reklam
Regionxeberlericom.az » Sosial » Lənkəranda sakinlərin həyatı TƏHLÜKƏDƏ... - İcra başçısı ortalıqda görünmür

reklam

Lənkəranda sakinlərin həyatı TƏHLÜKƏDƏ... - İcra başçısı ortalıqda görünmür


Son zamanlar Lənkəranda sahibsiz itlərin sayı həddən artıq çoxalıb. Onlar sürü halında binaların həyətində, parklarda, küçələrdə, ictimai yerlərdə gəzirlər. İtlərin “əlindən” nəinki məktəblilər, hətta böyüklər də narahatdırlar. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalırlar.

Lənkəran sakinləri şəhərdə sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı şikayət ediblər. Sakinlərin sözlərinə görə, nə gündüz, nə də gecə vaxtı çölə çıxmaq mümkündür.

“Küçə itləri gecə vaxtı daha da təhlükəli və qorxulu olurlar. Buna görə Lənkəranda gecə vaxtı çölə çıxmağı qəhrəmanlıq saymaq olar. Lənkəranda il ərzində it dişləməsi çox baş verir. Bu məsələ yalnız ölüm faktı olduqda gündəmə gəlir. Sahibsiz itlər zərərsizləşdirilməli, torlar vasitəsilə tutulub ərazidən uzaqlaşdırılmalı və sığınacaqlarda yerləşdirilməlidir. Qonşu Masallıda artıq sığınacaq quraşdırılıb. Nə olar ki, bizdə də bu təşəbbüs reallaşsın”, – deyə sakinlər bildiriblər.




Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 17:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər