reklam
Regionxeberlericom.az » Sosial » AYB ətrafında qalmaqal böyüyür - Yazarlardan 203 min manatla bağlı İDDİA

reklam

AYB ətrafında qalmaqal böyüyür - Yazarlardan 203 min manatla bağlı İDDİA


Yeni yaradılan “Eşit” Ədəbiyyat və Sənət Dərnəyi Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı haqqında bəyanatla çıxış edib.

Dərnək bu tədbirin AYB rəhbərliyinin növbəti dəfə şəxsi məqsədlərinə çatması üçün quraşdırıldığını düşünür.

Qeyd olunur ki, qurultayda səsvermənin açıq keçirilməsi AYB rəhbərliyinin güc nümayişi, alternativ namizədlərə söz verilməməsi, despotluq, gənclərin ələ salınması, ədəbiyyata hörmətsizlik deməkdir.

Bəyanat müəllifləri hesab edir ki, AYB büdcədən maliyyələşən ictimai qurum olduğu üçün nəinki hansısa jurnalistə, hətta hər bir Azərbaycan vətəndaşına hesabat verməyə borcludur:

"Üstəlik, 203 min manatın sırf qurultaya xərclənməsi qətiyyən real görünmür. Bu cür haqlı şübhənin fonunda AYB rəhbərliyinin vəsaitin nəyə xəcləndiyi ilə bağlı suallara cavab verməkdən boyun qaçırması, hesabat verməyə borclu olan birinin bunun yerinə sual verən jurnalisti aşağılaması qəbuledilməz haldır".

Daha sonra bəyanatda qeyd olunur:

“Bu cür tədbirlərin təşkili üçün tender elan olunmalı, qalib şirkət təşkilati işləri və məsuliyyəti öz üzərinə götürməlidir. AYB üçün ayrılan istənilən məbləğdə vəsait inzibati işlərdən öncə yaradıcı prosesə yönəlməlidir. Hazırda isə vəziyyət bunun əksinədir. Qurultay da AYB rəhbərliyinin öncəliyi başqa şeylərə verdiyini təsdiqlədi”.

Bəyanat müəlliflərinin fikrincə, ədəbiyyatımızdakı durğunluğa son qoymaq, ədəbiyyat və sənət mühitini canlandırmaq üçün yeni yanaşmalara, konsepsiyaya ehtiyac var. Başlıca olaraq isə şəxslər mövqeyinə, yaxınlığına-uzaqlığına görə deyil, yaradıcılığına görə qiymətləndirilməli, dəstək almalıdır. Yəni dövlət yaradıcı şəxslərin qayğısına AYB kimi qurumların vasitəsilə qalmamalıdır. Çünki bu təcrübə daha çox sovetlərə aid idi və özünü doğrultmadığı ortadadır.

Bəyanatda o da vurğulanır ki, dövlət alternativləri və fərdi yanaşmanı ön plana daha çox çıxarılmalıdır. Beləcə, hər il büdcədən ayrılan və hara xərcləndiyi barədə hesabat verilməyən milyonlarla manat daha səmərəli şəkildə xərclənər. Ədəbiyyatımız inkişaf edə, dünyada təbliği və tanıdılması baxımdan ciddi uğurlar əldə edə bilərik.

Müəlliflərin fikrincə, AYB-nin son qurultayı sübut etdi ki, ədəbiyyatın inkişafı üçün alternativ təkliflərin nəzərə alınmasının vaxtıdır. //Bakupost.az//




Paylaş:


Müəllif : Tarix:
27-10-2022, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər