix:26-10-2022, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər