reklam
Regionxeberlericom.az » Sosial » Cənab Zeynalov dövlətə şərik gedir... - BU DA FAKT!!!

reklam

Cənab Zeynalov dövlətə şərik gedir... - BU DA FAKT!!!

Elektron media resurslarında Mingəçevir Tibb Kollecində rüşvətxorluq,özbaşınalıqlar, maxinasiya, dərsdən yayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, saxta diplom qalmaqalları haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Kollecə uzun müddətdir ki, Fikrət Zeynalov rəhbərlik edir. Buna baxmayaraq Kollecdə müasir dövtün tələblərinə uyğun yeniləşən heç nə yoxdu, yəni heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Kolleclə bağlı yayılan bir çox məlumatlardan fərqli olaraq biz bu orta ixtias təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində görünməmiş daha bəzi mənzərələrlə üzləşdik. Hər şey Kollecin abadlaşdırma xidmətlərinin satınalınması ilə keçirmiş olduğu kotirovka sorğusundan başladı.

Mingəçevir Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.10.2022-ci ildə 18 478.03 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 18.06.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, CƏMİL ƏLİYEV, ev 38/3, m. 4, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

MMC ilə 2022-ci ilin son 5 ayı ərzində bağlanan digər satınalma müqavilələri isə bunlardır.

Mingəçevir Tibb Kolleci tərəfindən ofis maşın və avadanlıqlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 18.10.2022-ci ildə 11 505 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kollec tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 17.10.2022-ci ildə 37 632.91 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən mətbəə mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 9632.1 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən təsərrüfat malları (yeməkxana və təsərrüfat) üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 5396.73 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, “QRANT-2008” MMC Mingəçevir Tibb Kollecinin keçirdiyi bu kotirovkalardan ümumi olaraq 82 644 manatlıq dövlət sifarişi alıb. Aprdığımız araşdırmalar zamanı məlum oldu ki, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası fərqli xidmətlərin və mal-materialların satın alınması üzrə bir nəfərə məxsus olan MMC ilə təkcə 2022-ci ildə müqavilə bağlamayıb. Analoji hal həm də əvvəlki illərdə təkrar olunub. Belə ki, Kollec “QRANT-2008” MMC-nin qanuni təmsilçisi olan Əliyev Adil Məmiş oğluna məxsus daha iki MMC ilə işbirliyində olub. Bunlar hansılardır?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELORASİYA-F MMC ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 12.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, Ş.İ.XƏTAİ, ev 12/1, m. 28, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevir Tibb Kolleci 2020 -2021-ci illərdə “MELORASİYA-F MMC ” ilə ümumi olaraq 154 472 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlum olduğu kimi həmin dövrlərdə, yəni 2020-ci ilin martın 3-dən COVID-19 pandemiyasının yayılması ilə əlaqədar ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlı olub. Burada sual yaranır. Mingəçevir Tibb Kollecinin rəhbərliyi bağlı olan təhsil müəsisəsində bu satınalmaların keçirilməsi zərurətini haradan yaradıb?

Keçək Əliyev Adil Məmiş oğlunun qanuni təmsiçisi olduğu digər MMC-yə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AFİQ-TQİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2009-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, A.ŞAİQ, ev 11, m. 31, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Mingəçevir Tibb Kollecinin Tender Komissiyası, daha doğrusu direktoru Fikrət Zeynalov 2019-cu ildə də Əliyev Adil Məmiş oğlunun anuni təmsilçisi olduğu “AFİQ-TQİ” MMC ilə 38 787 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Bu isə qanunla yolverilməzdir. Çünki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bütün bu göstərdiyimiz şübhəli işlərlə bağlı Mingəçevir Tibb Kollecinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefonla əlaqə saxladığımız Kollecin baş mühasibi Vəsilə Qasımova ilə söhbətimiz təxminən belə oldu. “Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi nədən Əliyev Adil Məmiş oğluna məxsus olan MMC-lər olur” sualimıza Vəsilə xanımın cavabı belə oldu ki, “Bilmirəm, biz bütün sənədləri toplayıb satınalmalara göndəririk. Orada da hər şey elektron qaydada keçirilir, bizə göndərlir”-dedi. “Necə olur ki, elektron satınalma elə Adil Əliyevi qalib çıxarır” sualımıza baş mühasib cavab verdi ki, “mən nə bilim, satınalmalardan soruşun”. “Onda belə çıxmırmı ki, elektron satınalma Adil Əliyevi tanıyaraq elə Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi çıxarır” sualımıza isə Vəsilə Qasımova “çıxır, çıxsın da” -deyib ədəbsizcəsinə telefonun dəstəyini qoydu.

Qeyd edək ki, Əliyev Adil Məmiş oğlunun qanuni təmsilçisi olduğu “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti bu il təkcə Mingəçevir Tibb Kollecinin keçirdiyi kotirovkaların qalibi olmayıb. MMC həm də Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən 2022-ci il üçün mal-materialların, ehtiyyat hissələrinin, ağac və gül kollarının, təsərrüfat və dəftərxana mallarının satınalınması üzrə keçirilmiş tenderin də qalibi olub və 146 623.26 manat məbləğində sifariş alıb. Göründüyü kimi Mingəçevir Tibb Kollecini abadlaşdıran, tikili və avadanlıqlarını təmir edən, mətbəə malları, ofis maşın və avadanlıqları ilə təchiz edən MMC həm də ağac və gül kollarının satın alınmasının iştirakçısı olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu 3 MMC ilə son dörd il ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 275 903 manat olan satınalma müqavilələri bağlamışdır. Burada ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus 3 MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açmış olur. Mingəçevir Tibb Kollecində bütün şübhəli işlərin bağında direktor Fikrət Zeynalov olduğu kimi, formal satınalmaların başında da onun durduğu şübhəsizdir. Amma Kollecin baş mühasibi Vəsilə Qasımova nədənsə elə satınalmalarının vahid internet portalının üstünə atır bu şübhələri.

Aktualinfo.org




Paylaş:


Müəllif : Tarix:
28-10-2022, 16:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər